Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərzban
Mərzban - İranda Sasanilərin dövründə (III-VII əsrlər), əsasən, "sərhəd qoruyanlar"adlanırdı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
II Mərzban
II Mərzban (v. 984) — Salarilər sülaləsindən Deyləm hökmdarı. == Həyatı == Haqqında az məlumat var. Vəhsudanın nəvəsi, İsmailin oğlu idi.
İsfəndiyar (mərzban)
İsfəndiyar ibn Fərruxzad (?-?)—Sasanilər dövlətinin Azərbaycanda mərzbanı. Fərruxzad Bavəndinin oğlu. == Həyatı == 639-cu ildə ərəb qoşunu Urmiya gölü tərəfdən Azərbaycana soxuldu . Nəhavənd döyüşündən sonra isə ərəblər baş şəhər Ərdəbil üzərinə gələrək , ölkəni tabe etməyə girişdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukeyrin Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür. Mənbələrə görə, mərzban İsfəndiyar qardaşı Bəhramla birlikdə güclü müqavimət göstərdi. Dirənmə uzun çəkdi, Bukeyr və Utba adlı ərəb sərkərdələrinin qoşunları da buraya yeridildi.
Mərzban ibn Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadilər hökmdarı.
Nasir ibn Mərzban
Nasir ibn Mərzban — Salari şahzadəsi. == Üsyanı və ölümü == Haqqında məlumat azdır. 960-cı ildə Vəhsudanın təkidi ilə üsyan etdiyi bilinir. Bu üsyan ölkədə çaxnaşma yaratdı və hər şəhərdə bir əmir öz müstəqilliyini elan etdi. Bu hadisələr işığında Cüstanla barışan Nasir torpaqlarını geri qaytarmaq üçün anaları ilə birgə Vəhsudanın yanına gedərək ondan kömək istədilər. Lakin Vəhsudan onları həbs edərək öz ordusunu oğlu İsmailə verdi. 960-cı ildə İsmail Azərbaycanı ələ keçirdi və Nasir isə qardaşı və anası ilə Vəhsudan tərəfindən edam olundu.
İbrahim ibn Mərzban
İbrahim ibn Mərzban (I Mərzbanın oğlu)
Mərzban ibn Məhəmməd (Salari)
Mərzban ibn Məhəmməd (v. 957) — Salarilər sülaləsindən ikinci Azərbaycan hökmdarı. == Azərbaycana yürüş == Tarımda doğulmuşdu. Məhəmməd ibn Müsafirin oğludur. 941-ci ildə, qardaşı Vəhsudan ilə birləşərək atası Məhəmməd ibn Müsafiri devirmişdir. Bu vaxt Deysəm ibn İbrahimin vəziri Əbül Qasim Cəfər Məhəmmədə yaxınlaşaraq onu Ərdəbilə dəvət etdi. Mərzban bundan istifadə edərək Azərbaycana hərəkət etdi. Deysəmin deyləmi ordusu həlledici döyüşdə Mərzbanın tərəfinə keçdi və Təbriz, Ərdəbil kimi şəhərlər asanlıqla tutuldu. Əbül Qasim Cəfər isə Mərzbanın vəziri təyin olundu. Cəfər daha sonra Mərzbana xəyanət edib Deysəmi taxta geri qaytarmaq istəsə də ələ keçirildi və bağışlandı.
İbrahim ibn Mərzban (II)
İbrahim ibn Mərzban (v. 1029) — Deyləm hökmdarı. II Mərzbanın oğlu idi. == Hakimiyyəti == II Mərzban Rəvvadilər tərəfindən həbs olunduqdan sonra Salarilərin sərkərdələrindən biri tərəfindən Tarıma qaçırılmış, orada hakimiyyətə başlamışdır. Hələ uşaq yaşda olan İbrahimin hakimiyyətdə sözü yox idi. 996-cı ildə Əbhər və Şahzur kimi kiçik bölgələri ələ keçirən İbrahim 1029-cu ildə Mahmud Qəznəvinin hücumuna məruz qalmışdı. İlk döyüşlərdə onu məğlub edə bilsə də, Məsud tərəfindən 13 sentyabr 1029-cu ildə məğlub edildi və torpaqlarının böyük bir hissəsi əlindən alındı.
