Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lakkolit
Lakkolit (rus. лакколит, ing. laccolith) — yer səthinə yaxın yatan göbələkvarı intruziv kütlə. Maqmanın çökmə süxur layları arasına soxulması və üstə yatan layı tağvari qaldırması nəticəsində əmələ gəlir. Bəzən denudasiya prosesləri lakkolitin səthinin açılmasına və relyefdə əks olunmasına səbəb olur. (Pyatiqorsk və Kislovodsk ətrafındakı lakkolitlər, Krımda Ayudağ və s.).
Fakolit
Fakolit — linzavari, kökü olmayan və çox vaxt antiklinal, nadir hallarda sinklinal strukturaların şarnir hissəsində yerləşən kiçik intruziv massiv. Az həcmli maqmanın yuxarı qalxaraq qırışıqlıq prosesində iştiraki nəticəsində yaranır. Əsasən ultraəsasi (alp tipli) ofiolit intruzivlərinə xasdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.