Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meleuz
Meleuz — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. == Coğrafyası == Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Qələdüz
Qələdüz — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Qələdüz oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir.
Sələsüz
Sələsüz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin yamacındadır. Oykonim Sələsus variantında da qeydə alınmışdır.Bəzi tədqiqatçılar kəndin adını türk dilindəki sələ (künc, bucaq, hissə) və sos (sucaq yer, su çıxan yer) komponentlərindən düzəlmiş "su çıxan yer" mənali toponim hesab edilir.Əslində kənd ərazidəki çayın adını daşıyır. == Əhalisi == Əhalisi 595 nəfərdir.
Mərküz
Mərküz (digər adı: Marğız) — qədim əkinçilik aləti == Haqqında == Tarlanın əkinə hazırlanmasında, arx və ləklər arasında tirələrin çəkilməsində işlədilirdi. Əsasən, dördkünc, qismən oval formalı dəmir tiyədən, ağac sapdan və tiyənin üz tərəfindəki iki dəmirhalqadan ibarətdir. Dəmir halqalara kiçik ağac parçasına bağlanmış kəndir keçirilir və iki nəfər tərəfindən işlədilirdi. Azərbaycanda (xüsusilə, Naxçıvan diyarında) qədimdən geniş yayılmış Mərküzdən hazırda həyətyanı təsərrüfatlada istifadə edilir. == Ədəbiyyat == Cavadov Q.C., XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri,Bakı,1979 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Mələuez rayonu
Mələuez rayonu (başq. Мәләүез районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Meleuz şəhəridir. == Coğrafiyası == Rayon Başqırdıstanın cənubunda yerləşir. Rayonun sahəsi 3232 km²-dir. Rayon ərazisinin qərb hissəsi Pribelskaya təpəli düzənliyində, cənub hissəsi Ümumi Şırtın şimal bölgəsində, şərq hissəsində isə Başqırd (Cənubi) Uralının qərb silsilələri keçir. Hidroqrafik şəbəkə qeyri-bərabər paylanır. Aqidel çayı və onun qolları Nuquş, Suxail, Aşkadar, Meleuz çayları ilə təmsil olunur. İqlimi mülayim kontinental, qurudur. Tünd boz meşə torpaqları geniş yayılmışdır.
Əsrarül-məlaküt
"Əsrarül-məlakut" (Kainatın sirləri) — XIX əsr Azərbaycan maarifçi-alimi, tarixçisi Abbasqulu ağa Bakıxanovun 1839–1840-cı illərdə yazdığı astronomiyaya dair essesi. Əsər fars dilindədir və kosmoqrafiya məsələlərinə həsr olunub. Əsəri ərəb dilinə müəllif özü tərcümə edib. Bakıxanovun fikrincə, bu əsər onun yarımçıq qalmış "Ümumi coğrafiya"sının "riyazi hissəsini" təmsil edir. Əlyazmanın ərəb dilinə tərcüməsi eyni nüsxələrdə mühafizə olunur. == Əsərin tarixi == === Yaranması === Abbasqulu ağa Bakıxanov 19-cu əsrin 30-cu illərinin sonlarından Polşa astronomu Nikolay Kopernikin vəfatının 300 illiyinə hazırlıqla əlaqədar kosmoqrafiya məsələlərini öyrənməyə başladı. Hələ 30-cu illərin əvvəllərində Bakıxanovun diqqətini Böyük coğrafi kəşflər və Varşavada olarkən Bakıxanovun sistemi ilə maraqlandığı Kopernik tərəfindən dünyanın heliosentrik sistemi cəlb etmişdi. Həmin vaxt Bakıxanovun əlində "Kəşfül-Karaib" əsərinin əlyazması var idi, onun son səhifəsində belə bir qeyd vardı: "Kopernik 1543-cü ildə Yerin fırlanmasını sübut etdi. Varşava, 8 noyabr 1833-cü il". Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" adlı əsərinin Tiflisdə nəşri ilə əlaqədar "astronom Kopernikin abidəsinin ucaldılması üçün" könüllü ianələr toplanmağa başlaması da Bakıxanovun kosmoqrafiya məsələlərinə diqqətini çəkdi.
