Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MegaFon
MegaFon (rus. МегаФон), daha əvvəl "Şimal-Qərb GSM" adı ilə tanınan, ikinci ən böyük mobil telefon operatorudur və Rusiyanın üçüncü ən böyük telekommunikasiya operatorudur. GSM , UMTS və LTE standartlarında işləyir. Onun əsas rəqibləri mobil seqmentdə Mobil TeleSystems (MTS), VimpelCom (Beeline) və Tele2 (Rostelecom) və Rostelecom və Interregional TransitTelekom şirkətləridir . 2012-ci ilin iyun ayından etibarən şirkət Rusiyada 62,1 milyon abunəçi və Tacikistanda 1,6 milyon abunəçiyə xidmət göstərir. Şirkətin mərkəzi Moskvada .yerləşir. 2002-ci ildə şirkət Şimali Qafqaz GSM- dən bir neçə regional şirkət satın aldıqdan sonra, bütün ərazisini əhatə edən Rusiyada ilk GSM şirkətinə çevrilmişdir. Rus dilində "MegaFon" kimi yazılır və tam olaraq rus dilində megaphone kimi səslənir; digər mənasında mega- "böyük" və fon "telefon" kimi izah edilir. == Tarix == 17 iyun 1993-cü il Şimal-Qərb GSM CJSC (Sankt-Peterburq)-nin qeydiyyat tarixidir. Aleksandr Malişev isə ilk baş direktor oldu.
Meqatron
Meqatron — (ing. Megatron) — Transformerlər kainatında özünü Transformerlərin planeti olan Kibertronu qorumağa həsr etmişdir. Meqatron Kibertronun məğbuledilməz qladiatoru idi. Ancaq sonralar Kibertronun enerji mənbəyini ələ keçirməyə çalışmışdır. Deseptikonların əksəriyyəti ona tabedir.
Meliton Balançivadze
Meliton Antonoviç Balançivadze (gürc. მელიტონ ანტონის ძე ბალანჩივაძე;24 dekabr 1862 (5 yanvar 1863) – 21 noyabr 1937, Kutaisi) — gürcü opera müğənnisi, bəstəkarı, həm Rusiya imperiyası dövründə, həm də ölkəsinin müstəqilliyi dövründə Gürcüstanın mədəniyyət səhnəsinin tanınmış üzvü. Məşhur xoreoqraf Corc Balançin və bəstəkar Andrey Balançivadzenin atası. == Həyatı == Meliton Balançivadze 24 dekabr 1862-ci ildə (5 yanvar 1863 yeni üslubda) Banoja kəndində anadan olmuşdur. Kutaisi İlahiyyat məktəbində təhsil alıb. O, həmçinin kilsə xorunda da çıxış edib. 1880-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının xoruna daxil olur. 1889-cu ildə Peterburq Konservatoriyasına daxil olur və orada təhsil almağa başlayır. 1895–1917-ci illərdə Rusiyanın müxtəlif şəhərlərində gürcü musiqilərindən ibarət xorlar təşkil edir. 1918-ci ildə Kutaisidə musiqi məktəbi qurur.
Meliton Kantariya
Meliton Kantariya (gürc. მელიტონ ქანთარია, rus. Мелитон Варламович Кантария; 5 oktyabr 1920, Cvari, Salencix bələdiyyəsi[d] – 27 dekabr 1993, Moskva) — Sovet ordusunun gürcü əsilli çavuşu. Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə 1945-ci ilə Reystağa Sovet bayrağını sancmışdır. == Həyatı == Gürcüstandakı kiçik qəsəbələrdən biri olan Cvaridə (hazırda şəhərdir), kəndli ailəsində anadan olmuşdur. 1940-cı ilə qədər kolxozda işləmişdir. Həmin il Qırmızı Ordunun sıralarına qatılmışdır. İkinci Dünya müharibəsi dövründə 1-ci Belarusiya cəbhəsinin 756-cı atıcı alayının 150-ci tüfəng diviziyasında xidmət etmişdir. 1945-ci il aprelin 30-da Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə Reystağa Sovet bayrağını sancmışdır. === Müharibədən sonra === 1946-cı ildə ordudan tərxis olundu.
