Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. == Mart soyqırımı və Bakı qoçuları == 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Qoturluq gənəsi
Qoturluq gənəsi (lat. Sarcoptes scabiei) — insanda və başqa məməlilərdə qotur xəstəliyi törədən dərialtı parazit.
Metaseiulus loculus
Metaseiulus flumenis (lat. Metaseiulus flumenis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Hind lotusu
Fındıqcalı şanagüllə və ya Hind lotusu(lat. Nelumbo nucifera) — şanagüllə cinsinə aid bitki növü.
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi.Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. == Etimologiyası == Bitkinin hazırki Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. == İqtisadi əhəmiyyəti və tətbiqi == Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir. Bu rizomlardan un istehsalı və nişasta istehsalı üçün xammal kimi istifadə oluna bilir.
Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq ilbizcüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Otluq şərq alabayquşu
Otluq şərq alabayquşu (lat. Tyto longimembris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. == Ümumi məlumat == Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.