Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lunchbox Friends
"Lunchbox Friends" — Melani Martinesin ikinci albomu K-12-də ifa olunan səkkizinci mahnı. Musiqi videosu 10 yanvar 2020-ci ildə buraxılıb, klip əvvəllər eyniadlı filmdə göstərilmişdi. == Haqqında == Martines 17 may 2016-cı ildə Instagram-da mahnının sözləri olan şəkil paylaşdı. 24 iyun 2019-cu ildə mahnıdan olan kiçik snippet yayımlandı. 10 yanvar 2020-ci ildə Martines, pərəstişkarları üçün mahnıya ən yaxşı "əl sıxma rəqsini" göstərmək üçün TikTok müsabiqəsinə başladı. O, həmçinin "After School" mini-albomu üçün sual-cavab zamanı "Lunchbox Friends"in sinql kimi buraxılacağını bildirdi. == Mövzu == Martines albomun buraxılmasından illər əvvəl verdiyi müsahibədə mahnının yaxın əlaqə istəmədiyi dostlar haqqında olduğunu deyib. Bu insanlar kimin “dost” sayıla biləcəyinə dair yüksək standartlara malikdirlər və onlardan müəyyən bir şəkildə görünmələrini tələb edirlər. Onlar əslində tanımadıqları insanlar haqqında da qeybət və şayiələr yayırlar.
Sheraton Grand Incheon Hotel
Sheraton Grand Incheon Hotel — Sonqdo İBD-də açılmış ilk oteldir. Otel Northeast Asia Trade Tower, Songdo Convensia və Sonqdo Mərkəzi Parkının yaxınlığında yerləşmişdir. Otel Starwood tərəfindən idarə olunun 5 ulduzlu oteldir və HOK tərəfindən işlənib hazırlanmış LEED sertifikatlı oteldir. Günəş şüalarının təsirini azaltmaq məqsədilə dörd yüksək perforasiyalı alüminium günəş kölgəsi yerləşdirilmişdir. Oteldə 319 otaq, 9 banket zalı, azad internet zalı, fitnes mərkəzi, qapalı hovuz mövcuddur.
München
Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.