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.
Dağlı-Qələdüz bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sələsüz yaşayış yeri
Sələsüz yaşayış yeri — yaşayış yeri Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun eyniadlı kəndindən şimalda, Sələsüz çayının sağ tərəfində yerləşən Eneolit dövrünə aid qədim yaşayış yeridir.Yaşayış yerindən aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qumqarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Sələsüz yaşayış yerindən həmçinin daş ovuğu qatılmış keramika nümunəsidə aşkarlanmışdır. Araşdırmlara zamanı aşkarlanan saxsı və küpə qalıqları digər Eneolit dövrü abidələrinin tapıntıları ilə bənzərlik təşkil edir. Bu materiallar həmçinin Qarğalartəpəsi və Şomutəpə abidələrindəki keramika nümunələri ilə də bənzərlik təşkil edir.
Arxangel (mələk)
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə "Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Mələk Abbaszadə
Mələk Fuad qızı Abaszadə (d. 31 oktyabr 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, xaricdə Müstəqil Azərbaycanı təmsil etmiş Azərbaycan Gözəli, top-model, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Mələk Abaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1991-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirmişdir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu"). Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır. ⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀ == Filmoqrafiya, 2010-2022 == 2022 Banu (rej. Təhminə Rafaella) 2021 Həyat Deyəsən Gözəldi (rej.
Mələk Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mələk balıqları
Mələk balığı
Qoruyucu mələk
Qoruyucu mələk — İnsanı qorumaq üçün Allah tərəfindən vəzifələndirilmiş səmavi qüvvə. == Xristianlıqda == — qoruyucu mələk yardım və rəhbərlik üçün Allah tərəfindən insana verilən mələk, yaxşı ruhdur. Pravoslavlıqda o, insana vəftiz edilən zaman, katolisizmdə - hər bir insana doğulduğu anda verildiyinə inanılır. Pravoslav və Katolik fikirlərə görə, qoruyucu mələk həyatı boyu bir insanın yanında görünməz olaraq onu müşayət edir və pravoslavlıqda, əgər bir insan Allaha məhəbbətini və Onun qarşısında həqiqi imanı saxlayırsa. Qoruyucu mələyin vəzifəsi himayəsinə veriləni xilas etməyə çalışmaqdır. Xüsusən də qoruyucu mələklər xristianları iman və təqvaya ruhən öyrədir, onların ruhlarını və bədənlərini qoruyur, yer üzündə yaşadıqları müddətdə onları müdafiə edir, onlar üçün Allaha dua edir, onları tərk etmir, və nəhayət, ölümdən sonra yer üzündəki həyatını tamamlamış ruhları əbədiyyətə qovuşdurur. Əhdi-ətiqdə qoruyucu mələk anlayışı yoxdur, ancaq insanı şərdən xilas edən mələklərə inama dair dəlillər var (YK. 48:16). Əhdi-cədiddə qoruyucu mələyə inam Müqəddəs Həvarilərin əməllərində isbat edilir və Matta İncilində İsa Məsihin sözləri ilə təsdiqlənir (Mİ. 18:10). Pravoslav və Katolik kilsələri evdə edilən dualarda ən yaxın mənəvi bələdçilər və himayədarlar kimi qəyyum mələklərə hörmət etməyi və onları çağırmağı öyrədirlər. Pravoslav Kilsəsinin təliminə görə, insan qoruyucu mələyin şəxsi adını bilə bilməz, çünki mələk insana Allah tərəfindən verilir və insan üçün görünməzdir.
