Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malurus elegans
Malurus elegans — sərçəkimilər dəstəsinin Maluridae fəsiləsinə mənsub olan quş növü. Köçəri növ deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsi üçün endemikdir. Bu quşlarda cinsi dimorfizm müşahidə olunur və erkəkləri çoxalma dövründə parlaq gümüşü-göy baş, qulaq örtüsü, bel lələklərinə, qırmızı çiyin lələklərinə, qara boğaza, boz-qəhvəyi quyruq və qanada bürünür. Çoxalma dövrünün xaricində isə, boz-qəhvəyi lələklər çoxluq təşkil edir, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur. Hazırda bu növün yarımnövlərinin olmadığı qəbul olunur. Sözügedən növ M. lamberti və M. pulcherrimus növləri ilə yaxın qohum olsalar da, yaşadıqları ortaq arealda hibridlər tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. M. elegans növünə aid quşların bəlli ərazilərdə sayca çox olmasına baxmayaraq, azalma müşahidə olunur. Ensiz dimdiyə malik olan bu quş növü həşəratları ovlamaq üçün adaptasiya keçirmişdir və həşəratyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və yağışlı meşələrdə kollarda qidalanır və yaşayır. Malurus cinsinin digər növlərində olduğu kimi bu növdə də ancaq dişi fərdlər balaların qayğısına qalır.
Belorus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Acorus
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Maltus
Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7...
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Astragalus malacus
Astragalus malacus (lat. Astragalus malacus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Hamosa malaca (A.Gray) Rydb. Tragacantha malaca (A.Gray) Kuntze Astragalus malacus var.
Belorus dili
Belarus dili, Belorus dili — Şərqi slavyan dillərindən biridir. Əsasən Belorusda, Rusiya Federasiyasında, Ukraynada, Litvada, Latviyada və Estoniyada yayılmışdır. Bu dildə danışanların ümumi sayı 8 milyonu keçir. İki əsas dialekti mövcuddur: şimal-şərq dialekti (polotski, vitebsk-mogilyov); cənub-qərb dialekti (qrodno-baranoviçi, slutsko-mozırsk və b.) Belorus yazısı kiril qrafikası əsasında tərtib olunmuşdur.
Boletus calopus
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Mallotus moluccanus
Aleurites moluccanus (lat. Aleurites moluccanus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yağlıağac cinsinə aid bitki növü. Aleurites ambinux Pers. Aleurites angustifolius Vieill. ex Guillaumin Aleurites angustifolius Vieill. Aleurites commutatus Geiseler Aleurites cordifolius (Gaertn.) Steud. Aleurites integrifolius Vieill. ex Guillaumin Aleurites integrifolius Vieill. Aleurites javanicus Gand. Aleurites lanceolatus Blanco Aleurites lobatus Blanco Aleurites moluccanus var.
Melierax canorus
Melierax canorus (lat. Melierax canorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin oxuyan qırğı cinsinə aid heyvan növü.
Mos maiorum
"Mos maiorum" (Latınca tələffüz: [ˈmoːs majˈjoːrʊ̃]; "ata-baba adət") — qədim romalıların sosial normalarını əldə etdikləri yazılmamış kodeks. Bu, Roma ənənəçiliyinin əsas konsepsiyasıdır. Yazılı hüquqdan fərqlidir, lakin onu dinamik şəkildə tamamlayır. "Mos maiorum" kollektiv olaraq Qədim Romada şəxsi, siyasi və hərbi həyata təsir edən zamanla tanınan prinsiplər, davranış modelləri və sosial təcrübələr idi.
Phaethornis malaris
Phaethornis malaris (lat. Phaethornis malaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Acorus calamus
Bataqlıq kəcəvəri (lat. Acorus calamus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinin kəcəvər cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, sürünən, üfüqi kökümsova malikdir. Kökümsovu qol-budaqlı, diametri 0,3 sm, uzunluğu 1,5 m, xaricdən qonur və ya yaşılımtıl-sarı, kənarları çoxsaylı qaytanabənzər, köklərinin uzunluğu 40–50 sm, yuxarı tərəfdən iri yarımaypara yarpaqlardan ibarətdir. Yarpaqlarının uzunluğu 10–15 sm, açıq-yaşıl, yumşaq, itiuclu, zirvə və yan budaqlıdır. Gövdə üzərindəki çiçək qruplarının hündürlüyü 40–80 sm, yastılaşmış hamaşçiçəkləri yuxarıdan silindrik, azacıq daralmış, uzunluğu 12 sm, qalınlığı 2 sm-ə bərabərdir. Çiçəkləri kiçik, yaşılımtıl-sarı olub, ikicinslidir. Kökümsovları yüngül, silindrik, azacıq yastılaşmış, əyilmiş, qatlanmış, bəzən budaqlanan və çox hissəsi uzununa yarılmış olur. Yuxarı hissəsi yarımaypara formalı, iri dişli, yarpaqlı, aşağı hissəsi çoxsaylı kiçik dairəvi, köklü, bərabər olmayan məsaməli olub, deşik-deşikdir. Parçalanmış hissələri 30 sm, qalınlığı isə 2 sm-ə qədər olur.