İbrahim ibn Mərzban (II Mərzbanın oğlu)
İbrahim ibn Mərzban (v. 1029) — Deyləm hökmdarı. II Mərzbanın oğlu idi. == Hakimiyyəti == II Mərzban Rəvvadilər tərəfindən həbs olunduqdan sonra Salarilərin sərkərdələrindən biri tərəfindən Tarıma qaçırılmış, orada hakimiyyətə başlamışdır. Hələ uşaq yaşda olan İbrahimin hakimiyyətdə sözü yox idi. 996-cı ildə Əbhər və Şahzur kimi kiçik bölgələri ələ keçirən İbrahim 1029-cu ildə Mahmud Qəznəvinin hücumuna məruz qalmışdı. İlk döyüşlərdə onu məğlub edə bilsə də, Məsud tərəfindən 13 sentyabr 1029-cu ildə məğlub edildi və torpaqlarının böyük bir hissəsi əlindən alındı.
İbrahim ibn Mərzban (I Mərzbanın oğlu)
Salar İbrahim (v. 983, Cənubi Azərbaycan) — Salarilərdən Dvin və Azərbaycan hakimi. == Dvin hakimiyyəti == Mərzban ibn Məhəmmədin oğlu idi. Atasının ölümündən sonra 957-ci ildə qardaşı Cüstan və əmisi Vəhsudanla gəlinən razılığa görə qardaşından asılı olaraq Dvin hakimi olmuşdu. 960-cı ildə İsmailin Azərbaycanı işğalına qarşı qoymağa çalışsa da məğlub Dvinə çəkilmişdi. == Azərbaycan hakimiyyəti == Əmisioğlu İsmailin ölümündən sonra Azərbaycanı ələ keçirən İbrahim 966-cı ildə Vəhsudan tərəfindən göndərilmiş Əbül Qasim Mişaki adlı sərkərdə tərəfindən devrilmiş və Cibala qaçmalı olmuşdu. Onun yerinə Vəhsudan öz oğlu Nuhu yerləşdirmişdi. Qaynı Rüknəldövlənin yanına qaçan İbrahim eyni il vəzir Əbül Fəzl ibn Amidin köməyi ilə hakimiyyətə qaytarılmışdı. 967-ci ildə Vəhsudan tərəfindən bir daha məğlub ediləndən sonra sülh bağlamış, torpaqların bir hissəsini ona verməli olmuşdu. 968-ci ildə Şirvanşah şahzadəsi Heysəmin ona sığınmağından istifadə edərək Şirvana qarşı hücuma keçmişdi.
İsmayıl Mərziban
İsmayıl Mərziban (1869-1960) — İran siyasətçisi, Qacar və Pəhləvi dövründə bir çox nairlikdə çalışmış şəxs. == Həyatı == İsmayıl 1869-cu ildə anadan olmuşdu. Onun mənsub olduğu ailə Gilanın, Rəştin qədim əsilzadə soyuna bağlıdır.Mərziban soyadını da bu ayaqdan götürmüşdü. İsmayıl Mərziban Muaddəbəssəltənə və Əminülmülk ləqəblərini daşıyırdı. İsmayıl Mərziban orta təhsilini bitirəndən sonra, Fransaya yollanmış, Paris Universitetinə qəbul olmuşdu. Universitetin tibb fakültəsini bitirmişdi. Məşhur göz həkimi doktor Ratveldin tələbəsi olmuşdu. İsmayıl Mərziban İrana dönəndən sonra həkimliklə yanaşı siyasətə də atılmışdı. İran ziyalılarının qurduğu "Cameyi-Adəmiyyət"ə üzv olmuşdu. Həmin dövrdə İranda müxalifətçi mübariz qüvvənin başında «Adəmiyyət cəmiyyəti» ilk siyasi cəmiyyətdən başqa heç bir təşkilatı qüvvə yox idi.
