Qafqaz xameneriumu
Hündürlüyü 30–50 sm, gövdəsi əsasından yayılan və ya sürünən, az qalxan, aşağı hissədə çılpaq, qurumuş, aralanmış nazik qəhvəyi rəngli qabıqlıdlr, yuxarı hissədə tüklü, sadə və ya az budaqlanan yarımkoldur.
Yarpaqlarının orta hissəsindən aşağısı daha çox genişlənmiş, sivri ucluğa tədricən daralandır, tünd yaşıl rənglidir, kənarları xırda dişli, oturaq və yaxud çox qısa saplaqlıdır, çılpaq və ya kənarları və orta damarı tüklüdür, uzunluğu 3,5 sm, eni 5–7 mm-dir.
Salxımı qısalmışdır, demək olar ki, qalxanşəkillidir, azçiçəklidir.
Qutucuq tünd-qırmızımtıl rəngdədir, nazik tüklü, yetişmişləri demək olar ki, çılpaqdır, uzunluğu 7 sm-ə qədərdir. Toxumları açıqq əhvəyirəngli, uzunluğu 2 mm-ə yaxındır, xırda məməciklidir.
İyul-Avqust
Avqust-Sentyabr
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. Subalp və alp qurşağında.
Dağdan axan çayların çaqıl daşları üzərində rast gəlinir.