Meliton Kaziyev
Meliton Kaziyev (oset. Хъазиты Резойы фырт Мелитон; 10 noyabr 1948, Noqkau[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Sovet və Cənubi Osetiya şairi, yazıçı, tərcüməçi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim. Ədəbiyyat sahəsində Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı. Cənubi Osetiyada dövlət televiziya şirkətinin ilk direktoru. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi və Cənubi Osetiya Parlamentinin üzvü. == Bioqrafiya == Cənubi Osetiya Muxtar Vilayətinin Noqkau kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Verxnıy Otrev kəndində almağa başlayır, 1964-cü ildə Verxnıy Çere kəndində səkkizillik və 1966-cı ildə Ksuisi kəndində orta məktəbi bitirir. 1966-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinin osetin bölməsinə daxil olur. Tələbəlik illərində şeirlərini Cənubi Osetiyanın dövri mətbuatında dərc etdirməyə başlayır. 1966-cı ildə, 18 yaşında olarkən "Fidiuaq" ədəbi jurnalında "Palıd ilə söhbət" adlı ilk hekayəsini nəşr etdirir.
Sardlı Meliton
Sardlı Meliton (yun. Μελίτων Σάρδεων; təq. 100 – təq. 180, Sardı[d], Manisa vilayəti) — Sard şəhərinin yepiskopu, xristian ilahiyyatçısı. O, pravoslav kilsəsində 1 apreldə (Yuli təqviminə görə), katolik kilsəsində 1 apreldə ehtiramla yad edilir. Onun həyatının sadəcə bəzi təfərrüatları məlumdur. Təxminən 194-cü ildə Efesli Polikratın Papa Viktora yazdığı məktubda qeyd edilmişdir ki, Melito xədim idi və Asiya kilsəsində böyük səlahiyyətlilərdən idi. İsanın təbiətlərinin ikiliyini öyrədən II əsr yazıçılarından biri kimi onun adı İppolitin "Labirint" əsərində də çəkilir. İyeronim Melito haqqında bəhs edərkən Tertulliandan sitat gətirərək qeyd etmişdir ki, Meliton bir çox möminlər tərəfindən peyğəmbər kimi qiymətləndirilmişdir.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Bob Veaton
Bob Veaton (28 dekabr 1941, Viktoriya) — Kanadalı keçmiş üzgüçü. Bob Veaton Kanadanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bob Veaton birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.7 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. == Karyerası == Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Robert Merton
Robert Merton (ing. Robert Cox Merton) (d. 31 iyul 1944) — amerikalı iqtisadçı. 1997-ci ildə Mayron Şoulzla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Robert Merton 31 iyul 1944-cü ildə ABŞ-nin Nyu York şəhərində sosioloq Robert K. Merton və Suzana Kerhart cütlüyünün övladı olaraq anadan olub. Kolumbiya Universitetinin riyaziyyat mühəndisliyi bölməsindən məzun olub. Robert Merton Kaliforniya Texnologiya İnstitutunda magistr, Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Daha sonra isə Massaçusets Texnologiya İnstitutunun Sloan İdarə məktəbi fakültəsində işləməyə başlamışdı.
Megafun Əyləncə Mərkəzi
Megafun Əyləncə Mərkəzi — 30 000 m² sahəsi, 17 coğrafi zonası ilə Avropanın ən böyük qapalı əyləncə mərkəzi. Əyləncə mərkəzində 300-ə yaxın mexaniki attraksionlar, oyun aparatları və hər yaşa, hər zövqə uyğun əyləncə növü vardır. Habelə 35-ə yaxın restoran, kafelər və mağazalar fəaliyyət göstərir. == Haqqında == Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-hazırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyata keçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013-ci ilin dekabrın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir.
Alek Melton Pridgeon
Alek Melton Pridgeon (ing. Alec Melton Pridgeon, 1950 və ya 1949) — Böyük Britaniya botaniki. == Əsərləri == Bateman, R.M., Hollingsworth, P.M., Preston, J., Luo, Y.B., Pridgeon, A.M. & Chase, M.W. 2003. Molecular phylogenetics and evolution of Orchidinae and selected Habenariinae (Orchidaceae). Botanical Journal of the Linnean Society 142(1): 1–40. DOI: 10.1046/j.1095-8339.2003.00157. Open access ResearchGate Reference page. Chase, M.W., Cameron, K.M., Freudenstein, J.V., Pridgeon, A.M., Salazar, G., van den Berg, C. & Schuiteman, A. 2015. An updated classification of Orchidaceae. Botanical Journal of the Linnean Society 177(2): 151–174.
