Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Matbat dili
Matbat dili (ing. Matbat language) — Raja Ampat adalarının ən böyük 4 adasından biri olan Misool sakinlərinin danışdığı dil. Avstroneziya dillərinə aiddir. 2001-ci ilin məlumatına görə bu dildə təqribən 1,000–1,500 nəfər danışır.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
MATLAB
MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər: Matriks əməliyyatları; Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili; Alqoritmlərin tətbiqi; Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar. 2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var. MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir.
Mastaba
Mastaba (ər. ‏‏مصطبة, DMG maṣṭaba, "daş kətil və ya oturacaq") — Qədim Misirin İlkin və ən qədim dövrlərinə aid dördkünc (kvadrat) formalı qəbir məqbərə. Mastaba ehramın oturacaq forması olub, divarları relyeflərlə bəzədilmiş bir neçə otaq və hücrələrdən ibarət alt qata və ya zirzəmiyə malik məzar tikilisidir. Məhz sonralar mastaba tikilisi əsasında ehramlar inşa olunmuşdur.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. == Etimologiyası == «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Maybac
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Maybax
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Matça
Matça ( yap. 抹茶, hərfi tərcüməsi "ovulmuş çay" deməkdir) — toz şəklində olan yaşıl çay. Məhz bu çay,ənənəvi olaraq, klassik yapon çay mərasimində istifadə olunur. Bundan başqa, matça, vaqasi adlı yapon desertinin növlərinə, yaşıl çaylı dondurmaya, soba adlı əriştəyə qida əlavəsi kimi istifadə olunur. == Tarixi == Çinin Tan sülaləsi zamanı (618 – 907) saxlanma və ticarət üçün çayın yarpaqları buxarla emal edilib çay briketlərinə preslənirdi. Çayı hazırlamaq üçün ilk öncə yarpaqlar qurudularaq toz halına çevrilir. Sonra duz və nanə əlavə edilərək qaynar suda qarışdırılırdı. Sun sülaləsi (960-1279) dövründə qurudulmuş çay yarpaqlarının buxarından emal edilən toz şəkilli çay populyarlaşmışdır. İçkini hazırlayarkən çay tozunu qaba töküb üzərinə qaynar suyu əlavə edirlər. Sonra üzərində köpük əmələ gələnə qədər qarışdırırlar.
Matam
Matam (ing. Matam, Senegal) — Seneqalda, yerləşən bir yaşayış məntəqəsidir. Matamın 17,324 nəfər əhalisi var.
Hakuna matata
Hakuna matata — "kədərlənmə" və "problem deyil" mənasını verən suahili ifadəsidir. Zənzibar, Tanzaniya və Keniyada yaşayan insanlar bu deyimdən geniş istifadə edirlər. İdiom tez-tez tətil kəndlərində, otellərdə və turizm sənayesində istifadə olunur. Bu deyimin yayılmasında ən böyük amillərdən biri Kral Şir cizgi filmində bu deyimin fəlsəfəsindən istifadə edilməsidir.
I Matyaş
I Matyaş və ya Mattias Korvinus (mac. Hunyadi Mátyás, xorv. Matija Korvin, rum. Matei Corvin, slovak. Matej Korvín, çex. Matyáš Korvín, 24 fevral 1443 və ya 23 fevral 1443, Kluj-Napoka, Macarıstan krallığı – 6 aprel 1490 və ya 7 aprel 1490, Vyana)— 1458-1490-cı illərdə Macarıstan və Xorvatiyanın kralı. Bir neçə hərbi kampaniya təşkil etdikdən sonra 1469-cu ildə Bohemiya kralı seçilmiş, 1487-ci ildə isə Avstriya hersoqu ünvanını qəbul etmişdir. == Həyatı == Mattias Korvinus 24 fevral 1443-cü ildə Kolozvarda anadan olmuşdur. Matyaş Məşhur macar general Yanoş Hunyadinin kiçik oğlu idi. Atasının ölümündən sonra o, 1456-cı ildə atasının düşməni Ulrix tərəfindən əsir götürülmüş, kiçik qardaşı Laslo Hunyadi isə öldürülmüşdü.
Katban (Salmas)
Katban (fars. كتبان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 232 nəfər yaşayır (41 ailə).
