Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mazurka
Mazurka-cütlərin dairə yaratmaqla etdiyi adətən canlı tempi ilə üçlük metr Polşa xalq rəqsi.Özünə xas ayaq və topuq vuruşlarıyla, ənənəvi olaraq tuluq zurnası musiqisinin müşayiətində oynanır.
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Mabruka
Məbrukə (ərəb. مبروكة‎‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Rəsulayn rayonunun Rəsulayn nahiyəsində qəsəbə. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir.Qəsəbə 2015-ci ilin may ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirmişdir. == Coğrafiya == Məbrukə Suriyanın Türkiyə ilə olan sərhədindən 11 kilometr (6.8 mil) cənubda, Təll-Abyad şəhərindən 73 kilometr (45 mil) şərqdə, Əl-Həsəkə şəhərindən 90 kilometr (56 mil) şimal-qərbdə, Raqqa şəhərindən isə 104 kilometr (65 mil) şimal-şərqdə yerləşir yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Qəsəbə əhalisinin əksəriyyətini ərəblər təşkil edir.
Mayorka
Malyorka ya Mayorka (isp. Mallorca, kat. Mallorca [maʎorka], [majorka]; lat. insula maior) — Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyü, Barselona sahillərindən 170 km aralıda yerləşmiş ada. == Coğrafiyası == Sahəsi 3640,16 km², əhalisi 777 821 nəfərdir (2005). Ada turizm və kurort mərkəzi kimi çox məşhurdur. Malyorka Pityusa adası ilə birlikdə İspaniya daxilində muxtar region statusuna malikdir. Malyorkanın əsas inzibati mərkəzi Palma de Malyorka şəhəri sayılır. Rəsmi dil ispan və katalan dilləridir. Ümumi sahil uzunluğu 554 km-dir.
Menzurka
Menzurka (ölçü stəkanı, lat. mensura "ölçü") — maye və bərk cisimlərin həcmini ölçür. İş prinsipi Arximed qanununa əsaslanır. Menzurkanın üzərində şkalalar var. Çox zaman rəngsiz, şəffaf olur. Ondan laboratoriyalarda, məişətdə istifadə edilir. Mətbəxdə tort, piroq və s. bişirəndə menzurkadan istifadə edirlər. Mayelərin həcmini ölçmək üçün onları bu qaba tökmək kifayətdir. Bərk cisimlərə gəldikdə isə onları maye doldurulmuş menzurkaya batırırıq.
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Mazira
Mazira (fr. Mazirat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03167. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 289 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 177 nəfər (15-64 yaş) arasında 125 nəfər iqtisadi cəhətdən fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,6%, 1999-cu ildə 64.5%). Fəal olan 125 nəfərdən 105 nəfər (63 kişi və 42 qadın), 20 nəfər işsiz (12 kişi və 8 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Marka
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir.Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Kazarka cinsi
Maxuika krateri
Maxuika krateri (ing. Mahuika crater) — zərbə krateri meteorid məşhəllidir. Yeni Zelandiyanın materik şelfində yerləşir. Krater Stüart adasından 120 km cənub-qərbdə Sners adaları yaxınlığında qərarlaşır. Kraterin ölçüsü 20±2 km, dərinliyi isə 153 metrdir. Krater Maorilərin Mahuikasının (od tanrısı) şərəfinə adlandırılmışdır. Krater Dallas Ebbot və onun həmkarları tərəfindən Lamont-Doqerti Torpağı abservatoriyasında aşkarlanmışdır. 1400-cü illərdə Yeni Zelandiyanın yerli əhalisi bölgəni kütələvi şəkildə tərk etmişlər. Sunami üzrə ekspert olan Ceyms Qoff bu köçün 1500-cü ildə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş sunaminin təsirindən baş verməsini ehtimal etmişdir. Ancaq zəlzələdən əmələ gələn sunamilərin maksimal hündürlüyü 40-60 metr arasında dəyişir.
Pol Mazurski
Pol Mazurski (ing. Paul Mazursky; 25 aprel 1930[…], Nyu-York, Nyu-York ştatı – 30 iyun 2014[…], Los-Anceles, Kaliforniya) — ABŞ rejissoru, 5 dəfə "Oskar" mükafatı laureatı. == Həyatı == Pol Mazurski 25 aprel 1930-cu ildə ABŞ-də anadan olub, 30 iyun 2014-cü ildə ABŞ-də 84 yaşında ürək çatışmazlığından vəfat edib. == Fəaliyyəti == Pol ilk dəfə 1953-cü ildə "Qorxu və Şəhvət" tammetrajlı filmində iştrak edib. Rejissor kimi ilk fəaliyyəti isə 1969-cu ildə çəkilən "Bob və Carol" və "Ted və Alis" filmində olub. O, həmçinin "Aleks möcüzələr ölkəsində" (1970), "Subay qadın" (1978) və "Mağazada səhnələr" (1991) filmlərinə rejissorluq edib.
