Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lesensiat
Lesensiat –[lat. lit(t)era – hərf; licentiatus – icazə, ixtiyar verilmiş] 1)mətbəə yığımında çap üçün bir ucunda hərf, işarə, rəqəm və s.-nin relyefli təsviri (qabarıq təsviri) olan düzbucaq formalı qısa brus. Metal, taxta və ya plastik kütlədən hazırlanır; çox vaxt mətbəə ərintisindən tökülmüş lesensiat işlədilir. Qabarıq təsvir rənglə örtüldüyündən çap prosesində kağız üzərində basma, ottisk (iz) alınır; 2)elmi dərəcə. Orta əsr universitetlərində bakalavr ilə doktor arasında keçid dərəcə. Fransa, İsveçrə, Finlandiya və Latın Amerikasının bəzi ölkərinin universitetlərində lesensiat elmi dərəcəsi indi də mövcüddür. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.