Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yari Litmanen
Yari Litmanen (20 fevral 1971[…], Lahti[d]) ― Finlandiya keçmiş futbolçusu. Ayaks, Barselona, Liverpul kimi komandaların formasını geymişdir. 2005 ildə son 50 ilin ən yaxşı Finlandiyalı fubolçusu seçilib. == İlk dövrlər == İlk dəfə futbola Reypas klubunuda başlayan Yari 1992-ci ildə Ayaksın məşqçisi tərəfindən kəşf edilir və Ayaksın cavanlar klubuna daxil olur. Kiçik yaşlarından futbola olan marağı onu futbolunu daha da profesyonallaşdırmağa meyl etdirir. Bir mövsüm Ayaksın cavanlar klubunda oynadıqdan sonra 1993-cü ildə məşqçi Luiz Fan Qaal Litmaneni əsas heyətə daxil edirdi. == Ayaks == 1994-cü ildə Ayaksın əsas heyətinə daxil olan Litmanen ilk maçtlardan öz oyununu Fan Qaala bəyəndirə bilir və nəticədə Litmanen Ayaksın "10" nömrəli formasına və 11 nəfərlik əsas heyətin dəyişilməz adamlarından birisi olur. 1994-95 mövsümündə Ayaks, çempionlar liqası, Hollandiya çempionatı və Hollandiya kubokunda mübarizə aparırdı. Heyətində Patrik Kluvert, Klaren Sidorf, Mark Overmars, Edvin Van Der Saar kimi futbolçular olan Ayaks, 1994-95 mövsümünü; Çempionlar Liqası, Hollandiya çempionatı və kuboku, Avropa super kuboku, UEFA Qitələrarası kubokları ilə başa vurur. Litmanen isə ümumiliklə 42 oyunda 27 top vuraraq komandasının bu möhtəşən kubok seriyasını qazanmasında böyük rol oynayırdı.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.