Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meritaton
Meritaton (q.misir Mr.jt-Jtn — firon Exnatonun və Nefertiti cütlüyünün yaşça ən böyük qızları, XVIII sülaləsinin qədim Misir kraliçası, fironun Smenhkaranın əsas həyat yoldaşı. Ehtimal ki, onun hakimiyyət illəri Nefernefruaton ilə bağlı ola bilər. == Ailəsi == Meritaton Exnaton və Nefertitinin ilk övladları olub. Onun doğma bacıları: Maketaton, Anhesenamon, Nefernefruaton-taşerit, Nefernefrura, Setepenra. Exnatondan sonra hakimiyyətdə olan iki fironun adı - Smenhkara və Nefernefruaton- Meritaton ilə əlaqələndirilir. Ehtimal edilir ki, onlar Meritatonun ərləri olub. Fironun arvadı titulunu daşıyırdı.Və Nefernefruatonun hakimiyyət dövründə yalnız kral arvadının mərasim funksiyalarını yerinə yetirə bilirdi. Nefertiti Nefernefruaton adı daşıyarkən hakimiyyətdə olduğu güman edilir. Nefernefruaton adı altında bir müddət Meritaton özünü də hakimiyətdə ola bilməsi ən çox müzakirə olunan fərziyələrdən biridir. Qeydlərdə qeyd olunan Meritaton- taşerit, Meritaton və Smenhkaranın qızı ola bilər.