Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Luise Stablein
Luise Stablein (15 sentyabr 1980) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Luise Stablein Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Liza luciae
Sent–Lüsiya kefalı (lat. Liza luciae) — liza cinsinə aid heyvan növü. == İstinadlar == Skelton, P. 1996. Liza luciae. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 4 August 2007.
Lujits dilləri
Sorb dilləri (y.sorb Serbsce, a.sorb Serbski) — Hind-Avropa dillərinin Qərbi Slavyan filialı altında təsnif edilirlər. Almaniya şərq ində yerləşən Lusatiya regionunda Slavyan azlıqı olan Sorbların anadilidir. Tarixən kimi tanınan Vend dili (Wendish) və ya Lusatiya dili (Lusatian) kimi də tanınır. polyak, Kaşub, Çex və Slovak dillərinə sıx bağlıdır.İki ədəbi dili var: Yuxarı sorbca (y.sorb hornjoserbsce), ki Saksoniyada 40,000 nəfər tərəfindən danışılır və Aşağı sorbca (a.sorb dolnoserbski) Brandenburqda 10,000 nəfər tərəfindən danışılır. Bu iki dil danışılan ərazi Lusatiya kimi tanınır (Łužica,Yuxarı sorbcada Łužyca Aşağı sorbcada, və ya Lausitz Almancada).
Lujin boğazı
Lujin boğazı — Sakit okeanına daxil olan Ançiferova adasını Paramuşir adasından ayırır. Oxot dənizini Dördüncü Kuril boğazı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 15 km təşkil edir. Dərinliyi 700 m-ə çatır. Şərq sahilində Fusso vulkanı vardır. Boğazda Neproydennıy, Kapustnıy (Paramuşir),Terkut (Ançiferova) burunları vardır. Bura Fusso və Selasura çayları tökülür. Mərkəzi hissədə Mayora körfəzi yerləşir. Kapustıy burnundan Lujina boğazı Dördüncü Kuril boğazına keçir. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Mahlon Lumis
Mahlon Lumis (ing. Mahlon Loomis; 21 iyul 1826 – 13 oktyabr 1886) — yer atmosferində yüklü təbəqələrin olması ideyasına əsaslanaraq simsiz rabitə və elektrik enerjisi istehsal edən sistem təklif etməklə tanınan amerikalı diş həkimi və ixtiraçı. == Həyatı == Mahlon Lumis 26 iyul 1826-cı ildə Amerikanın Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Mahlon Lumis simsiz teleqrafiyanın ilk tədqiqatçılarından biridir. Lumis 1872-ci ildə naqilsiz əlaqə üçün dünyada ilk patenti almışdır. Təəssüflər olsun ki, onun aparatlarının çertyojları günümüzə qədər saxlanmayıb. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Margeret Lurie
Margeret Lurie (22 aprel 1999-cu ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Ageratina luciae-brauniae
Ageratina luciae-brauniae (lat. Ageratina luciae-brauniae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aşağı lujits dili
Aşağı sorb dili (a.sorb Dolnoserbski) Şərqi Almaniyanın Brandenburq regionunun bu gün tərkib hissəsi olan tarixi Aşağı Lusatiya vilayətində danışılan Slavyan azlıq dili
Yuxarı lujits dili
Yuxarı sorb dili(y.sorb Hornjoserbšćina) — Almaniyanın Saksoniya regionunun bu gün tərkib hissəsi olan tarixi Yuxarı Lusatiya vilayətində sorblar tərəfindən danışılan bir azlıq dili. Aşağı sorb, çex, polyak, slovak və kaşub dilləri ilə birlikdə Qərbi slavyan dil ailəsini formalaşdırır.
Bernard Luis
Bernard Luis (ing. Bernard Lewis; 31 may 1916[…], London – 19 may 2018[…]) — Prinston Universitetində professordur. İslam tarixi və islam-Qərb əlaqəsi haqqında mütəxəssisləşmişdir. Orta şərq haqqında mütəxəssisləşmiş qərbli mütəxəssislər arasında ən çox oxunan yazıçılardandır. Yəhudi mənşəlidir və Corc V. Buşun məsləhətçilərindəndir. Lewis, 1993-cü ildə "Le Monde"nə verdiyi bir bildirişdə 1915-ci ildə Ermənilərin Osmanlılar tərəfindən öldürülməsinin bir "soyqırım" olmadığını, "döyüşün bir tərəf məhsulu" olduğunu söyləmişdi. Parisdə bir məhkəmə bunu Erməni soyqırımının inkarı olaraq qəbul etmiş və tarixçiyə simvolik olaraq 1 frank pul cəzası kəsmişdir. London Universitetində təhsil aldı; yüksək lisansını Orta şərq Tarixi sıxlıqlı olmaq üzrə Tarix mövzusunda, doktorasınıysa İslam Tarixi mövzusunda etdi. Paris Universitetindəki araşdırmaları əsnasında Türkcə öyrəndi. 1938-ci ildə dərs verməyə başladı.
Filipe Luis
Filipe Luis Kasmirski (d. 9 Avqust 1985, Yaraqua do Sul, Santa Catarina), Braziliyalı futbolçu. La Liqa ekiplerinden Atletiko Madrid'də və Braziliya milli futbol komandasında forma geyinmekdədir. Müdafiənın solunda və ya Yarımmüdafiəçi kimi çıxış edir .
Herbert Luis
Herbert Luis (alm. Herbert Louis‎; 12 mart 1900, Berlin – 11 iyul 1985, Münhen) — Almaniyadan dəvət edilmiş və Türkiyədə müasir coğrafiya elminin qurucularından biri olmuşdur. == Həyatı == Herbert Lius 12 mart 1900-cü ildə Almaniyanın paytaxtı Berlində anadan olub. Berlin Universitetinin Fən Ədəbiyyat Fakültəsində coğrafiya, geologiya və fizika fakültəsində təhsil almışdır. Məzun olduqdan sonra, 1935-ci il 12 avqustda Berlin Universitetində coğrafiya professoru vəzifəsinə təyin olunmuşdur.1925-ci ildə doktorluq müdafiə etmişdir. 1930-cu ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi tərəfindən Ankaraya dəvət edilmiş və yeni qurulan Dil və Tarix Coğrafiya Fakültəsində coğrafiya professoru təyin edilmişdir. Herbert Louis Türkiyədə 8 il pedaqoji və araşdırma fəaliyyəti aparmışdır. 1943-cü ildə Almaniyanın Köln Universitetində Coğrafiya kafedrasında Ədliyyə professoru təyin edilmiş və 1965–1966-cı illərdə qonaq professor kimi Türkiyədə həmin fakültəyə dəvət edilmişdir. Türkiyədəki fəaliyyəti dövründə onun dərs dediyi tələbələr təkcə orta təhsil müəssisələrində müəllim kimi işləməmiş, həm də, universitetlərdə elm sahəsində, müxtəlif hökumət işlərində çalışmışlar. 1968-ci ildə Almaniyanın Münhen Universitetinin coğrafiya şöbəsi Ord.
II Luis
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. == Həyatı == Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.
Luis Bes
Luis Bes (25 dekabr 1891 — 1 yanvar 1961) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Luis Bes Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luis Bes birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Luis Bota
Luis Bota (2 fevral 1957) — CAR-ı təmsil edən stolüstü tennisçi. == Karyerası == Luis Bota CAR-ı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Luis Brandis
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[…], Luisvill, Kentukki – 5 oktyabr 1941[…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas. 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü. == Bioqrafiyası == 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar. Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı.
Luis Brayl
Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özüdə gözdən əlil olmuşdur. == Həyatı == Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu.
Luis Bunuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. == Həyatı == Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.Antiklerikal və antiburjua motivləri “Qızıl əsr” (50 il) bədii və “Las Urdes.
Luis Bunyuel
Luis Bunyuel (Luis Bunuel Portoles, 22 fevral 1900[…], Kalanda[d], Araqon muxtar birliyi – 29 iyul 1983[…], Mexiko) — ispan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi. == Həyatı == Varlı ailədə doğulmuşdur. Katolik məktəblərində oxumuş, orta təhsilini Saraqosadakı dünyəvi liseydə başa vurmuşdur. 1917-ci ildən Madriddə yaşamışdır. Madrid Universitetində tarix, fəlsəfə və ədəbiyyatı öyrənmişdir. Bunyuelin baxışlarının formalaşmasına F. Qarsiya Lorka, S. Dali və R. Qomes de la Sernanın təsiri olmuşdur. Fəaliyyətə ədəbiyyatçı və kinotənqidçi kimi başlamışdır. 1920-ci illərin bədii avanqardist hərəkatı – ultraizmə qoşulmuşdur. 1925-ci ildən Parisdə yaşamış, rejissor J. Epşteynin yanında rejissor assistenti işləmişdir; sürrealistlər (L. Araqon, A. Breton, P. Elüar, R. Maqrit, J. Sadul və b.) dərnəyi ilə yaxınlaşmışdır. Bunyuelin rejissoru kinodebütü olan “Əndəlis köpəyi” (1928, ssenarist S. Dali ilə birgə) və “Qızıl əsr” (1930) filmləri kinoda sürrealizm örnəyi olmuşdur.Antiklerikal və antiburjua motivləri “Qızıl əsr” (50 il) bədii və “Las Urdes.
