Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mançester
Mançester — İngiltərədə şəhər. Mançester İngiltərənin böyük şəhərlərindən biri olmaqla yanaşı, ölkənin futbol paytaxtıdır. Mançesterin mərkəzi onun işgüzar və ticarət rayonudur. Burada əsas dövlət və özəl müəssisələr fəaliyyət göstərir.
Mançester Universiteti
Mançester Universiteti (ing. University of Manchester) — İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın aparıcı elmi-tədqiqat universitetləri qurumu olan Russell Qrupunun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır. == Reytinqi == == Məşhur alimləri == Mançester Universitetində 23 Nobel mükafatçısı çalışaraq tədqiqat aparıb. Mançester Universitetinin tanınmış şəxslərindən atom nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, Ernest Marsdeni, Balfur Styuartı, riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni intellektin yaradıcılarından Alan Tyurinqi, məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq Vithenşteyni, radioastronomiyanın yaradıcısı Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. qeyd etmək olar. == Məşhur məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Corc Riçards – Trinidad və Tobaqonun prezidenti; Veytsman Xaim – İsrailin ilk prezidenti; Teo Hin – Sinqapurun Baş naziri; Səid Musa – Belizin sabiq Baş naziri; Camaluddin Carcis – Malayziyanın sabiq Elm, Texnologiya və İnnovasiya naziri; Marqarit Beket – Böyük Britaniyanın keçmiş ticarət və sənaye naziri; Xans Bete – fizika üzrə Nobel mükafatçısı; Ernest Rezerford – kimya üzrə Nobel mükafatçısı; Volter Houors – kimya üzrə Nobel mükafatçısı; Con Polanyi – kimya üzrə Nobel mükafatçısı; Con Salston – tibb və fiziologiya üzrə Nobel mükafatçısı; Arçibald Hill – tibb və fiziologiya üzrə Nobel mükafatçısı; Jozef Stiqlitz – iqtisadiyyat üzrə Nobel mükafatçısı; Artur Luis – iqtisadiyyat üzrə Nobel mükafatçısı; Robert Bolt – ssenarist və iki Oskar mükafatçısı.
Mançester 62 FK
Mançester 62 FK — Cəbəllüttariqi təmsil edən futbol komandasıdır. Klubun əvvəlki adı Mançester Yunayted FK-in şərəfinə Mançester Yunayted (Cəbəllüttariq) FK adlandırılmışdır. 2013-14 mövsümündən isə rəsmi olaraq indiki adı ilə adlandırılır. Klubun loqosunun üzərində də ad dəyişikliyi öz əksini tapmışdır. Mançester 62 Fk hal-hazırda Cəbəllüttariq Premyer Liqasında çıxış edir. Klub ev oyunlarını Vinston Çörçill prospektində yerləşən Viktoriya stadionunda keçirir. == Tarixi == Klub 1962-ci ildə Mançester Yunayted FK adı ilə yradılmışdır. Klub öz adını məşhur ingilis adaşının şərəfinə almışdır. Klubun adının istifadəsinə görə icazəni mankunianlardan olan Mett Basbidən almışlar. İcazəni aldıqdan sonra bu addan istifadə etməyə başlamışlar.
Mançester Siti FK
"Mançester Siti" — İngiltərənin futbol klubu. == Tarixi == 1880-ci ildə qurulan futbol klubunun əvvəlki adı St. Mark's (West Gorton), sonraki adı(1887-ci ildən etibarən) Ardwick Association Football Club olmuştur. Klubun indiki adı 1894-cü ildə təsdiq olunmuşdur. Klub 1923-cü ildən 2003-cü ilə qədər rəqiblərini Maine Road stadionunda qəbul etmişdir. 2003-cü ildən bəri isə City of Manchester Stadium-dan istifadə edir. 1981-ci ildə FA Cup-ın final oyununda məğlub olduqdan sonra tənəzzül etməyə başladı və 3-cü liqaya düşdü. 1998-ci ildə yenidən Premer Liqa(Premier League) statusunu bərpa etdi. 2008-ci ildə klubun səhmləri Abu Dhabi United Group tərəfindən alındı və klub dünyanın ən varlı klublarından birinə çevrildi.
