Kiçik Qaraqoyunlu

Kiçik QaraqoyunluGöyçə mahalının Basarkeçər rayonunda mövcud olmuş kənd. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilmişdir.

Kiçik Qaraqoyunlu
40°08′ şm. e. 45°51′ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kiçik Qaraqoyunlu xəritədə
Kiçik Qaraqoyunlu
Kiçik Qaraqoyunlu

Kiçik Qaraqoyunlu İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir.

Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir.

Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar

İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.

1922-ci ildə burada 197 nəfər, 1926-cı ildə 212 nəfər, 1931-ci ildə 209 nəfər, azərbaycanlı yaşamışdır. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilərək ləğv edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]