DALDAN

zərf
1. Dal tərəfdən, arxa tərəfdən, arxadan.
Daldan atılan daş topuğa dəyər. (Məsəl).
Cəftəylə bağladı daldan qapını; Bucaqdan götürdü nöyütqabını. M.Rahim.

2. Dalınca, arxasınca.
Çöl qapıdan mən çıxanda müdir yoldaş məni daldan çağırdı. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DALDAN dalınca — arxasınca
  • DALDAN arxadan — geridən
DALDALIQ
DALDEY

Digər lüğətlərdə

гектоли́тр гм отлета́ть подвёрточный ска́пывать тре́бовать хлысто́вский ЧК я́корница дреговичи́ зауны́вно дбать клень стипендия acequia aliquant annexion apparent noon close down off licence stishovite town-living констелляция нянюшка шпынять