SƏRMƏK

f.
1. Bir şeyi qurumaq üçün ip və s. üzərinə salmaq. Xalçaları yuyub sərmək.
– Qız anasının yuduğu paltarları sərmək üçün dam üstünə çıxmışdı. Ə.Məmmədxanlı.

// Qurutmaq üçün meyvəni və s.-ni bir şeyin üzərinə nazik qat şəklində tökmək, yaymaq. Nanəni süfrə üstünə sərmək.
– Qızılgülü dərəsən; Yaylıq üstə sərəsən; Yerin mənə nişan ver; At göndərim gələsən. (Bayatı).
…Vəliqulu əynində cındır gödək arxalıq və başında köhnə boz papaq kürəklə peyin sərirdi. C.Məmmədquluzadə.

2. Bükülmüş, lülələnmiş, qatlanmış bir şeyi açılmış hala gətirmək.
Mühəndis Haqverdizadə xəritəni götürüb bir də yerə sərdi və axtarıb burada olan Göy qayanı yoxladı. S.Rəhimov.
Müdir girdələnib bükülmüş qəzeti şkafın üstündən götürüb stolun üstünə sərdi. M.İbrahimov.

3. Döşəmək, salmaq. Palazı balkona sərmək. Xalçanı evin yerinə sərmək.
4. Yerə yıxmaq, vurub salmaq.
Dünyaya səs saldı öz səsilə o; O sərdi torpağa qanlı düşməni. N.Xəzri.

5. Bükmək, sarımaq.
Bəyaz-bəyaz vərəqlərə sərdik səni, ağ çiçək! N.Xəzri.

◊ Yatağa (yerə) sərmək – xəstə salmaq, yatağa düşməsinə səbəb olmaq, yorğandöşəyə salmaq.
Heç bir xəstəlik bu vaxta qədər [Arazı] yatağa sərməmişdi. A.Şaiq.
Şirəkeşlik yazıq kişini cavan yaşında yerə sərmiş və üç balasını yetim qoymuşdu. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRMƏK 1. SƏRMƏK [İkinci qonaq:] ..bağlamanı açır, çox zəngin bir xalını çıxarıb ortalığa sərir.. (Anar); DÖŞƏMƏK Anası yayda həyətə saldığı köhnə həsiri evə
  • SƏRMƏK asmaq
  • SƏRMƏK salmaq — döşəmək — uzatmaq

Antonimlər (əks mənalı sözlər)

  • SƏRMƏK SƏRMƏK – QALDIRMAQ Nişan aldı uşağı; Sərdi qara torpağa (M.Rahim); Hamını ayağa qaldırdı (S.Qədirzadə)
SƏRMƏ
SƏRNİC

Digər lüğətlərdə

интернационали́стка многооперацио́нный на что́ оди́ческий однору́кий про́бный соприча́стник твердоспла́вный большинство́ быва́й здоров житейское мо́ре зачисле́ние изверга́ться нача́ть неразличи́мость отзаседа́ть подержа́ние приста́нище пропа́рываться anecdotal astir ern paripinnate self-winding компилировать