Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərmərtəpə yaşayış yeri
Mərmərtəpə — abidə Ağdam rayonu Bəybabalar kəndindən 200 m cənub-şərqdə yerləşir. Bu diametri 55 m və hündürlüyü 3 m olan təpədir. Şərq tərəfi istisna olmaqla təpə perimetr boyu dağılmışdır. Ətraf ərazinin vizual müşahidəsi zamanı burada ocaq qalıqları, böyuk miqdarda saxsı və osteolojı material izlənilir. Bütün bunlar təpənin ilkin görünüşündə daha böyük sahəni əhatə etdiyini və güman ki, daha hündür olmasını göstərir. Toplanılmış saxsı kolleksiyası neolit və orta əsrlər dövrlərinə aiddir.