Qırmızıdöş kazarka
Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü. Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi.
Aechmea azurea
Aechmea azurea (lat. Aechmea azurea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Anchusa azurea
İtaliya sümürgəni (lat. Anchusa azurea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin sümürgən cinsinə aid bitki növü. == Sinonimləri == Anchusa amoena J.F.Gmel. Anchusa biceps Vest Anchusa italica Retz. Anchusa lucida Vitman Anchusa macrophylla Lam. Anchusa paniculata Aiton Buglossum amoenum Gaertn. Buglossum caeruleum Pers.
Capsella matura
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Madura adası
Madura adası (ind. Pulau Madura) — İndoneziyaya məxsus olan ada. Malay arxipelaqına daxildir. Yava adasından Madura boğazı ilə ayrılır. Adanın sahəsi 4250 km² təşkil edir. Maksimal hündürlüyü 471 metrdir. Ada 2013-cü il məlumatına görə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların böyük əksəriyyəti maduralılardır. İnzibati cəhətdən Şərqi Yava vilayəti ərazisinə daxildir. Nisbətən iri taşayış məntəqləri — Pamekasan, Banqkalan, Samkanq, Sumenep.
Madura boğazı
Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı. == Coğrafiyası == Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur). == Təbiəti == Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həmdə onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır.
Mamuka Baxtadze
Mamuka Baxtadze (gürc. მამუკა ბახტაძე; 9 iyun 1982, Tbilisi, Gürcüstan SSR) 13 noyabr 2017-ci ildən 13 iyun 2018-ci ilədək Maliyyə Naziri vəzifəsini icra edən Gürcüstan siyasətçisidir.
Mamuka Kikaleyşvili
Mamuka Andreyeviç Kikaleyşvili (gürc. მამუკა ანდრეის ძე კიკალეიშვილი; 10 avqust 1960, Tbilisi — 3 may 2000, Moskva) — gürcü aktyoru və kinorejissoru. == Həyatı == == Filmoqrafiya == Yaramaz (film, 1988) Girişmə, öldürər!
Mamuka Qorqodze
Mamuka Qorqodze (gürc. მამუკა გორგოძე; 14 iyul 1984, Tbilisi) — gürcü reqbi oyunçusu, Fransanın peşəkarToulon klubunun oyunçusu; Gürcüstan millisinin keçmiş kapitanı, Flanker və ya səkkizinci mövqedə oynamışdır. == Həyatı == Mamuka Qorqodze 14 iyul 1984-cü ildə Tbilisidə anadan olub. == Oyunçu karyerası == === Klub === Mamuka əvvəllər basketbol oynayırdı, amma 17 yaşında reqbi oyununu seçdi. Karyerasına Gürcüstanın Top Liqasında "Lelo" klubunun üzvü kimi başlamışdır. 2005-ci ildə Mamuka Montpellier ilə müqavilə imzalamışdır, lakin Qorqodze dərhal kifayət qədər vaxt qazanmadan əsas komandada dayaq qazana bilmədi. 2007 Dünya Kubokundan sonra baza oyunçusu oldu. 2009/2010 mövsümündə "Brive Correz" Mamuka ilə keçid barədə əvvəlcədən razılığa gəlmişdi, lakin son anda bu barədə düşündü və keçiddən imtina etdi. Kompensasiya olaraq Montpellier Brive Correz komandasına 200 min avro ödədi . 2010/2011 mövsümündən bəri, Qorqodze cinah oyunçusu kimi oynamağa başladı və klubun Top 14 finala yüksəlməsinə kömək etdi.
Maqura mağarası
Maqura — Bolqarıstannın Vidin vilayəti ərazisində, Rabışa kəndi yaxınlığında, Vidin şəhərinin ərazi vahidliyində yerləşir. == Tarixi == Mağara hələ qədim zamanlardan məşhur olmuşdur. Belə ki, Roma imperiyası dövründə və orta əsrlərdə mağara tətqiq olunmuşdur. == Xüsusiyyətləri == Mağaranın ümumi uzunluğu 3 kilometrə yaxındır. Mağara uzun və geniş dəhlizlərə sahibdir. Dəhlizlərlə sona qədər getmək məqsədi ilə insana 5 saat lazım gəlir. Maqura özünün stalaktit, stalaqmit və stalaqnatları ilə məşhurdur. Ən böyük stalaqnat (və ya stalaqnot) 20 m hündürlük və 4 m enə malikdir. Ən böyük stalaqmit isə 11 m uzunluq və 6 m diamtrə malikdir. İl boyu mağarada temperatur sabit olaraq qalır.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. == Xarici keçidlər == Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Palicourea azurea
Palicourea azurea (lat. Palicourea azurea) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Salvia azurea
Salvia azurea (lat. Salvia azurea) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.