Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. == Oxşar == Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qırıqlı-Muğanlı
Qırıqlı-Muğanlı — Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mənasındadır.
Qırıqlı (Goranboy)
Qırıqlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.
Qırıqlı (Göygöl)
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıqlı bələdiyyəsi
Qırıqlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Qırıqlı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Qırıqlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırıqlı bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mirimli
Mirimli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.
Xəyal qırıqlığı
Xəyal qırıqlığı — Hisslərin gözləniləndən daha çox olması, lakin qarşılığının olmaması, uğrunda çalışılan şeyə nail ola bilməmə halıdır. Bu bəzən ümidsizliyə də yol aça bilir. Bu səbəblə bu iki ifadə dəyişəcəkli olaraq istifadə oluna bilir.
Mircəfər Mirişli
Mir Cəfər Mirişli - Naxçıvan MR Əməkdar müəllimi, ilk Lenin ordenli müəllimlərdən Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.
Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). == Həyatı və təhsili == 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. == Aktyor fəaliyyəti == Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Nazim Mirişli
Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == 1962-ci il martın 6-da anadan olub. Əsərləri: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E. Ertemin söz. xor və simfonik orkestr üçün "Epcies" Odası (1999). Kinofilmlərə musiqi: "Qəzəlxan" /həmmüəllif — R. Mirişli/ (1991), "Yarasa" (1995). Bəstəkarlar — Ramiz Mirişlinin oğlu, Yusif Mirişlinin qardaşıdır.
Nisə Mirişli
Nisə xanım Məmməd qızı Mirişli — == Həyatı == Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi. 1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü.
Ramiz Mirişli
Ramiz Aqil oğlu Mirişli (16 aprel 1934, Naxçıvan – 17 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1993), Azərbaycan SSR (1982) və Naxçıvan MSSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur. Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir. Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir. Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.
Yusif Mirişli
Yusif Ramiz oğlu Mirişli (3 may 1966, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (2014), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1993). == Təhsili == Yusif Ramiz oğlı Mirişli 3 may 1966-cı ildə görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişlinin ailəsində anadan olub. 1973-1984-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 1991-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası(Bakı Musiqi Akademiyası) Bəstəkarlıq sinfini (Prof.Arif Melikov) bitirib. Daha sonra 1991-1993-ci illərdə Bəstəkarlıq fakültəsində aspirantura təhsili alıb. == Ailəsi == Bəstəkar Ramiz Mirişlinin oğludur. Bəstəkar Nazim Mirişlinin qardaşıdır.
Şəhriyar Mirişli
Şəhriyar Bəxtiyar oğlu Mirişli (d. 1 mart 2002; Biləsuvar rayonu — ö. 23 oktyabr 2020; Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Şəhriyar Mirişli 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Şəhriyar Mirişli 2020-ci ildə hərbi xidmətə başlamışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu uğrunda gedəb döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Şəhriyar Mirişli 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Asif Mirili
Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. == Həyatı == Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib.Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.
Mir Həsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). == Həyatı və təhsili == 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. == Aktyor fəaliyyəti == Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Milyonçu Mirxalıq Abdullayevin evi
Milyonçu Mirxalıq Abdullayevin evi- 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib…Sovet hakimiyyətinin ilk illərindən Mirxalıq Abdullayevdən alınaraq 1989-cu ilə kimi Salyan kənd təsərrüfatı texnikumunun binası kimi istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == "Milyonçu Mirxalıq Abdullayevin evi". salyan.ucoz.ru. İstifadə tarixi: 18 may 2021.