Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Jozef Lister