Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Lallar
Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Cəlair i.ə.v.-də kənd. Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eldar Həsənov – Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Liliqr
Liliqr (ing. Liliger; "Lion"-şir və "liger"-liqr) — yeni nəsil pişiklər fəslindən hibrid yırtıcı heyvan. Liliqr erkək şir və dişi liqr arasında hibriddir. Liliqrlar liqrların özləri kimi təbiətd görünmürlər. İlk dəfə dişi liliqrın anadan olması 2012-ci ildə Novosibirsk zooparkında qeydə alınmışdır. Liliqra Kiara adını verdilər. 2013-cü ildə elə həmin zooparkda daha üç dişi liliqrın anadan olması qeydə alındı. 2017-ci ildə isə ilk dəfə erkək liliqrın anadan olması qeydə alındı. 2019-cu ilin oktyabrında Rusiyada Primorsk safari parkında erkək liliqr aşkarlandı. Adına Blaq qoydular.
Lollar
Lollar (alm. Lollar‎) — Almaniyanın Hessen torpağının Giessen inzibati dairəsində şəhər. Sahəsi 21.9 km2, əhalisi 10110 nəfərdir (2006).
Ləlvar
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Tulpar
Tulpar (başqırdca: Толпар, qazaxca: Тұлпар, tatarca: Тулпар, qırğızca: Тулпар, rusca: Тулпар və ya Тулпа́р) — türk, qırğız və altay mifologiyasında adı çəkilən qanadlı uçan at, Peqas ilə bənzərdir. Qırğızların Manas dastanında bu uçan qanadlı atlardan söz edilir. Arxeoloji qazıntılar nəticəsində Qazaxıstanda kəşf edilən kurqanda olan qızıl geyimli adam adlı tapıntının başlığında tulpar fiquru vardır. Azərbaycan Koroğlu dastanında Qırat və Dürat tulparın (dəniz atı) nəslindən gəlir. Tulparın adı, Türk, qırğız və Altay mifologiyalarında keçər. Ümumiyyətlə ağ və ya qara (tək rəng) bir at olaraq təsvir olunur. Ağ qanadları vardır və Kuday (Tanrı) tərəfindən qəhrəmanlara köməkçi olması üçün yaradılmışdır. Dünyanın ən uzun dastanı olan qırğızların Manas dastanında, Manasın məşhur döyüşçülərinin sürdüyü qanadları ilə küləkdən sürətli qaçdığı deyilən əfsanəvi atlardan bəhs olunur. Başqırd inanclarına görə qanadlarını heç kim görə bilməz. Tulpar qanadlarını yalnız qaranlıqda, böyük maneələri və məsafələri aşarkən açar.
Vilvar
Vilvar (az.-əbcəd ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Ganguleterakis dispar
== Xarici quruluşu == Nematod bədəninin ön hissəsində 2 lateral qanada malik sarımtıl- ağ rəngdədir. Ağız 3 dodaqla əhatələnib. Qida borusunun arxa hissəsi genişlənərək bulbusa çevrilmişdir. Qida borusunun ön hissəsində başdan 0,099- 0,114 mm məsafədə sinir həlqəsi yerləşmişdir. Qida borusunun orta hissəsində isə ön hissədən 0,600 – 0,617 mm məsafədə ekskretor dəliyi yerləşir. Erkək-Bədəninin uzunluğu 10–16 mm, maksimal eni isə 0,396- 0,517 mm arasında dəyişir. Qida borusu ilə bulbusun uzunluğu 1,210- 1,476 mm, yalnız bulbusun uzunluğu 0,308- 0,345 mm, bulbusun eni 0,209- 0,278 mm- dir. Quyruğundakı çıxıntının uzunluğu 0,066- 0,143 mm – dir. Anusdan quyruğun ucuna qədər olan məsafə 0,319 mm- dir. Spikulalar bərabər uzunluqda olub 0,385- 0,614 mm-dir.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Karina Lixvar
Karina Lixvar (d. 11 dekabr 1998) — İsraili təmsil edən bədii gimnast. Karina Lixvar 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Lixvar həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Karina Lixvar 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir.Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu.1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni “1917-ci ildən əksinqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əksinqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən” Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi.Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur. == Siyasi fəaliyyəti == === Keçid dövrü === Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb.1918-ci ilin martında Tiflisdə Slavyan-Rus Cəmiyyətini təsis edərək onun sədri olmuşdur. Konstantin Lizqar Slavyan-Rus Cəmiyyətinin sədri seçilənə qədər Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin sərəncamında fəaliyyət göstərirdi. 1917-ci ilin avqustun 22-də Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin ona verdiyi vəsiqədə yazılmışdı: === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Konstantin Lizqarın 1918-ci ilin 16 fevralında Zaqafqaziya Komissarlığının Ticarət və Sənaye Komissarı Lütfəli bəy Behbudov tərəfindən verilmiş tapşırıqla Batuma gedib, 28 fevrala qədər təlimatda göstərilən işləri yerinə yetirib qayıtması ilə bağlı sənəd də mövcuddur.
