Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. == Ərzaqlar == 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün === Blinçik Üçün: === 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ === İçi Üçün: === 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ == Hazırlanma qaydası == Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Nifçi
Nifçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilmişdir.
Çirçik çayı
Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay. == Adının etimslogiyası == Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)» mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır. Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)» olaraq adlandırırdılar. == Ümumi məlumat == Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min.
Ətli blinçik
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə. == Ərzaqlar == 16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün === Blinçik Üçün: === 2 yumurta 1 xörək qaşığı şəkər tozu bir çimdik duz 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin) 1 1/5 stəkan un 2 xörək qaşığı duru yağ === İçi Üçün: === 500 q çəkilmiş mal əti 1 ədəd orta boy soğan duz istiot qızartmaq üçün duru yağ == Hazırlanma qaydası == Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın. Kiçik tavanın dibinə yağ sürtün.
Lipoik turşu
Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur.Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir. Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır. Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir.Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir. == Tarixi == Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər. == Farmakokinetikası == Lipoik turşu üzərində aparılan tədqiqatlar onun oral yolla qida əlavəsi olaraq qəbulunun venadaxili damcı yolu ilə yeridilməsi üsulu ilə orqanizm tərəfindən mənimsənilməsi arasında fərqlər olduğunu üzə çıxardı. Bunu 2007-ci ildə insanlar üzərində aparılan müşahidələr zamanı aşkar etmişdilər.Lipoik turşu həm də antioksidant rolunu oynayır, orqanizmin daxili antioksidant sistemlərini bərpa edir.
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Fazıl Kiçik
Fazıl Küçük, Kipr türkü siyasətçi jurnalist 1959 ilinin sonlarında qurulan Kipr Respublikasının vitse-prizenti Kipr türklərinin Rauf Denktaştan əvvəl öndəridir
Kiçik Pirəlli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür. Qəbələ r-nunun Böyük Pirəli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. XIX əsrdə keçmiş Qədim Pirelili kəndindən ayrılmış ailələr yeni yaşayış məntəqəsi yaratmış və onu Cocuq Pirəlili adlandırmışdılar.
Kiçik Plini
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. == Həyatı == Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Kiçik Qafqaz
Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir.Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubunda yerləşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə sərhədlərindən keçir. == Kiçik Qafqaz haqqında == Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri; Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir.
Kiçik Qaladərəsi
Kiçik Qaladərəsi — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Kiçik Qarabəy
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kiçik Qarakilsə
Kiçik Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə, Gümrü şəhərinin cənubunda yerləşir. Kəndin adı Xılqarakilsə, Xli-Qarakilsə, Qafqazın 5 verstlik xəritəsində Kiçik Qarakilsə formalarında qeyd edilmişdir. Toponim kəndin yaxınlığındakı qara rəngli kilsənin adı əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «kiçik» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 1828-ci ildə qovulmuş, 1829-1830 - cu illərdə Türkiyənin Qars, Alaşkert bölgələrində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Kiçik Qaramurad
Kiçik Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kiçik Qaramurad oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Mənbələrin məlumatına görə, Qaramurad adlı kənd 1828-ci ildə yaranmışdır. 1826-28-ci illər Rus-İran müharibəsi dövründə Gürcüstandan İrəvana qaçmış 400 azərb. ailəsini İrəvanlı Hüseynqulu xan Zəngi çayının sağ sahilində sərhəddə məskunlaşdıraraq bir neçə kəndlə (Mürsəlli, Baratlı, ArdıĢlı, Qarakeşiş) birlikdə Qaramurad kəndini də yaratmışdı. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Qaramurad (indiki Böyük Qaramurad) kəndindən çıxmış ailələr salmışlar. Oykonim Böyük Qaramurad kənd adının qarşılığıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 892 nəfər əhali yaşayır.
Kiçik Qaraqoyunlu
Kiçik Qaraqoyunlu — Göyçə mahalının Basarkeçər rayonunda mövcud olmuş kənd. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilmişdir. == Tarixi == Kiçik Qaraqoyunlu İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.
