Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məktublar kitabı
Məktublar kitabı — VIII əsrdə tərtib olunmuş epistolyar sənədlər toplusu "Qirk tltos" (Məktublar kitabi və yaxud Müraciətlər kitabı) xristianlığın tarixini gözəl əks etdirir. Bu abidə V–VIII əsrlərdə erməni kilsə və dövlət xadimlərinin qonşu dövlətlərin (Qafqaz Albaniyası, İberiya və Sasanilər) dövlət və kilsə başçıları ilə yazışmalarından ibarətdir. Toplunun V–VII əsrlərə aid olan I hissəsi yunanlar, suriyalılar, albanlar və gürcülərin kilsə başçıları ilə olan yazışmalardan ibarətdir. Məktublar kitabı xristianlığın tarixi, Alban Həvvari Kilsəsinin doqmatik mübahisələrinə aid qiymətli mənbə olmaqla yanaşı həm də alban əlifbasının olduğunu sübut edən qiymətli bir əsərdir.
Sokratçı məktəblər
Sokratçı məktəblər — e.ə. IV əsrdə Sokratın şagirdləri tərəfindən yaradılan fəlsəfi məktəblər. Bu məktəblərdə dərslər keçirilmiş, onların rəhbərləri olmuşdur. Onların arasında 3 məktəb fərqlənmiş və fəlsəfə tarixində xüsusi yer tutmuşdur: Kinik məktəbi Kirena məktəbi Meqara məktəbi Daha bir məktəb Eretriya adlanırdı. Ancaq onun haqqında zamanımıza çox az məlumat çatmışdır. Platon da Sokratın şagirdi olduğuna görə, onun yaratdığı Akademiyanı həm də sokratçı məktəblərdən biri hesab etmək olar. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s.
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014)
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
Qisas almadan ölmə. Keçmişdən məktublar — 2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi. XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub. Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib. Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir. Filmin bəstəkarı Elmar Feldir. 2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür. “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb. 2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə.