Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darrıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Darıdağ mərgümüş yatağı
Darrıdağ mərgümüş yatağı — Naxçıvan MR-də, Culfa şəhərindən şimal-şərqdə, Darrıdağın qərb yamacında, eyniadlı mərgümüş-karbonatlı bulaqdan təqribən şimal-qərbdə yerləşən, sahəsinə görə Azərbaycanın ən iri mərgümüş yatağı. Filiz cismi Darrıdağ antiklinal qırışığını əmələ gətirən qum­daşlı-gilli paleosen çöküntülərində inkişaf etmiş qırılma pozulmaları ilə əla­qədədir. Əsas filiz mineralı realqar, sonra auripiqment, eyni zamanda, mel­ni­kovit, daha seyrək pirit, arsenopirit, qeyri-filizlərdən — kalsit, kvars, araqonit və gipsdir. Mərgümüşün miqdarı filizdə 1%-dən bir neçə 10% arasında dəyişir, lağım nümunələrində isə 50-60%-ə çatır. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Gədəbəy mis-mərgümüş yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company - AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədi ilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Bittibulaq mis-mərgümüş yatağı
Bittibulaq mis-mərgümüş yatağı — Gədəbəy rayonunda yerləşən mis-mərgümüş yatağı == Haqqında == Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ — mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. 1867–1914-cü illər ərzində alman firması "Siemens" tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3–12,7 ton qızıl, 120,6–126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10–18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır. === Bittibulaq sahəsinin geoloji quruluşu === Bittibulaq sahəsinin yerləşdiyi Gədəbəy filiz rayonu Lök-Qarabağ struktur-formasiya zonasının Şəmkir qalxımı ilə Daşkəsən çökəkliyinin təmas sahəsində yerləşmişdir. Bittibulaq sahəsinin geoloji quruluşunda iştirak edərək bazalt-andezit-dasit-riolit formasiyası geniş sahəni əhatə edir. Bu formasiya alt bayos bazalt-andezit və üst bayos dasit-riolit komplekslərinə bölünür. Dasit-riolit kompleksi yatağın mərkəzi və qərb cinahlarında geniş inkişafı ilə səciyyələnir.
Mergus
Pazdimdik (lat. Mergus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mergus albellus
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Mergus merganser
Böyük pazdimdik (lat. Mergus merganser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Mergus serrator
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.
Bergimus
İtalyanca adı Bergimo olan Bergimus Kelt qəbiləsindən olan tanrıdır. Bergimusun nə tanrısı olması bu gün qeyri-müəyyəndir. Kelt dilində berg "daxma" və Alman dillərində isə "dağ" və ya "yüksəklik" deməkdir. Ona görə belə ehtimal olunur ki bu ev və ya dağlar tanrısı ola bilər. Tanrının təsviri də qaranlıqdır, bəzi təsvirlərdə o toqa, kassok və Roma saçı geyinmiş kimi təsvir edilir. Breşiya bölgəsində, bu tanrı üçün qurbangahlar tapılmışdır.Berqamo şəhəri ilə Bergimusun adı arasında bir əlaqə olduğu ehtimal edilir.
Ərəmus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Kuzinellus meritus
Kuzinellus meritus (lat. Kuzinellus meritus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Morimus (cins)
Morimus — Uzunbığlar fəsiləsinə aid böcək cinsi.
Typhlodromus meritus
Typhlodromus meritus (lat. Typhlodromus meritus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus meritus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ferqus Urkhart
Ferqus Urkhart (ing. Feargus Urquhart; 19 aprel 1970, Tastin[d], Kaliforniya) — Şotlandiya əsilli ABŞ geymdizayneri və "Obsidian Entertainment" şirkətinin baş direktoru. == Karyerası == Urkhart xüsusilə "Black Isle Studios" studiyasının rəhbəri olaraq "Interplay Entertainment" şirkətindəki işləri ilə tanınır. Studiya Urkhartın 1997-ci ildə qurduğu "Interplay"in daxili rol videooyun şöbəsi idi. Urkhart onlarla birlikdə ilk iki "Fallout" oyunu üzərində çalışmışdır.Urkhart və bir neçə digər işçi "Interplay" şirkətinin maddi çətinliklərlə üzləşdiyi və "Black Isle Studios" studiyasının gələcəyi qeyri-müəyyən olduğu bir dövrdə şirkəti tərk etmişdir. Onlar 2003-cü ildə "Obsidian Entertainment" şirkətini qurmuşdur. == Şəxsi həyatı == Urkhart ABŞ-nin Kaliforniya ştatının Vest-İrvin şəhərində yaşayır. O, Marqo adlı bir qadınla evlidir və cütlüyün iki övladı var. == Mükafatlar == 1999-cu ildə "IGN" saytının "RPG Vault" layihəsi ona "İlin elan edilməmiş qəhrəmanı" mükafatını vermiş və əlavə etmişdir ki, "o, həmişə şan-şöhrəti özündən uzaqlaşdırmağa tələsdiyi üçün azarkeşlərin böyük əksəriyyəti Ferqusun "Black Isle" buraxılışlarına verdiyi töhfələrdən xəbərsiz qalır". == İstinadlar == == Xarici keçidlər == ""Obsidian" forumlarında profili" (ingilis).
Fərguş (Sərab)
Fərguş (fars. فرگوش‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 938 nəfər yaşayır (247 ailə).
I Ferqus
I Böyük Ferqus (şot.kelt Fearghas Mòr Mac Earca, ing. Fergus the Great) və ya Ferqus mak Erk (şot.kelt Fergus mac Eirc; V əsr – 501) — Dal Riada kralı (498–501). == Həyatı == I Böyük Ferqus Erk mak Exdaxın oğlu idi. I Böyük Ferqus xələfi oğlu Domanqart olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1. Reprinted with corrections. Stamford: Paul Watkins. 1990.
Qala-i Mərağuş (Şəbüstər)
Qala-i Mərağuş (fars. قلعه مراغوش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (56 ailə).