Luis Dioni
Luis Dioni (20 dekabr 1992-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. Dioni həmçinin Martinika vətəndaşıdır. == Klub karyerası == Dioni öz peşəkar karyerasında debütünü Nant klubu ilə 2012-ci ilin noyabr ayında Niort klubuna qarşı oyunda etmiş və həmin görüşdə komandası 0-0 hesabı ilə bərabərə qalmışdır.Dioni altı ay doğma şəhərini təmsil edən, dördüncü diviziya təmsilçisi olan Stad Mantois klubunda çıxış etmişdir. 2014-cü ilin yanvar ayında o, Dijon klubuna transfer olmuşdur. === Bristol Siti === 25 yanvar 2018-ci ildə Luis Dioni Çempionşip təmsilçilərindən olan Bristol Siti klubuna bu mövsümün sonuna qədər icarəyə verilmişdir. O, klubda əsl əfsanəyə çevrilmişdir.
Luis Enrike
Luis Enrike ( 8 may 1970 ) — İspaniyalı keçmiş futbolçu və futbol məşqçisi.
Lüzine
Lüzine (fr. Luzinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38215. Kommunanın 1999-cu il üçün əhalisi 2157 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Luis Fabiano
Luis Fabiano Klemente (port. Luís Fabiano Clemente; 8 noyabr 1980, Kampinas, Braziliya) — braziliyalı futbolçu, "San-Paulu" futbol klubunun və futbol üzrə Braziliya millisinin hücumçusu.
Luis Figo
Luiş Fiqu (port. Luís Figo; d. 4.11.1972, Almada, Lissabon, Portuqaliya) — keçmiş Portuqaliya futbolçusu, "İnter" Milan klubunun idman direktoru. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. Fiqu Portuqaliya futbol tarixinin ən məşhur simalarındandır. Futbolçu karyerasına Portuqaliyanın Sportinq Lissabon klubunun aşağı yaş qruplarında başlayıb. 1989-1995-ci illərdə Sportinq Lissabon klubunun əsas heyətində çıxış edib. 1995-2000-ci illərdə İspaniyanın "Barselona", 2000-2005-ci illərdə isə "Real" Madrid klublarının formasını geyinib. 2005-2009-cu illərdə İtaliyanın "İnter" Milan klubunda çıxış edib. 1988-1994-cü illərdə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının heyətində, 1991-2006-cı illərdə Portuqaliya milli futbol komandasının heyətində çıxış edib.
Luis Flores
Luis Flores (d. 9 mart 1994) — Puerto-Rikolu üzgüçü. Luis Flores Puerto-Rikonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Luis Flores birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.31 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Artur Lüis
Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[…], Kastris, Britaniyanın Küləkli adaları[d] – 15 iyun 1991[…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır. == Həyatı == Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür.
Karl Lüis
Frederik Karlton "Karl" Lüis (1 iyul 1961[…], Birminqem) — 10 olimpiya medalı (9 qızıl olmaqla) və 10 dünya çempionatı medalı (8 qızıl olmaqla) qazanan, yüngül atletika üzrə keçmiş amerikan idmançısıdır. Onun karyerası, 1979-cu ildən 1996-cı ilə qədər davam etmişdir. Lüis, 1981-ci ildən 1990-cı illərin əvvəlinə qədər 100 m, 200 m və yerindən uzunluğa tullanma yarışlarında güclü sprinter kimi özünü sübut etmişdir. O, 1984-cü ildən bəri 100 m, 4×100 m və 4×200 m estafet yarışlarında dünya rekordlarını müəyyən etmişdir. Karyerası boyu, Lüis 15 dəfə 100 m üzrə 10 saniyə, 10 dəfə 200 m üzrə 20 saniyə vaxtlarla rekordlar qırmışdır. O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən "Əsrin atletikaçısı", Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Əsrin idmançısı" kimi adlara layiq görülmüşdür. Karyerasını bitirəndən sonra, Lüis aktyor kimi fəaliyyət göstərdi və bir çox filmlərdə çəkilmişdi. 2011-ci ildə, o Nyu Cersi Senatında demokrat kimi yer almağa səy göstərdi, lakin səsvermə haqqından məhrum edildi. Lüis, sonralar brend məhsullar istehsalı ilə məşğul olan və xidmətlər göstərən C. L. E. G. adlı marketinq şirkətinə sahibləndi. == Yüngül atletika karyerası == === Həyatı və yarış atleti kimi formalaşması === Frederik Karlton Lüis 1961-ci ilin 1 iyulunda Alabama ştatının Birmingem şəhərində Uilyam və Evelin Lüislərin övladı kimi dünyaya gəlmişdir.