Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xoreoqraf
Xoreoqrafiya (lang|yun. χορεία — rəqs, halay və γράφω — yazıram) — mütəxəssisi, özünün truppası və ya hər hansı digər rəqqaslar qrupu üçün rəqs quran. Rəqsin kimin (oğlan və ya qız qrupu, kordebalet ) ifa etməsindən asılı olmayaraq, rəqsi quran xoreoqrafın təlimatı ilə bütün rəqs hərəkətləri xaotik olmayıb, eyni- sinxron və ya bir-biri ilə əlaqədardır.Bu, xoreoqrafik işin nəticəsidir. Xoreoqraf rəqqaslarla iş qurarkən , onların hərəkətlərinə bütövlük verir ki, onlar tamaşaçı qarşısına tam rəqs sənət əsəri kimi çıxış etsinlər. Bəzi xoreoqraflar öz biliklərini artıq mövcud rəqslərin yenidən qurulması üçün istifadə edir, bəziləri isə müxtəlif texnikalar istifadə edərək, tamamilə yeni səhnə işi yaradırlar. Xoreoqraf rəqqaslarla məşqlər keçirir, onların ifasını qiymətləndirir,səhnə hərəkəti sxemləri üzrə ideyalar irəli sürür, rəqqas seçimlərində iştirak edir, kostyumlar və ya musiqi seçir və s. inzibati işləri görür.
Emin Əliyev (Xoreoqraf)
Emin Əliyev — Azərbaycanlı baletmeyster,xoreqraf. Azərbaycanın əməkdar artisti(2008), beynəlxalq festivallar laureatı. Akademik Musiqili Teatrın baş baletmeysteri (2022) == Həyatı == Emin Eldar oğlu Əliyev 5 may 1978-ci ildə Bakı şəhərində anadan olub. O, Bakı Xoreoqrafiya Akademiyasının (1990-2001-ci illər) məzunudur. Ali təhsillidir == Yaradıcılığı == Emin Əliyev 1985-ci ildə “Cücələrim” mahnı və rəqs ansamblı ilə rəqs yaradıcılığına başlayıb. 1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin "Ney" və 2017-ci ildə "Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib.