Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diareya
Diareya və ya ishal — boş, sulu və tez-tez baş verən nəcis ifrazı. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. Həftədən az davam edən diareya kəskin diarreya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Dünyada bir və ya çox epizodlu diareyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diareyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlılar) dünyasını dəyişir. Yaşlı insanlarda diareya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon uşağın həyatını alır.
Latreya
Latreya (lat. lathraea) — ağac köklərində parazitlik edən bitki. Latreyanın yarpağı olmur. Fındıq, söyüd, qarağac ağaclarının kökündə parazitlik edir. Üstü qılafla örtülmüşdür. Rəngi qırmızıdır.
Liviya
Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. .6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir. 2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür .
Pulcuqlu latreya
=== Lathraea squamaria L. === Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir. Kökümsovu çox vaxt çox uzundur, budaqlanmış və ağımtıl rənglidir, lətli pulcuqlarla çox əhatə olunmuşdur. Yerüstü hissəsi nisbətən pulcuqlarla az örtülmüşdür. == Çiçək == Çiçəkləri birtərəfli salxımşəkilli çiçək qrupunda, inkişaf etməmiş xırda yarpaq qoltuğunda, qısa saplaq üzərində toplanmışdır. Tacın uzunluğu 14–17 mm olub, borucuğabənzərdir, adətən solğun-bənövşəyi və ya ağımtıl-çəhrayı rənglidir, çılpaqdır; üst dodaq bütövdür; alt dodaq üçbölümlü, qısa, küt dilimləri vardır. == Meyvə == Qutucuq şarşəkillidir, kasacığa bərabərdir. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), Qobustan, Kür- Araz oval., KQ şimal, Lənk.dağ. Ovalıqdan aşağı, nadir hallarda orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşələrdə və kolluqlarda rast gəlinir; Corylus L. və Alnus L. cinslərinin növləri üzərində parazitlik edir.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Hüms, Liviya
Liviya Krallığı
Liviya Krallığı (ərəb. المملكة الليبية‎ al-Mamlaka al-Lībiyya) — 1951-ci il dekabrın 24-də yaradılıb və 1969-cu il sentyabrın 1-də idarəetmə forması monarxiyadan respublikaya keçəndən sonra dağılıb. == Konstitusiya == Krallıq konstitusiyalı monarxiya hakimiyyət quruluşuna sahib idi, onun başında Sənusilər sufi ordenindən olan I İdris dururdu. Əsas hakimiyyətə kral malik idi. Parlament iki palataladan ibarət idi: Senat və Nümayəndələr Palatası. Baş naziri kral təyin edə və istefaya göndərə bilərdi. == Tarixi == 1949-cu il noyabrın 21-də BMT-nin Baş Məclisi Liviya 1952-ci il yanvarın 1-dək müstəqillik əldə etməsinə dair qətnamə qəbul etdi. Sonrakı danışıqlar üçün Liviyanı I İdris təmsil edirdi. 24 dekabr 1951-ci ildə Liviya müstəqilliyini elan etdi, və bununla da müstəqilliyini BMT-nin qərarı ilə əldə etmiş ilk ərəb dövləti və ilk müstəqil Afrika dövlətlərindən biri oldu. 1959-cu ildə Liviyada böyük neft yataqları tapıldı və onun sonrakı hasilatından gələn gəlirlər sayəsində Liviya dünyanın ən yoxsul dövlətlərindən ən zəngin birinə çevrildi.
