FIRILDAQÇI Bu elan bir dəstə fırıldaqçını şirnikdirir (H.Abbaszadə); FIRILDAQ [Fərrux Natiqə:] Ədə, sən başdan-ayağa fırıldaqmışsan ki! (B.Bayramov); JULİK (dan.) Minnətov: Bəli, o, julikdir (R.Rza); KAZİB (köhn.) Məncə bu hökmü danan mürtəd, həm kazibdir (Ə.Qəmküsar); LOTU (dan.) Mina: O lotular olmasaydı, mən çoxdan pensiyanı alırdım.. (M.İbrahimov); AFERİST, BİZNESMEN (məc.), ƏYRİ, HİYLƏGƏR (bax); HOQQABAZ (məc.); ZATIQIRIQ