Kiçik Saray
Kiçik Saray (qaz. Сарайшық, fars. سرای‎‎, Sarayçık, Küçük Saray, və yaxud fars. سرای‎‎ — XIII-XVI əsrlərə aid qədim şəhər. Ural çayının sağ sahilində, Qazaxıstanın Atırau vilayətinin Maxambet rayonu, Atırau şəhərindən 50 kilometr şimalda müasir Sarayçık kəndinin yaxınlığında və ərazisində yerləşmişdir. Bir sıra fars və ərəb mənbələrində Saray-Çık, Saray-Uçuq və buna bənzər adlarla adlandırılmışdır. Əvvəllər Avropadan Çinə Volqaboyu və Xarəzm yolu ilə qədim ticarət yolunda yerləşən Qızıl Ordanın şəhərlərindən biri idi. 1242-1280-ci illərdə - Şiban Ulusunun paytaxtı kimi də tanınır. 1580-ci ildə dağıdılmadan əvvəl Noqay Ordasının paytaxtı və yeganə məlum şəhəri olmuşdur. Şəhər Qasım xanın dövründə Qazax xanlığının tərkibinə qatılmışdır.
Kiçik Sarıyal
Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində Sarıyar kimi qeyd edilir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü ilə "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Kiçik Tava
Kiçik Tava — Xəzər dənizinin Azərbaycana məxsus məhəlli sularında yerləşən kiçik ada. Dəniz səviyyəsindən −28 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Ada iki hissədən ibarətdir. Bu torpaq parçaları dayazlıqlarla bir-birinə birləşir. Çilov ilə Pirallahı adası arasında yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Kiçik Tunb
Böyük və Kiçik Tunb adaları (fars. تنب بزرگ و تنب کوچک ‎, Tonb-e Bozorg and Tonb-e Kuchak; ərəb. طنب الكبرى و طنب الصغرى ‎, Tonb al-Kubra and Tonb al-Sughra) - İran körfəzinin şərqində, Hörmüz boğazının yaxınlığında yerləşən kiçik adalar. Adalar İranın Hörmüzgan ostanının bir hissəsi kimi idarə olunur, həm də BƏƏ tərəfindən Rəs-ül-Xeymə əmirliyinin ərazisinin bir hissəsi kimi iddia edilir.
Kiçik Ulukul
Kiçik Ulukul — Ufa şəhərinə daxil olan Kirov rayonu Ataevka kəndi, Ataevskaya küçəsinin şimalında yerləşir. == Ədəbiyyat == Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство «Башкортостан», 2007. — 272 с. — 3000 экз.
Kiçik Vedi
Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözü ilə ərəb dilində «çöl, səhra», «məkan, yer» mənasında işlənən "vadi" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918-1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır.
Kiçik Yenisey
Kiçik Yenisey çayı (tıva Каа-Хем) — Tuva Respublikasında böyük bir çay, Yenisey hövzəsinə aiddir. Hövzəsinin sahəsi 58,700 km²-dir. Tuvan dilindən tərcümədə Kaa-Xem çayının adı "kiçik çay" deməkdir. Demək olar ki, bütün hövzəsi boyunca dağlıq ərazidən axır. == Hidrometriya == Kiçik Yeniseyin axması 23 il ərzində (1974–1999) Qızıldakı nəzarət-ölçü stansiyasında müşahidə edilmişdir. Bu dövrdə Qızılda qeydə alınan orta illik axın 59849 km² hövzə üzrə 410 m³/s olmuşdur. Bu Tuva kontekstində yüksək hesab edilə bilən illik ortalama 221 mm yağışa uyğundur. Çaylar üçün qidalanmanın əsasən mənbəyi yüksək Sayan dağlarında qar və buzlaqların əriməsi ilə təmin edilir. Yay yağışı yaz-yay aylarında, may-avqust aylarında düşür. Pik axını iyun ayında hövzənin zirvələrində qar və buzun kütləvi əriməsi zamanı baş verir.
Pihcik (Sulduz)
Pihcik (fars. پيه جيك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).