Lymantria dispar
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. == Həyat tərzi == Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Ləlvar dağı
Ləlvar — Ağzıböyük silsiləsində dağ. Hazırkı Ermənistan respublikasının Loru vilayətində yerləşir.
Ocneria dispar
Tək ipəksarıyan (lat. Lymantria dispar) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Dişi fərdlərin qanadları açılmış halda 75 mm ölçüdə olub, axırıncı seqmenti sıx qəhvəyi tükcüklərlə əhatə edilmiş böyük qarıncıqdan ibarətdir. Erkək fərd isə qanadları açılmış halda 45 mm olmaqla, nazik qarıncıqdan və lələkvari bığcıqdan ibarətdir. Dişilərdə qanadlar boz-ağımtıl olmaqla, üzərindən əyri xətlər keçir, erkək fərdlərdə isə qanadlar açıq-boz rəngdə olmaqla, üzərində düz xətlər və kənarlarında tünd ləkələr vardır. == Həyat tərzi == Abşeronda tək ipəksarıyan kəpənəyinin uçuşu iyun ayının axırı və iyul ayının əvvəllərinə təsadüf edir. Kütləvi uçuş isə iyul ayının ikinci yarısı başlayır və avqust ayının ortalarına kimi davam edir. Dişi fərdlər topa halında yumurta qoyur və həmin topanın üzərini qarıncığı vasitəsilə ifraz etdiyi maye ilə sıvayır. Topa halında olan yumurtaların sayı bəzən 850-1000-dən atrıq olur. Tək ipəksarıyanın ayrı-ayrı illərdə belə yüksək yumurtaqoyma məhsuldarlığına malik olması, Abşeronun ərazisinin coğrafi xüsusiyyətlərindən asılıdır.
Phalaena dispar

Porthetria dispar

Tulpar PDM
Tulpar PDM — Türkiyə istehsalı olan piyadanın döyüş maşınıdır. Döyüş maşını adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi atdan almışdır. Şirkət bildirir ki, “Tulpar” XXI əsrin tələbləri çərçivəsində tanklar ilə birlikdə tapşırıqları icra edə biləcək. == Etimologiyası == "Tulpar" qədim türk mifologiyasında döyüşçüləri qoruyan "uçan at" mənasını daşıyır. Sonradan yunanlar da bu addan bənzər əfsanələrində istifadə ediblər. Bu adın seçilməsində məqsədin zirehli birliklərin "qoruyucu uçan ata" sahib olmasının vacibliyini vurğulamaqdan ibarət olduğu ehtimal edilir. Qırğızıstan da bu adda minik avtomobili istehsal edir. == Taktiki texniki xüsusiyyətləri == "Tulpar" çoxməqsədli zirehli döyüş maşını kateqoriyasına aiddir. Onun yüngül tank, piyada döyüş maşını, personal daşıyıcısı, idarəetmə, kəşfiyyat, axtarış-xilasetmə, raket atıcı qurğusu, sanitar maşını, HHM və ya tank əleyhinə vasitə kimi hazırlanması mümkündür. Zirehli vasitə üzmə xüsusiyyətlərinə də malikdir.
Villar-Bonno
Villar-Bonno (fr. Villard-Bonnot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38547. Kommunanın 2012-ci il üçün əhalisi 7325 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 448 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənubda, Qrenobldan 14 km şimal-qərbdə yerləşir.
Villar-Lubyer
Villar-Lubyer (fr. Villar-Loubière, oks. Vilard Lobiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05182. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 49 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 21 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 72.2%). 21 fəal adamdan 19 nəfəri (10 kişi və 9 qadın) çalışdı, 2 kişi işsizdi.
Villar-Rekyula
Villar-Rekyula (fr. Villard-Reculas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38550. Kommunanın 1999-cı il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 826 ilə 2058 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənubda, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. == Satılması == 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.