Yaralı mələk
Yaralı mələk (fin Haavoittunut enkeli) – Fin simvolist ressam Hüqo Simberqin 1903-cü ildə çəkdiyi tablo. Simberqin ən məşhur əsərlərindən biri olan Yaralı mələk Ateneum sənət muzeyi tərəfindan 2006-cı ildə keçirilən bir səsvermə ile Finlandiyanın "millî tablosu" seçilmiştir. Simberqin digər tabloları kimi Yaralı mələk də ciddi bir atmosfer yaradır. Tabloda əsas fiqur olan mələyin gözlərinin ətrafı bir sarıqlıdır ve qanadında qan ləkələri var. Mələyi daşıyan iki gənc, yas tuturmuş kimi, tünd rəngli paltarlar geyiniblər. Bu gənclərdən sağ tərəfdə duran tablonu seyr edən şəxsə ciddi bir ifadə ilə baxır. Tablo Helsinkidəki Ateneum muzeyində sərgilənməkdədir.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Mələk investor
Mələk investor (həmçinin biznes mələyi, qeyri-rəsmi investor, mələk sərmayəçisi, özəl investor və ya toxum investoru kimi də tanınır) tez-tez konvertasiya edilə bilən istiqraz və ya kapital müqabilində bir işə və ya biznesə, o cümlədən startaplara kapital verən şəxsdir. Mələk investorlar adətən startapları ən erkən mərhələdə (startupların uğursuzluq riski nisbətən yüksək olduqda), bir dəfə və ya ardıcıl olaraq və əksər investorlar onları dəstəkləməyə hazır olmadığ zamanlarda dəstəkləyir.
Sərxoş mələk
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Əbdürrəhman Mələk
Əbdürrəhman Mələk (1896, Antakya - 13 yanvar 1978 Ankara), Hatayın Türkiyəyə qoşulmasında mühüm rol oynamış türk siyasətçidir. O, həkimlik peşəsini bir kənara qoyub, özünü Hatayın qurtuluş mübarizəsinə həsr edib. == Həyatı == Əbdürrəhman Mələk 1896-cı ildə Antakyada anadan olub. İbtidai və orta məktəbi Antakyada, Sultani (liseyi) Hələbdə bitirmişdir. Tibb təhsilinə Dəməşq Tibb Məktəbində başlayıb. Birinci Dünya Müharibəsinin başlaması ilə İstanbul Tibb Fakültəsinə keçdi və 1919-cu ildə oranı bitirdi. Əbdürrəhman Mələk hələ tələbə ikən Antakyada Türk Ocağı qurub. O, Hatayın Türkiyəyə qatılması üçün mübarizə aparan Hatay Erkinlik Cəmiyyəti İstanbul Şöbəsinin prezidenti olub. Cenevrədə fransızlarla Hatay danışıqlarında iştirak edən Türkiyə Nümayəndə heyətində iştirak edib. 19 may 1937-ci ildə Millətlər Cəmiyyətinin Hatay üçün qəbul etdiyi konstitusiyadan sonra qurulan Hatay Dövlətinin ilk baş naziri oldu.
Molekul
Molekul (lat. molecula; "moles" — kiçik, "kula" - kütlə "kiçik kütlə" ) deməkdir. Maddənin bütün xassələrini özündə cəmləyən və atomlardan ibarət mikrohissəcik. Bəzi maddələr yalnız bir molekuldan ibarət olurlar (O2, N2, P4 və s.). Molekulları təşkil edən atomların quruluşunu xüsusi formula ilə ifadə edirlər. Süni yolla alınmış maddələrin molekulları minlərlə atomdan ibarət ola bilər. Polimerlərdə ayrıca olaraq mikromolekullardan sohbət açılır. Ancaq kimyəvi maddələrin heç də hamısı molekullardan təşkil olunmamışdırlar. Atom -müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. == Atom-molekul təliminin əsas müddəaları == Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardı: Maddələr molekul və atomlardan təşkil olunmuşdur; Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir; Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur; Molekullar fiziki hadisələr zamanı dəyişmir, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalır; Molekullar atomlardan təşkil olunmuşdur.
Məlekan
Məlekan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən biri və Məlekan şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin əhali siyahıyaalınması əsasən bu şəhərdə 23.989 nəfər və 6.356 ailə yaşayır.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Məlekan Şəhristanı
Məlikan şəhristanı (fars. شهرستان ملکان‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Məlikan (Məlikkəndi) şəhəridir.
Melek Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.