G.W.Beaton
Qordon Vilyam Biton (ing. Gordon William Beaton; 14 iyun 1911 – 2 aprel 1988) — Avstraliya mikiloqu və botaniki. == Elmi fəaliyyəti == == Əsərləri == Beaton, G.; Weste, G. (1977). The genus Labyrinthomyces. Transactions of the British Mycological Society 69 (2): 243-247. Beaton, G.; Weste, G. (1984). Victorian hypogean gasteromycetes: Mesophelliaceae. Transactions of the British Mycological Society 82 (4): 665-671. Beaton, G.; Pegler, D.N.; Young, T.W.K. (1984). Gasteroid Basidiomycota of Victoria state, Australia.
Robert Kinq Merton
Robert Kinq Merton (4 iyul 1910[…], Filadelfiya, Pensilvaniya – 23 fevral 2003[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-də struktur–funksional təhlilin ən görkəmli nümayəndələrindən biri. == Həyatı == Robert Kinq Merton 4 iyul 1910-cu ildə Filadelfiyada doğulmuşdur. Onun ailəsi 1904-cü ildə yəhudi qaçqını Rusiyadan ABŞ-yə köçmüşdü. Anası, İda Rasovskaya, atası isə ABŞ limanında "Harri Sklonik" kimi qetdiyyata götürülmüş, Aaron Şkolnikov idi. Cənubi Filadelfiyada süd məhsulları satan Aaronun mağazası yandıqdan sonra ailəsini çətin vəziyyətdə qoymamaq üçün bir dülgərin yanında köməkçi işləməyə başladı. Doğrudur bu illərdə Merton çox zəif və çəlimsiz idi. Amma o özünün bir çox imkanlara və qabiliyyətlərə malik olduğuna inanırdı. == Ailə həyatı == 1934-cü ildə Merton, Suzanna Karhart ilə evləndi. Bu evlilikdən Robert Kinq Merton dünyaya gəldi. 1997-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını qazankən iki qızı- Stefani Merton və Vanessa Merton da var idi.
Megan Thee Stallion
Meqan Covon Rut Pit (ing. Megan Jovon Ruth Pete; 15 fevral 1995, San Antonio, Texas) — əsasən Megan Thee Stallion ləqəbi ilə tanınan amerikalı müğənni.
Meqafan
Bir allüvial meqafan, zirvə olaraq bilinən mənbənin tək bir nöqtəsindən qaynaqlanan axın axınlarının mürəkkəb çökmə nümunələri nəticəsində əmələ gələn böyük bir konusvari və ya yelçəkənli bir yataqdır. Megafanlar ölçüsünə görə boş pərəstişkarlarından fərqlənir. Daha böyük ölçülərinə görə fərqli geomorfik proseslər nəticəsində əmələ gələ bilərlər. Meqa pərəstişkarlarını tipik alüvial fanatlardan fərqləndirən meyar süni miqyaslıdır. Ölçü bölgüsü ədəbiyyatda dəyişir, ən çox yayılmışı tacdan ayağa 100 km məsafədədir. Alternativ dəyərləri yuxarıdan ayaq barmaqlarına qədər 30 km -dən çox olmamaqla yanaşı, 10.000 kvadrat kilometrdən çox əhatə dairələri alternativ göstəricilər kimi göstərilmişdir.. == Formasiya == Yuxarıdakı axın mənbəyi fan önlüyünün bir hissəsini tutur və bu hissədə çöküntülər yaradır. Ayrılma kimi mürəkkəb proseslər səbəbindən axın zamanla istiqaməti dəyişərək fanın müxtəlif sahələrini tutur. Uzun müddət ərzində yağıntılar yığılaraq fan formalı formasiyalar əmələ gətirir. Tipik olaraq, meqafan çöküntülərinin üçölçülü arxitekturası çox səviyyəli qumlu təbəqələrdən, üst axarda çınqıldan, üst-üstü siltli təbəqələrlə örtülmüşdür, fasiyaların qalınlığı və paylanması yuxarıdan aşağıya doğru dəyişir Meqafanların çoxalması bir çox mühitdə baş versə də, tropiklər Chaco düzündə dünyanın ən böyük meqafanlarına ev sahibliyi edir, bunlardan ən böyüyü Pilcomayo.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Meqion