Kiçik batbat
Kiçik batbat (lat. Hyoscyamus pusillus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Manaba Maqamedova
Manaba Ömərovna Maqomedova (5 noyabr 1928, Kubaçi[d], Dağıstan MSSR, RSFSR, SSRİ – 10 mart 2013, Mahaçqala, Dağıstan, Rusiya) — məşhur metalişləmə rəssamı. SSRİ (1960) və Rusiya Rəssamlar İttifaqının üzvü, Dağıstan xalq artisti (1978), Rusiya Federasiyasının əməkdar artisti (2003) olub. Uzun illər Tbilisidə yaşayıb və çalışıb. Tbilisi şəhərinin fəxri vətəndaşıdır (2010). Milliyyətcə dargidir. Rəssamın yaradıcılığına heyran olan Rəsul Həmzətov onun haqqında: "Demək olar ki, uşaq əllərinin ağır metalı emal etdiyini təsəvvür etmək mümkün deyil. Yaratdığı əsərlərdə mükəmməl gözəllik haqqında poetik bir yuxu görürəm" deyərək şeirini ona həsr etmişdi. == Həyatı == Manaba Maqomedova irsi zərgər ailəsində anadan olub. O, 7 yaşına qədər nənəsinin yanında yaşamışdır. 1935-ci ildən başlayaraq Manaba Maqomedovanın həyatının çox hissəsi Tiflisdə keçmişdi və burada o, yaradıcı baxışlarının formalaşmasına təsir edən qədim gürcü mədəniyyəti ilə təmasda olmuşdu.
Manaba Maqomedova
Manaba Ömərovna Maqomedova (5 noyabr 1928, Kubaçi[d], Dağıstan MSSR, RSFSR, SSRİ – 10 mart 2013, Mahaçqala, Dağıstan, Rusiya) — məşhur metalişləmə rəssamı. SSRİ (1960) və Rusiya Rəssamlar İttifaqının üzvü, Dağıstan xalq artisti (1978), Rusiya Federasiyasının əməkdar artisti (2003) olub. Uzun illər Tbilisidə yaşayıb və çalışıb. Tbilisi şəhərinin fəxri vətəndaşıdır (2010). Milliyyətcə dargidir. Rəssamın yaradıcılığına heyran olan Rəsul Həmzətov onun haqqında: "Demək olar ki, uşaq əllərinin ağır metalı emal etdiyini təsəvvür etmək mümkün deyil. Yaratdığı əsərlərdə mükəmməl gözəllik haqqında poetik bir yuxu görürəm" deyərək şeirini ona həsr etmişdi. == Həyatı == Manaba Maqomedova irsi zərgər ailəsində anadan olub. O, 7 yaşına qədər nənəsinin yanında yaşamışdır. 1935-ci ildən başlayaraq Manaba Maqomedovanın həyatının çox hissəsi Tiflisdə keçmişdi və burada o, yaradıcı baxışlarının formalaşmasına təsir edən qədim gürcü mədəniyyəti ilə təmasda olmuşdu.
Manbar (Sayınqala)
Manbar (fars. منبر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (122 ailə).
Matias Kastren
Matias Aleksandr Kastren (fin Matthias Alexander Castrén; 2.12.1813, Tervola — 7.5.1852, Helsinki) — fin etnoloq və filoloqu. == Xarici keçidlər == Vikianbarda Matias Kastren ilə əlaqəli mediafayllar var.
Matias Zuloaqa
Matias Zuloaqa (23 dekabr 1997) — Argentinalı xizək yürüşçüsü. Matias Zuloaqa Argentinanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matias Zuloaqa birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Zuloaqa 42:27.5 saniyəlik nəticəsi ilə 119 atlet arasında 100-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Matiya Divkoviç
Matiya Divkovic (bosn. Matija Divković Matija Divković; 21 avqust 1563 – 21 avqust 1631 və ya 1631) — Bosniyalı ruhani yazıçı, tərcüməçi, yəhudi Fransiskan ordeninin rahibi . O həm də Bosniya və Herseqovina ədəbiyyatının banisi sayılır. == Tərcümeyi-hal == Vareş yaxınlığında Xorvat ailəsində anadan olub. Olovodakı Fransiskan məktəbindətəhsil alıb. Daha sonra təhsilini İtaliyada davam etdirmişdir. 1609-cu ildə keşiş kimi xidmət etdiyi Sarayevoda yerləşdi. Elə həmin dövrdə Bosniya və Herseqovina slavyanlarının mədəniyyətini, Bosniya Fransiskan vilayətində katolik teologiyasının dini tədqiqatlarını öyrənməyə başladı. "Slavyanlar üçün kəndli elmi" ilk əsərini yazdı və "Mübarək və şanlı bakirənin yüz möcüzəsi və ya əlaməti"ni tərcümə etməyə başladı. 1611-ci ildə Venesiya Respublikasına köçdü və burada əsərlərini nəşr etdirdi.
Matyas Rakosi
Matyaş Rakoşi (9 mart 1892[…] – 5 fevral 1971[…], Nijni Novqorod) — Macar kommunist siyasətçi. == Həyatı == Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır. == Siyas həyatı == I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur. Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır. == Hakimiyyətdən uzaqlaşdırılması == Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. == Klub karyerası == === Dioşqyor === Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.