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Mərziban bin Məhəmməd (Şəddadi)
Mərziban bin Məhəmməd (v. 985, Gəncə) — ərəb hakim, Əli Ləşkəri bin Məhəmmədin qardaşıdır. 978-ci ildə qardaşının ölümündən sonra Şəddadi taxtına çıxmışdır. Bacarıqsız bir hökmdar idi və 985-ci ildə qardaşı Fəzl bin Məhəmməd tərəfindən öldürüldü. == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew.
Mərivan
Mərivan — مریوان حاشیه İranın Kürdüstan ostanının şəhərlərindən və Mərivan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 91,664 nəfər və 22,440ailədən ibarət idi.
Mərzabad
Mərzabad (Vərziqan)
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Mərzqat
Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi. == Etimologiyası == Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim.TəxəllüsOrxan Mərdan — Prodüser, Rejissor, SsenaristDigərMərdan (şəhər) — Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər. Mərdan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəzniçıraq Mərdan (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Xərzan
Xərzan (fars. خرزان‎ və ya خارزن‎) — İranda kənd adı. Xərzan (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd.
Məralan (Təbriz)
Məralan — Cənubi Azərbaycan bölgəsinin ən böyük şəhəri olan Təbriz şəhərinin cənub-şərqində yerləşən məhəlləsi. == Haqqında == Məralan məhəlləsi şimaldan Xiyavan məhəlləsi ilə qonşudur. Qərb tərəfdən isə Nobar məhəlləsi ilə həmsərhəddir. Azadi bulvarı Məralan məhəlləsini şimal və cənub hissələrinə bölür.
Mərivan şəhristanı
Mərivan şəhristanı — İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mərivan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 150,926 nəfər və 35,498 ailədən ibarət idi.
Mərzabad (Vərziqan)
Mərzabad (fars. مرزاباد‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (41 ailə).
Mərzabad (Xudafərin)
Mərzabad (fars. مرزاباد‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (121 ailə).
Mərəkan (Xoy)
Mərəkan (fars. مراكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bəzniçıraq Mərdan
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Fərzan Özpətək
Fərzan Özpətək (türk. Ferzan Özpetek; 3 fevral 1959, İstanbul) — Türkiyə və İtaliya rejissoru, ssenaristi. == Həyatı == Fərzan Özpətək 1959-cu ildə İstanbulda anadan olmuşdur. 1976-cı ildə Roma Sapiensa Universitetində kino tarixi üzrə təhsil almaq üçün İtaliyaya köçmək qərarına gəlmişdir. Təhsilini Navona Akademiyasında sənət tarixi və kostyum dizaynı dərslərində tamamlamışdır.
Mehraban
Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır.Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.
Mehriban
Mehriban — qadın adı və təxəllüs. Mehriban Əliyeva — Azərbaycanın birinci xanımı Mehriban Nəsib — Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı Mehriban Vəliyeva — Mehriban Yadulla —Yaşayış məntəqələriMehriban (İran) — İranın Şərqi Azərbaycan ostanının Sarab şəhristanının Mehriban bəxşində yerləşən bir şəhər.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mehriban Nəsib
Mehriban Nəsibova — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. “Məhəbbət olanda” adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Mehriban Sadıqbəyli
Mehriban Əfəndi (tam adı: Mehriban Cavanşir qızı Əfəndiyeva d. 5 may 1968) — Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Azərbaycanın əməkdar rəssamı (2016). == Həyatı == Mehriban Əfəndiyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbini, Moskvada "Soyuzmultfilm"in animasiya məktəbini bitirib. "Azərbaycanfilm"də çəkilən bir çox animasiya filmlərində qrafik-animator, bədii filmlərdə geyim üzrə rəssam kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda və xarici ölkələrin qalereyalarında nümayiş etdirilib. == Mükafatları == 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Xarici ölkələrdə uğurları == 24 avqust 2012-ci ildə əsərləri ABŞ-nin Muskeqon şəhərindəki "Dünya incəsənəti" qalereyasına nümayiş etdirişmişdir. Sərgidə 12 rəssamın əsərləri də nümayiş olunmuşdur.
Mehriban Ələkbərova
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023-cü ildən). Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017–2022) == Həyatı == Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkmişdir. 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülmüşdür.
Mehriban Ələkbərzadə
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023-cü ildən). Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017–2022) == Həyatı == Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkmişdir. 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülmüşdür.