ALTDAN-ALTDAN

zərf bax altdan 2-ci mənada.
[Nabat] əlaltı özünə paltar tikdirirdi və altdan-altdan geyinib asta-asta sallanırdı. S.Rəhimov.
Ailənin başqa üzvləri də sakit və altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır(dılar)… M.İbrahimov.
[Qara kişi] altdan-altdan qarısına baxırdı. Ə.Əbülhəsən.

ALTDAN
ALTDAN-ÜSTDƏN
OBASTAN VİKİ
Altdan subasma (rütubətlənmə)
Altdan subasma (rütubətlənmə) - altdan rütubətlənmə prosesi təbii mühitin antropogen faktorlarının təsirinə qarşı cavab reaksiyasına parlaq misaldır. == Ümumi məlumat == İlk dəfə bu proses su anbarı yaradılarkən onun sahil boyu qurnt suyunun səviyyəsinin qalxması ilə diqqəti cəlb etmişdir. Hazırda latdan subasma dedikdə, qrunt suyunun müəyyən səbəbdən kritik həddə (Yer səthindən 1-2 metrə qədər) qədər qalxması başa düşülür. Yeraltı suların qalxması səbəbləri müxtəlifdir və praktiki olaraq insan fəaliyyəti ilə bağlıdır. Bura yeraltı sudaşıyan kommunikasiyalardan suyun sızması, asfalt döşəmə və ərazidə tikinti aparmaq, küçə, bağ, bağça, yaşıllıqların səmərəli suvarılması, su anbarlarından suyun sızması (filtrasiya) və s. aiddir.

Digər lüğətlərdə