Liviya Soyqırımı
Liviya Soyqırımı və ya II. İtalyan-Sənusi müharibəsi — 1923-1932-ci illərdə Liviyada İtalyan rəhbərliyi altında olan İtaliyanın hərbi birləşmələri ilə yerli Senusi üsyançıları arasında,üsyançı lider Ömər Muxtarın tutulmasına və öldürülməsinə qədər davam edən uzun qarşıdurmalı bir dövrdür. İtaliya'nın Liviyanı idarə etmək cəhdləri sırasında, Sirenayka (Arapça:برقه - Barka) xalqı böyük bir qətliama məruz qaldı. İşğal zamanı Sireneykanın 225.000 əhalisinin dörddə bir hissəsi məhv oldu.Atışmalar zamanı İtaliya; kimyəvi silahdan istifadə, təslim olan müharibə əsirlərini öldürmə, dinc əhalinin öldürülməsi kimi ağır cinayətlərə imza atdı. İtaliyalı səlahiyyətlilər, 100.000 qədər Sireneyka bədəvisini zorla yerlərindın çıxarmış, etnik ttəmizləmə həyata keçirmişdilər.Çünki Bədəvilərin torpaqları İtalyan dövlət tərəfindən italiyalı köçkünlərə vədd edilmişdir. 2008-ci ildə İtalyan müstəmləkə idarəsinin yaratdığı zərərin əvəzlənməsi üçün İtaliya ilə Liviya arasında bir müqavilə imzalanıb. Liviya lideri Muammer Qəddafinin imzaladığı mərasiminə, Ömər Muxtarın İtalyan təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu zaman ,onun zəncirlənmiş halda çəkilmiş şəklindəki geyimini bənzərini geyinərək qatılmışdı. İtaliya Baş naziri Silvio Berluskoninin imzaladığı mərasimində; "Bu tarixi sənəd ilə İtaliya, müstəmləkə dövründə Liviya xalqına edilən qırğınlar və təzyiqlər üçün üzr istəməkdədir.İtaliya,müstəmləkə dövründə Liviyaya verdiyi zərərin ağırlığını anlayır " deyərək Liviya xalqından üzr istədi. == Hadisələrin inkişafı == İtaliya-Osmanlı müharibəsindən sonra, Liviya Osmanlı İmperatorluğundan əlindən çıxaraq, İtalyan hökmranlığı altına girdiyi andan bir müddət sonra bir üsyan başladı. İtalyanlar bu böyük torpağı idarə etməkdə çətinlik çəkirdilər. Liviya İtalyanın hökumətinə getdiyi andan etibarən Sənusilərlə İtalyanlar arasında bir mübarizə getməkdəydi.İtalyanların Sənusilərlə qarşıdurması,I Dünya Müharibəsi zamanı,Sənusilərin Osmanlı İmperiyası ilə müttəfiq olaraq,İngilis qüvvələrinə qarşı Osmanlıların Levant bölgəsinə başlatdığı hücuma yardım məqsədi ilə,Misirə daxilinə etdikləri axinlara əsaslanırdı.İngilislər və Sənusilər arasındakı müharibə, iki tərəfin sülh razılaşması etdiyi,1917-ci ilə qədər davam etdi.1917-ci ildə İtaliya Liviyanın müstəqilliyini tanıyan Akrama müqaviləsini imzaladı.
Liviya Yuliya
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nigah 6 il sürür.
Liviya bayrağı
Liviya bayrağı — Afrika ölkəsi olan Liviyanın 24 dekabr 1951-ci ildə ilk dəfə istifadə olunan bayrağı, 27 fevral 2011-ci ildə rejimin dəyişikliyindən sonra Liviya hökumətinin Milli keçid Şurası tərəfindən yenidən istifadə verildi. Bayraq, 1951-1969 illəri arasında istifadə edilən Liviya Krallığı bayrağı ilə eynidır. Mülki müharibədən əvvəl istifadə edilən düz yaşıl zəmindən ibarət bayraq Muəmmər Qəddafi rejiminin dayandırılması ilə ləğv edildi.
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi:"'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Liviya dənizi
Liviya dənizi (yun. Λιβυκό Πέλαγος, ərəb. البحر الليبي‎)- Aralıq dənizinin mərkəzi hissəsində Krit adası ilə Afrikanın şimalı arasında yerləşir. Dəniz şimalda Krit dənizi, şərqdə Kipr dənizi, şimal-qərbdə isə İon dənizi ilə hüdudlanır. Bu termin antik dövrdə topoqrafik xəritələrdə öz əksini tapırdı. Ən iri limanı Benqazi şəhəridir.
Liviya səhrası
Liviya səhrası (ərəb. الصحراء الليبية‎, Əl-Libya — Şimali Afrikada, Saxaranın şimal-şərqində yerləşən səhra. == Coğrafi yerləşməsi və təbii xüsusiyyətləri == Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı ilə əhatələnir. Liviyanın şərqi, Misirin qərbi və Sudanın şimalını əhatə edir. Səhra okean və materik qabığı üzərində yerləşir. Şimalı düzənlik düzənlikdir və dyunlarla örtülüdür. Dyunların uzunluğu 650 km, hündürlüyü 300 metrdir. Şimal-şərində çökəkliklər yerləşir. Afrikanın ən çökək hissəsi 133 metr olan Kattar çökəkliyidir.
Liviya tarixi
Liviyanın tarixi keşməkeşli olub. == Ümumi tarix == Liviyanın yerli sakinləri daim xaricilərin əsarətində olublar. Əvvəlcə Roma, sonra Ərəb xilafəti, nəhayət Osmanlı imperiyasının əsarətində olan ərazi zamanın müəyyən mərhələsində yunanların da koloniyası olub. Makedoniyalı İsgəndərin Liviyanı işğalından sonra uzun müddət qədim Roma-Yunan sərkərdələri burada hakimlik edirlər. Ərəb istilası zamanında Tripoli və Sirenayka yunan şəhər-dövlətləri dəfələrlə öz ordularını bu əraziyə göndəriblər. 1146-cı ildə Siciliyalı Normanlar Tripolini zəbt etdilər. 1553-cü ildən sonra isə Liviya Osmanlıların hakimiyyətinə keçdi. Sultan Turqut Rəisin dövründə ərazidə islahatlar geniş vüsət aldı. Bundan sonra Liviya bölgələrə ayrıldı və “dayı” adlanan müstəqil bəylər tərəfindən idarə edilməyə başladı. Bu bəylər qonşu həmkarları, həmçinin, ümumi sərhədə malik olan dövlətlərlə mədəni, ticarət, eləcə də siyasi əlaqələr qurdular.
Yanq Livey
Yanq Livey - hərbi pilot və Çin Milli Kosmos Administriyasının astronavtıdır. O, 2003-cü ildə Çinin kosmik proqramı ilə kosmosa göndərilən ilk adam oldu. Şenzou 5 adlanan bu missiya Çini müstəqil şəkildə kosmosa insan göndərən üçüncü dövlət etdi.
Zaviyə (Livya)
Zaviyə Liviyanın şimal-qərbində yerləşən şəhərdir. Tarixi Tropolitaniya bölgəsində, Tripolinin təxminən 47 km (29 mil) qərbində ,Aralıq dənizinın Liviya sahillərində yerləşir. Zaviyə, Zaviyə rayonunun mərkəzidir. == Haqqında == 1973 və 1984-dəki Liviya əhali siyahıya almalarında, şəhərin əhalisi 91.603 idi. Əhaliyə görə (Tripoli,Benqazi , Misrata və Baydadan sonra) Liviyanın ən böyük beşinci şəhəridir .2011-də Zaviyə rayonunun təxminən 200.000 əhaliyə sahip olduğu təxmin edilirdi bunların çoxu şəhər əhalisi idi. Zaviyə şəhərinin 1988-də qurulan Al Zawiya Üniversiteti adında bir üniversiteti vardır . Şəhərin yaxınında neft sahəsi yerləşir və Zaviyə, Liviyanın ən önəmli iki neft rafinəsindən birinə sahib. Zaviyə ilk dönəmdəki ən şiddətli döyüşlərdən bəzilərinin yaşandığı yeriydi. Çünki Zaviyənin yerləşdiyi yer Tripoli və Tunis sərhəddi arasındakı maşruta nəzarət etməyə imkan verən bir yerdir. == İqlim == Zaviyə quru tropik bir iqlimə sahibdir.