Circus maurus
Circus maurus (lat. Circus maurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Mamoru Hosoda
Mamoru Hosoda (yap. 細田 守) — yapon anime rejissoru, ssenari müəllifi və animasiyaçı. Hosoda Yaponiyanın Toyama prefekturasında yerləşən Nakaniikava rayonun Kamiiçi qəsəbəsində anadan olub. Atası dəmiryol mühəndisi, anası isə dərzi kimi işləyirdi. Hosodanın animasiyaçı olmağa Hayao Miyadzakinin birinci animesi olan The Castle of Cagliostro baxmağından sonra ilhamlanmıb. O, İşikava prefekrturasında Kanadzava İncəsənət Kollecinin yağ rəssamlığı öyrənirdi. Məzunluğundan sonra, Hosoda Toei Animation studiyasına boş vaxtında yaratdığı qısa anime göndərib, orda animasiyaçı kimi işə qəbul olundu. O, əvvəl Studio Ghibli-yə müraciət edib, orda iş ala bilməyib, amma Hayao Miyadzakinin özündən tərənnümlü imtina məktubu almış. Toei Animation studiyasında, erkən 2000-ci illərində işləyərkən, o Digimon Adventure seriyasının ilk iki tammetrajlı anime üzərində işləyərək, ictimai diqqəti özünə cəlb etdi. Beləliklə, onun Digimon: The Movie üzərində rejissor rolu Studio Ghibli-nin baş prodüseri Toşio Sudzukinin diqqətini cəlb edib.
Mamoru Oşii
Mamoru Oşii (yap. 押 井 守; 8 avqust 1951, Ota) — Yapon rejissor, televiziya rejissoru və ssenarist. Fəlsəfə yönümlü hekayə yazma tərzi ilə məşhur yazıçı.
Mamoru Çiba
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Mamoru Şiqemitsu
Mamoru Şiqemitsu (yap. 重光 葵; 29 iyul 1887[…] – 26 yanvar 1957[…]) — yapon diplomatı, xariçi işlər naziri, Yaponiyanın Birləşmiş Millətlər Təşkilatındakı ilk nümayəndəsi. Şiqemitsu Oita prefekturasının Ono qəzası, Mie qəsəbəsində anadan olmuşdur. Tokio Universitetində hüquq fakultəsində təhsil almışdır. Bir müddət sonra isə XİN-də işə qəbul olunmuşdur. 1919-cu ildə Paris Sülh Konfransında yapon nümayəndə heyətinin tərkibində iştirak etmişdir. Almaniyada səfir, Portlandda isə konsul işləmişdir. Çində diplomatik xidmətlərini (1931—1932) yerinə yetirərkən bir koreyalı tərəfindən hücuma məruz qalır və ayağını itirir. 1933-1936 illərdə Xariçi İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. Siyasətçilərə Çinə qarşı sərt olmağı əmr etmişdir.
Megupsilon aporus
Qvardiya mayoru
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Saxicola maurus
Sibir çəkçəkisi (lat. Saxicola maurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Tomas Maltus
Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7...
Palma-de-Malorka
Palma-de-Malyorka — İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı. Palma körfəzində Malyorkanın cənub sahillərində yerləşir. 2009-cu il əhalinin siyahıya alınmasına əsasən Palma şəhərinin şəhər hissəsində yaşayan əhalinin sayı 401,270 nəfər idi və bütün şəhər ərazisində əhalinin sayı 621 min nəfər idi. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Kabrera Arxipelaqı Palmadan geniş şəkildə ayrılmış olsa da, inzibati bələdiyyənin bir hissəsi hesab olunur. Palma-de-Malyorka hava limanı hər il 22 milyondan çox sərnişinə xidmət edir. Şəhər Roma dövründə salınmışdır. Qərbi Roma İmperiyasının süqutu dönəmində vandalların bir sıra hücumlarına məruz qalmış, daha sonra Bizans İmperiyası tərəfindən bərpa edilmiş, sonralar isə Mavrlar və 13-cü əsrdə I Araqon tərəfindən müstəmləkəyə çevrilmişdi. Palma-de-Malyorka Malyorka şəhərinin cənub-qərbində, Balear adaları arxipelaqına məxsus olan adada yerləşən böyük bir şəhər və dəniz limanıdır. Şəhərin ərazisi dəniz səviyyəsindən 13 metr (43 fut) yüksəklikdə yerləşir və sahəsi 21.355 kvadrat kilometr təşkil edir.
Phaethornis malaris margarettae
Phaethornis malaris margarettae (lat. Phaethornis malaris margarettae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinın phaethornis malaris növünə aid heyvan yarımnövü.