Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maskot
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend.İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Masato
Masato — Yaponiya adı. Masato Morişiqe — Yaponiya futbolçusu. Masato Kudo — Yaponiya futbolçusu.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Matkot
Matkot (ivr. ‏מטקות‎‏‎) — İsraildə oynanılan və çimərlik tennisinə oxşar raket oyunu. İsrailin milli idman növü hesab olunur. Oyunda əsas məqsəd taxta raketka ilə rezin topu qarşı tərəfə yerə düşmədən göndərməkdir. Oyunda əsasən 2 nəfər iştirak etsə də, bəzən bu say artıq ola bilir. == Haqqında == Matkot çimərlik idman oyunudur və bu idman növü üzrə heç bir yarış keçirilimir. Oyunçuların əsas məqsədi qara rezin topu irəli göndərməkdir. İdmanın adı ivrit dilində "raketka" mənasını verən "matka" sözündən yaranmışdır. Bu sözün mənşəyi isə naməlumdur.Raketkalar taxtadan hazırlanır, lakin tutacaqlar əsasən plastikdən ibarət olur. Xammal kimi bəzən karbon lifi də istifadə olunur.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
MacOS
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
Masao
Masao — ad. Masao Uçino — Yaponiya futbolçusu.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyırRegion Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Abraham Maslov
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Boz marmot
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Imelda Marcos
İmelda Markos (d. 2 iyul, 1929) — keçmiş Filippin prezidenti Markos Ferdinandın dul xanımı.
Marmot adası
Marmot adası (ing. Marmot Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 45,2 km² olan ada. Kadyak arxipelaqına daxildir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak borosuna aiddir. Afoqnak adasının şərqində yerləşir. Əvvəlcə Evraşiçi olaraq adlandırılır. Adanı bu cür 1826-cı ildə Qavrila Sarıçev adlandırır. Amerikalılar daha sonra adaya marmot adını verirlər. Adanın uzunluğu təxminən 11,5 km, eni isə 5,5 km-dir. Sahəsi 45,2 km²-dir.
Marmot günü
Marmot günü (ing. Groundhog Day) - Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Masato Kudo
Masato Kudo (6 may 1990, Suqinami, Tokio, Yaponiya – 21 oktyabr 2022, Miyazaki[d], Miyazaki, Yaponiya) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 2 qol vurub.
Masato Morişiqe
Masato Morişiqe (d. 21 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 2 qol vurub.
Maslov teoremi
Maslounun ehtiyaclar iyerarxiyası (ing. Maslow's hierarchy of needs) və ya Maslou nəzəriyyəsi – 1943-cü ildə nəşr olunan bir araşdırmada amerikalı psixoloq Abraham Maslou tərəfindən təqdim edilmiş və daha sonra inkişaf etdirilmiş insan psixologiyası nəzəriyyəsidir. Maslonun ehtiyaclar iyerarxiyası aşağıdakı kimidir: Fizioloji tələblər (tənəffüs, qida, su, seksuallıq, yuxu, sağlam maddələr mübadiləsi, ifrazat) Təhlükəsizlik tələbi (bədən, iş, qaynaq, əxlaq, ailə, sağlamlıq və əmlak təhlükəsizliyi) Mənsubluğa, sevgi, sevgiyə ehtiyac (dostluq, ailə, cinsi yaxınlıq) Ləyaqətə ehtiyac (özünə hörmət, özünə inam, uğur, başqalarına hörmət, başqaları tərəfindən hörmət) Özünü dərk etmə ehtiyacı (fəzilətli, yaradıcı, səmimi, problem həll edən, qərəzsiz, həqiqəti qəbul edən) == istinadlar == Maslow, AH (1943). İnsan motivasiyası nəzəriyyəsi. Psixoloji icmal, 50,370–396. Maslow, AH (1965). Eupsychian İdarəetmə . Qeyd edək ki, bu kitabda yer alan Andy Kay, Kaypro'dan Andy Kaydır. Ciltli ISBN 0-87094-056-2, Ciltsiz ISBN 0–256-00353-X . Maslow, AH (1970).
Mixail Masson
Mixail Yevgeniyeviç Masson (21 noyabr (3 dekabr) 1897, Sankt-Peterburq – 2 oktyabr 1986, Daşkənd) — SSRİ arxeoloqu, pedaqoq, tarix elmləri doktoru, professor, Türkmənistan EA-nın akademiki. == Həyatı == Mixail Masson 4 dekabr 1897-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, anası ilə bərabər Səmərqənd şəhərində yaşamışdı. Burada da kişi gimnaziyasını bitirmişdi. Mixail Masson 2 oktyabr 1986-cı ildə Daşkənd şəhərində vəfat edib. == Ekspedisiyaları == M. E. Massonun və V. M. Massonun arxeoloji qazıntılarının əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Onların apardıqları tədqiqatlar nəticəsində Türkmənistan, Özbəkistan və Cənubi Qazaxıstan ərazilərində erken orta əsrlərə aid çoxlu pullar, silahlar və başqa maddi mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin əsrlərdə yaşamış əhalinin Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri araşdırılmışdır. Qazaxıstan və Altayda erkən orta əsrlərə aid qədim abidələrin bir növü elmdə "balbal" adlanan daş kişi heykəlləridir. Eranın VIII–IX əsrlərinə aid bu heykəllər Altaydan Volqaboyuna qədər geniş bir ərazidə tapılmışdır. Tədqiqatçıların yekdil fıkri belədir ki, bu heykəllər türkdilli tayfalara aiddir və döyüşlərdə həlak olmuş igidlərin qəbirlərinin üzərinə qoyulmuş abidələrdir.
Qırmızı marmot
Qırmızı marmot və ya uzunquyruq marmot (lat. Marmota caudata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sarıqarın marmot
Sarıqarın marmot (lat. Marmota flaviventris) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Uzunquyruq marmot
Qırmızı marmot və ya uzunquyruq marmot (lat. Marmota caudata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Çal marmot
Çal marmot (lat. Marmota caligata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Abraham Maslou
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, Nyu-York ştatı – 9 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Mesrop Maştos
Mesrop Maştots (erm. Մեսրոպ Մաշտոց; 361 və ya 362 – 17 fevral 440, Üçkilsə) — qədim erməni din xadimi və dilçisi, erməni əlifbasını 405-ci ildə Sasanilər dövründə tərtib etmişdir. Mesrop Maştots Erməni Qriqoryan Kilsəsi tərəfindən dəstəklənməsindən sonra İncil başda olmaqla, həmin dövrə aid bir çox dini və elmi ədəbiyyatı erməni əlifbası əsasında yazmışdır.
Mesrop Maştots
Mesrop Maştots (erm. Մեսրոպ Մաշտոց; 361 və ya 362 – 17 fevral 440, Üçkilsə) — qədim erməni din xadimi və dilçisi, erməni əlifbasını 405-ci ildə Sasanilər dövründə tərtib etmişdir. Mesrop Maştots Erməni Qriqoryan Kilsəsi tərəfindən dəstəklənməsindən sonra İncil başda olmaqla, həmin dövrə aid bir çox dini və elmi ədəbiyyatı erməni əlifbası əsasında yazmışdır.