Azərbaycan–Liviya münasibətləri
Azərbaycan–Liviya münasibətləri — Azərbaycan Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 16-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Gövhər Baxşəliyeva olmuşdur. 4 mart 2016-cı il tarixindən Fəzail İbrahimli işçi qrupunun rəhbəridir.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Liviya Milli Ordusu
Liviya Milli Ordusu (LMO), 2019-cu ilin Noyabr ayından etibarən Həftar Silahlı Qüvvələri (HSQ) olaraq bilinən İkinci Liviya Vətəndaş müharibəsində rol oynayan hərbi qüvvədir. Xəlifə Həftar başçılıq edir və Tobruqdakı Nümayəndələr Palatasına bağlıdır. Liviya Milli Ordusu, 2011-ci ildə Liviyadakı vətəndaş müharibəsi zamanı Liviya Silahlı Qüvvələrinin NATO tərəfindən ağır məğlubiyyətindən sonra yeni Liviya hökuməti tərəfindən quruldu. 2014-cü ildə İkinci Liviya Vətəndaş Müharibəsinin başlaması ilə ordu Xəlifə Həftarın nəzdindəki terrorla mübarizə qrupuna və Abdulsalam əl-Obidinin rəhbərlik etdiyi qanuni qrupa bölündü. Qısa bir müddət sonra, eyni ildə Nümayəndələr Palatası Xəlifə Həftəri ordunun rəhbəri təyin etdi və ordunu tək bir dam altında yenidən bir araya gətirdi. Nümayəndələr Palatasının komandanlığı altında Həftər, Baş Milli Konqresə qarşı “Qürur Əməliyyatı” adlı bir əməliyyat başlatdı. İkinci Liviya Vətəndaş Müharibəsi davam edərkən, beynəlxalq səviyyədə tanınan Tripoli mərkəzli Milli Konsensius Hökuməti 2016-cı ildə quruldu. Xəlifə Həftər tabeliyindəki Liviya Milli Ordusu, bu hökuməti sona çatdırmaq üçün 4 aprel 2019 tarixindən etibarən Tripoliyə hücuma başlamışdır və hücum 2020-ci ildə Türkiyənin regiona müdaxiləsi ilə Liviya Milli Ordusu üçün məğlubiyyət ilə başa çatmışdır. Liviya Milli Ordusu böyük ölçüdə muzdlulardan və ya militanlardan ibarətdir. Bu quruluşda sələfi təşkilatlar, Sudan, Çad və Rusiyadan olan muzdlular vardır.
Liviya inqilabı (1969)
Liviya inqilabı (1969). Əl-Fateh inqlabı ― 1 sentyabr 1969-cu ildə Muəmmər Qəddafinin başçılıq etdiyi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı" adlı gizli ordu təşkilatı tərəfindən Liviyada edilmiş hərbi çevriliş. Liviyanın kralı I İdris inqilab zamanı Türkiyədə müalicə alırdı və bir sıra qərb dövlətlərinin onun hökümətini dəstəkləməsinə baxmayaraq o, heç cür inqlabı dəyandıra bilmədi. Çevrilişin nəticəsində Liviya Krallığı aradan qaldırıldı və yerinə Liviya Ərəb Respublikası yarandı, həm də ölkənin xarici siyasəti radikal dəyişikliyə uğradı və daha çox pan-arabizmə və anti-imperializmə dəstək verildi. == Monarxiya dövründə Liviya == Liviya krallığı müstəqilliyini 1951-ci ildə əldə etdi. Azadlığın alınmasında Kirenaiki əmiri İdiris As-Suensinin böyük rolu vardı, çünki Liviya xalqı məhz onun çevik və bacarıqlı diplomatiyası sayəsində müstəqillik qazandı. Ölkə konstitusiyalı monarxiya rejiminə keçdi, əmir titulu isə kral titulu ilə əvəzləndi. Liviyanın sonuncu kralı I İdris Liviya vətəndaşı kimi Misirdə yaşamış və 1983-cü ildə 93 yaşında orada vəfat etdi. == Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı == 1964-cü ildə Aralıq dənizi sahilində yerləşən balaca Tolmeyt qəsəbəsində 23 yaşlı gənc leytenant Muammər Qəzzafinin rəhbərliyi altında yaradılmışdı. Tolmeytdə keçirilən gənc liviyalı zabitlərin qurultayında Misir inqilabının şüarı, «Azadlıq, Sosializm, Birlik», şüarı gənc zabitlərin devizi olaraq qəbul edildi.
