MƏĞMUN

sif. [ ər. ]
1. Aldanmış, zərər çəkmiş, uduzmuş, gözlədiyi şeydən əli çıxmış, məhrum olmuş.
Böyük özünü aldanmış saydığı kimi, Məhərrəm də özünü məğmun hesab edirdi. Mir Cəlal.

□ Məğmun etmək (eləmək) – zərərə salmaq, aldatmaq, gözlədiyi şeydən məhrum etmək.
[Kərbəlayı Tapdıq] mənə kəbin kəsdi, hamısını içəri ötürdü, məni məğmun elədi. Mir Cəlal.

Məğmun olmaq – aldanmaq, zərərə düşmək, uduzmaq, əli çıxmaq, gözlədiyi şeydən məhrum olmaq.
2. Aciz, bacarıqsız, əfəl, əlindən iş gəlməyən.
Bəhlul da kənd uşağı deyilmi? O da sənin kimi utancaq, məğmunun biri idi. Mir Cəlal.

□ Məğmun etmək (eləmək) – aciz etmək; məhrum etmək, əlindən almaq.
Məni məğmun edib dövrü zamanım, nə edim? Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim? C.Cabbarlı.
Amma bağçılıq məsələsi bu il bizi bir balaca məğmun elədi. Kirpi”.

// Heç bir şeyi olmayan, hər şeydən məhrum.
[Kəlbalı Mirzəyə:] Sənin arvadın vardır, bizim kimi məğmun deyilsən ki? S.Rəhimov.

Etimologiya

  • MƏĞMUN Ərəbcə məğbun (aldadılan, aldadılmış) sözünün təhrifidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏĞLUBLUQ
MƏĞMUNLUQ

Digər lüğətlərdə

листовёртка мато́к ни на секу́нду перепу́тываться перещу́пываться расска́зывание чеку́шить штаб-ро́тмистрский выгора́ть выщела́чиваться генотипи́чески дожа́риться перетеса́ть пломбирова́ть положе́ние праде́душкин трио́ль хлопотли́вый корный Denmark Strait Hakenkreuz heavy feeder herpetic organometallic retool