Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ladan burxurkolu
Ladan burxurkolu (lat. Cistus ladaniferus) - buxurkolu cinsinə aid bitki növü.
Ladan kolu
Ladan kolu (lat. Ledum) - erikakimilər fəsiləsinə aid bitki cinsi.
Bataqlıq ladan kolu
Bataqlıq ladan kolu (lat. Ledum palustre) - ladan kolu cinsinə aid bitki növü.
Bafran
Bafran — İranın İsfahan ostanının Nayin şəhristanının Mərkəzi bəxşində şəhər.
Davdan
Davdan Pain (Xudafərin)
Kaftan
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir. == Tarixi == Əslən farsca həftan, qabağı açıq, dik və ya aşağı yaxalı, müxtəlif rəngli qiymətli parçalardan tikilmiş, daha çox daş-qaşla bəzədilmiş və ya naxışlı üst paltarın adıdır. Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir. Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir. == Peyğəmbər dövründə istifadəsi == Cümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz.
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Lantan
Lantan (La) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 57-ci element. == Xarici keçidlər == 1794-cü ildə fin kimyaçısı Y.Qadolin serit mineralında yeni “ittirium torpağı” aşkar etdi. 1803-cü ildə həmin mineralda Y.Y.Berselius və alman kimyaçısı Vilhelm Xizinger (1766-1852) daha bir “torpağı” tapdılar, onu da “serium torpağı” adlandırdılar. Bu “torpaqlardan” sonralar bir sıra nadir torpaq elementlərinin oksidlərini ayırdılar. Onlardan biri 1839-cu ildə kəşf olunmuşdur və Berseliusun təklifi ilə lantan adlandırılmışdır. Yunan lanthano – “görünməz qalıram, gizlənirəm” sözündəndir; yeni element on illərlə kimyaçılardan “gizlənmişdir”.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. == Adı == Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. == Hakimiyyəti == Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Layzan
Layzan – Tarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. == Tarixi == V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. Əl-Məsudinin və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi. Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.
Lağman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir.Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Qaftan
Qaftan - qədim türklərdə geyim forması. == Haqqında == Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda “don” adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: “Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm” ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: “Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi”. Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: “Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi...
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Razdan
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Vaddan
Vaddan — Liviyanın cənub-qərbindəki şimal-şərqdəki Fezzan bölgəsində, Böyük Səhrada bir vahə şəhəridir. Cufra rayonunda yerləşir. == Tarixi == Liviya Vətəndaş müharibəsi zamanı NATO qüvvələri qəsəbədəki silah-sursat anbarını bombaladı. 8 sentyabr 2011-ci ildə şəhərin Milli Keçid Şurası ilə müttəfiq olan qüvvələrin nəzarəti altında olduğu bildirildi.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Baftan (Sərab)
Baftan (fars. بافتان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 645 nəfər yaşayır (145 ailə).
Bardan (Sərdəşt)
Bardan (fars. بردان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Dardan Şervaşidze
Dardan Şervaşidze — XIII əsr Abxaziya knyazı. Səlcuq sultanı II Key Xosrovla birlikdə Monqollara qarşı baş vermiş Kösedağ döyüşündə öldürülmüşdür. Dardan Şervaşidze 3000 gürcü əsgərinə sərkərdəlik edirdi.