Liviya vətəndaş müharibəsi
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. == Tarixi == Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
Liviya İslam Dövləti
İraq Şam İslam Dövləti Liviyada — Liviyada 13 noyabr 2014-cü ildən fəaliyyət göstərən terrorçu qruplaşma. İŞİD-in bir Liviyadakı qruplaşmasıdır. Və Muəmmər Qəddafinin ölümündən sonra ölkəni ələ almağa başladı. == Arxa plan == Polkovnik Muammar Qəddafi və hökumətinin devrilməsi ilə nəticələnən 2011-ci il Liviya Vətəndaş Müharibəsindən sonra bir çox üsyançı döyüşçü Suriyadakı Vətəndaş Müharibəsində Bəşər Əsəd və sadiq adamları ilə döyüşən yaraqlı qruplarla yanaşı Suriyaya getdi.2012-ci ildə Suriyada döyüşən bir qrup liviyalı Battar Briqadasının qurulduğunu elan etdi. Battar Briqadası sonradan İŞİD-ə sədaqət göstərəcək və bunun üçün həm Suriya, həm də İraqda mübarizə aparacaqdır. 2014-cü ilin əvvəlində 300-ə qədər Battar Briqada qazisi Liviyaya qayıtdı. Dernada, digər yerli qruplardan yaraqlıları cəlb etməyə başlayan İslam Gəncliyi Şura Şurası adlı yeni bir fraksiya yaratdılar. Qoşulanlar arasında Ənsar-şəriət Derna şöbəsinin çox sayda üzvü var idi. Növbəti bir neçə ay ərzində Dernada onlara qarşı çıxan hər kəsə müharibə elan etdilər, hakimləri, vətəndaş liderləri və digər müxalifləri, o cümlədən Əl-Qaidə müttəfiq Əbu Səlim Şəhidlər Briqadası kimi səlahiyyətlərini rədd edən yerli yaraqlıları da öldürdülər. 2014-cü ilin sentyabr ayında qrup rəhbərliyi tərəfindən göndərilən bir İŞİD heyəti Liviyaya gəldi.
Liviya–Türkiyə münasibətləri
Türkiyə–Liviya münasibətləri — Türkiyə Respublikası ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == XVI əsrin ortalarında Osmanlı İmperiyası Liviyanın sahil bölgələrini fəth etdi və bu ölkənin cəmiyyətinə böyük təsir göstərdi. Osmanlı Tripolitaniyası qeyri-sabitliyi ilə seçilməsinə baxmayaraq yüksək dərəcədə bir muxtariyyətə sahib idi. 18-ci əsrdə Əhməd Karamanlı, Liviyanı Osmanlı İmperiyasının nəzarəti altında idarə edən Karamanlı sülaləsini qurdu. Liviya onun hakimiyyəti altında Osmanlı İmperiyasının ən çiçəklənən bölgələrindən birinə çevrildi, lakin itayətsizliyi Osmanlılar arasında düşmənçilik yaratdı.. Ancaq varisləri Əhməd qədər uğurlu olmadılar və sülalə XVIII əsrin sonunda təsirini itirməyə başladı və Amerika Birləşmiş Ştatları tərəfindən başladılan Bərbər müharibələri, Karamanlı sülaləsinin tamamilə çökməsinə səbəb oldu.İtaliya-Osmanlı müharibəsi (1911-1912) bitdikdən sonra Liviya İtaliyanın nəzarətinə keçdi. 1947-ci ildə Türkiyə ilə Liviya əlaqələrini bərpa edir. 1951-ci ildə Liviya Krallığı qurulur və Türkiyə ilə isti münasibətləri davam etdirir. 1969-cu ildə Liviyada kral Məhəmməd İdris əl-Sənusi müalicə üçün Ankarada olduğu zaman qansız bir hərbi çevriliş baş verir. Məhəmməd İdris əl-Sənusi hərbi çevrilişi qınayır, lakin hakimiyyəti bərpa etmək üçün təsir gücündən məhrum olur.
Nümayəndələr Palatası (Liviya)
Nümayəndələr Palatası (ərəbcə: مجلس النواب Məclisül Nuveb) Liviyanın bir palatalı milli qanunverici orqanıdır. Parlament, 2014-cü ilin sonlarında Liviya Vətəndaş müharibəsi zamanı ölkənin ən şərqindəki Tobruq şəhərinə köçdü. 2019-cu ildən etibarən Liviya Vətəndaş müharibəsi dövründə “Tobruq hökuməti” olaraq adlandırılmışdır.
Qətər–Liviya münasibətləri
Qətər–Liviya münasibətləri — Qətər Dövləti ilə Liviya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Liviya da Qətər ilə diplomatik əlaqələri kəsmişdir.