Mançester Yunayted FK
Mançester Yunayted (ing. Manchester United) — İngiltərə Premyer Liqasında Mançester şəhərini təmsil edən titullu ingilis futbol klublarından biridir. Ləqəbi "Qırmızı şeytanlar" olan bu futbol klubu 1878-ci ildə "Nyuton Hit" adı ilə təsis olunmuş, 1902-ci ildə adını "Mançester Yunayted" olaraq dəyişdirmişdir. 1910-cu ildən etibarən öz ev oyunlarını Mançester şəhərində yerləşən Old Trafford stadionunda keçirir. "Mançester Yunayted" indiyə qədər ingilis futbol klubları arasında ən çox titul qazanan klub kimi tarixə adını yazdırmışdır. Klub 21 dəfə İngiltərə Premyer Liqasını, 12 dəfə İngiltərə Federasiya Kubokunu, 5 dəfə İngiltərə Liqa Kubokunu, rekord sayda — 21 dəfə İngiltərə Milli Futbol Superkubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Avropa Liqasını, 1 dəfə UEFA Kuboklar Kubokunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə Qitələrarası kuboku və 1 dəfə də FİFA Klublararası Dünya Kubokunu qazanmışdır. 1998–99 mövsümündə klub Avropada qızıl het-trik gerçəkləşdirən ilk ingilis klubu kimi futbol tarixinə keçmişdir. 2016–17 mövsümündə UEFA Avropa Liqasını qazanmaqla UEFA tərəfindən təşkil olunan hər üç turnirdə çempion olan beş klubdan biri və mümkün olan bütün titulları qazanan yeganə ingilis klubu olmuşdur.Yunayted həmçinin XX (20-ci) əsrin ən uğurlu 2 klubundan biridir. 1958-ci ildə Münhen şəhərində baş vermiş aviafaciə nəticəsində klubun yalnız səkkiz futbolçusu sağ qalmışdır. Buna baxmayaraq, 1968-ci ildə Mett Basbinin rəhbərliyi altında çıxış edən "Mançester Yunayted" Avropa kubokunu qazanan ilk ingilis klubu olmuşdur.
Mançester Şəhər Mərkəzi
Mançester şəhər mərkəzi — İngiltərənin Mançester şəhərinin mərkəzi biznes bölgəsi. Vitvorz küçəsinində yerləşir. 2011-ci ilin siyahıyaalınmasına əsasən Şəhər Mərkəzinin 17681 əhalisi var. 1853-cü ildə Sənaye inqilabından sonra Mançester şəhər statusu aldı. Bu zaman şəhər mərkəzi pambıq ticarətinin qlobal mərkəzinə çevrildi, beləcə bu hadisə Viktoriyan dövründə şəhərin "dəbdəbəli ticarət memarlığı"-nın formalaşmasına səbəb olaraq Royal Exchange, Corn Exchange, Free Trade Hall və Great Northern Warehouse kimi binaların inşasına gəbirin çıxardı. Pambıq ticarətinin azalmasından və Mançester Blitzdən sonra şəhər mərkəzi 20-ci əsrin ortalarında iqtisadi tənəzzül dövrünü yaşadı, lakin şəhər mərkəzində yerləşən MDB-nin binası 1962-ci ildə inşası tamamlandıqdan sonra Böyük Britaniyada ən yüksək bina seçildi.Şəhər mərkəzi Böyük Mançesterin nəqliyyat qovşağı kimi fəaliyyət göstərir və bir saat ərzində 7 milyondan çox insan ondan istifadə edir. 1996-cı ildə Mançesterin bombalanması şəhər mərkəzinin yenidən qurulmasına və pərakəndə satış, əyləncə mərkəzlərinin, ofislərin və şəhər həyatının yüksəlməsinə təkan verdi. Şəhər mərkəzinin iqtisadiyyatı əsasən pərakəndə satış və xidmətlərin üzərində qurulmuşdur, hesablamalara əsasən təxminən A Klas binaların 40 %-i Londondan kənarda qurulmuşdur. == Tarixi == Mançester e.ə. 79-cu ildə Romanın Mamucium qalası ilə insanların məskunlaşdığı ərazinin birləşməsindən yaranıb.
Mançester Şəhər Stadionu
Etihad Stadium İngiltərədə Mançester Siti futbol komandasının ev oyunlarını oynadığı stadiondur. Orijinal olaraq Mançester'in ev sahibliyində namizəd olub qazanabilmədiyi 2000 Yay Olimpiya Oyunlarının bir hissəsi kimi hazırlanan stadion, 2002-ci ildə təşkil olunan İngilis Millətlər Birliyi Oyunları üçün inşa edilmiş və 110 milyon sterlinqə başa gəlmişdir. Oyunlardan sonra stadion futbol üçün uyğunlaşdırılan stadion və Main Road'dan bura daşınan Mançester Siti klubunun evi olmuşdur. Mançester Siti 2003-cü ildə stadionu 250 illiyinə icarəyə götürmüşdür. 23 iyun 2007 -ci il etibarı ilə stadion 47.726 tamaşaçı tutumu ilə Premyer Liqanın ən böyük beşinci stadionudur. 4 oktyabr 2006-cı ildə stadionun 2008 UEFA Kuboku finalına ev sahibliyi edəcəyi qərarlaşdırılmış və bu final oyunu 14 may 2008-ci ildə oynanmışdır.
Mançester Arenada terror (2017)
Mançester Arenada terror (ing. 2017 Manchester Arena bombing) — İngiltərənin Mançester şəhərində yerləşən Mançester Arenada 2017-ci ilin 22 may tarixində yerli vaxtla saat 22:33-da gercəkləşdirilmiş terror hücumu. Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb. == Arxa plan == Hadisə 2017-ci ilin 22 may tarixində İngiltərənin Mançester şəhərində baş verib. Tanınmış müğənni Ariana Qrandenin Dangerous Woman studio albomunu tanıtımı məqsədi ilə təşkil olunan Dangerous Woman Tour konsert turnesinin növbəti ünvanı 22 may tarixində Mançester Arena olub. 21 min nəfərdən çox tamaşaçının iştirak etdiyi konsertdə, partlayışın tamaşaçıların zalı tərk etdiyi anda baş verdiyi bildirilir.Mançester Polisi hadisənin terror hücumu olduğunu və şübhəli şəxsin kamikadze olduğunu bildirib. Hadisə 2017-ci ildə Böyük Britaniyada baş vermiş ikinci terror hücumudur.
Maçesta (Soçi)
Maçesta — Krasnodar diyarında, Soçi şəhəri ərazisində qəsəbə. Qəsəbə hidrogen-sulfidli bulaqları və onların əsasında yaradılan sanatoriyalarla ilə məşhurdur. == Yerləşməsi == Mikrorayon Xosta rayonunda, Maçesta çayı vadisində yerləşir. == Tarixi == 1934-cü il avqustun 10-da Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti ləğv edilmiş Soçi vilayətindən Maçesta kənd sovetini Maçesta kurort kəndi adı ilə yenidən Soçi şəhər sovetinin tərkibinə daxil etdi. Bundan əvvəl Köhnə Maçesta kənd şurası Yeni Maçesta qəsəbəsinə tabe idi və Maçesta kurort kəndi adlandırıldı.10 fevral 1961-ci ildə Adler (keçmiş Soçi) ​​və Lazarevski rayonlarının Soçiyə birləşdirilidi və Soçi şəhərində Mərkəzi Soçi rayonu yaradıldı. 1951-ci ildə yaradılan Xostinski rayonunun sərhədləri 1961-ci il aprelin 7-dən Soçinin mərkəzinə doğru, Vereşaginka çayına qədər genişləndi. Beləliklə, Soçinin Xostinski rayonuı Maçesta mikrorayonunu da öz ərazisinə daxil etdi. == Görməli yerləri == === Köhnə Maçesta === Hidrogen sulfid bulaqlar Köhnə Maçestada yerləşir. Burada görəcəyiniz ilk şey daha çox antik məbədi xatırladan 4 saylı hidropatiya müəssisəsinin monumental binasıdır. Hidrogen-sulfid bulaqları olan mağaralar bir az kənar tərəfdə yerləşir.
Ancestry.com
Ancestry.com LLC — ABŞ-də, Yuta ştatının Lehi şəhərində yerləşən özəl onlayn şirkət. == Tarixi == === AncestryDNA === "AncestryDNA" şirkəti "Ancestry LLC"nin törəmə şirkətidir. === FindAGrave === "Ancestry.com" 2014-cü ilin mart ayında mobil tətbiqetməni işə salmışdır. === Newspapers.com === "Ancestry" 2012-ci ildə "Newspapers.com"u təsis etmişdir.
Guardian and Manchester Evening News Ltd
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı)"Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.