Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lixenologiya
Lixenologiya — şibyə və ona bənzərləri öyrənən elm.Şibyələrin (lat. Lichenes) xalq təsərrüfatında əhəmiyyətli rolu Bu qrupa 400 cinsə aid 13000-17000 növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş, mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində çox geniş yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır. Buna görə də şibyələr bitkilərin yayılması üçün ilkin şərait yaradır.İkinci bölməni təşkil edən bakteriyaların bəzi qrupları istisna olmaqla, göbələklər, xlorofilsiz canlılardır.
Limnologiya
Limnologiya — quru hidrologiyasının bir şöbəsi olub, gölləri, su anbarlarını və bataqlıqları öyrənən elm. == Ümumi məlumat == Limonologiyanın başlıca vəzifəsi sututarlarda daim dəyişib inkişaf edən fiziki, kimyəvi və bioloji proses və hadisələrin qanunauyğunluqlarının, bu proseslərin ətraf mühitlə əlaqəsinin öyrənilməsidir. Limnologiya elminin əsasları XIX əsrin ikinci yarısında İsveçrə alimi Fransua Fovel tərəfindən formalaşdırılmışdır. 1885-ci ildə Londonda keçirilən beşinci Beynəlxalq Coğrafiya konqresində gölşünaslığın məqsəd və vəzifələrini əsaslandıraraq onu coğrafiya elmləri sisteminə daxil olan hidrologiyanın bir bölməsi kimi əsaslandırmışdır. Müasir limnoloji tədqiqatlarda landşaft və balans üsulları əsasında formalaşan kompleks-coğrafi istiqamət əsas yer tutur.