Megion — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Meqan Ebbot
Meqan Ebbot (ing. Meqan Ebbot; 21 avqust 1971, Detroyt, Miçiqan) — amerikalı cinayət fantastikasının və ağır cinayət fantastikasının qeyri-bədii təhlillərinin müəllifi. Onun romanları və qısa hekayələri klassik kriminal fantastika alt janrlarına əsaslanır və qadın nöqteyi-nəzərindən yenidən işlənib. O, həm də ABŞ yazıçısı və televiziya prodüseridir. == Bioqrafiyası == Ebbot Miçiqan Universitetini bitirmişdir. Uşaq ikən Ebbot Grosse Point kinoteatrında baxdığı 1930-1940-cı illərin filmləri ilə çox maraqlanırdı. O, uşaq ikən bu filmlərə baxmasının ona kriminal fantastikaya ömürlük maraq aşıladığını bildirir. O, fəlsəfə doktoru dərəcəsini almışdır. Nyu-York Universitetində İngilis və Amerika Ədəbiyyatı üzrə təhsil alıb, Nyu York Universitetində, Nyu York Dövlət Universitetində və Yeni Məktəb Universitetində dərs deyib. 2013-2014-cü illərdə Missisipi Universitetində iqamətgahda Con Qrisham yazıçısı vəzifəsində çalışmışdır.
Meqan Foks
Meqan Deniz Foks (ing. Megan Denise Fox; 16 may 1986, Oak-Ric, Tennessi, ABŞ) — ABŞ aktrisası və manekeni. Ən məşhur çəkildiyi filmləri - "Transformerlər" (2007), "Transformerlər: Məğlubların qisası" (2009) və "Cenniferin bədəni" (2009). == Həyatı == Deniz Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi. == Karyerası == 1999-cu ildə ABŞ-nin Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub.
Meqan Markl
Reyçel Meqan Markl (ing. Rachel Meghan Markle; 4 avqust 1981[…], Kanoqa-Park, Kaliforniya) — ABŞ aktrisası, modeli və humanitarı. Daha çox 2011-ci ildən bəri rol aldığı "Fors-majorlar" serialındakı roluna görə tanınır. 2016-cı ilin iyunundan Uels Şahzadəsi Harri ilə görüşür. 27 noyabr 2017-ci ildə onlar nişanlanıb, və 2018-ci ilin may ayında isə evləniblər.
Meqan Treynor
Meqan Treynor (d. 22 dekabr, Massaçusets) – Amerika Birləşmiş Ştatları pop musiqiçisi. Meqanın anası Kelli Treynor, atası Qeri Treynor və iki qardaşı vardır. O, 11 yaşında ailəsinin musiqi ilə bağlılığı olması ilə əlaqədar mahnı sözləri yazmağa başlamışdır. Meqan 4 il ərzində Island Fusion adlı qrup ilə işləmişdir. 2011-ci ildə öz yazdığı mahnılardan ibarət I'll Sing With You adlı albomu çıxartmışdır.
Meqan Kankanın qətli
Meqan Nikol Kankanın qətli (7 dekabr 1986 – 29 iyul 1994) — ABŞ-nin Nyu-Cersi ştatı, Merser qraflığı, Hamilton qəsəbəsində baş verən cinayət. Yeddi yaşlı qız öz qonşusu Cessi Timmendekvas tərəfindən təcavüz edilərək öldürüldü. Cinayət bütün ölkənin diqqətini çəkdi və nəticədə hüquq-mühafizə orqanlarından qeydiyyata alınmış seksual cinayətkarların harada olması ilə bağlı təfərrüatları açıqlamağı tələb edən “Meqan qanunu”nun tətbiqinə səbəb oldu. Timmendekvas 1997-ci ildə Kankanın qətlinə görə məhkum edildi. O, ölümcül inyeksiya ilə ölüm hökmünə məhkum edildi, lakin 2007-ci ildə Nyu-Cersidə edam cəzası ləğv edildikdən sonra ölüm hökmü şərti olaraq ömürlük cəzaya dəyişdirildi. == Cessi Timmendekvas == Cessi K. Timmendekvas (d.15 aprel 1961) gənc qızlara cinsi təcavüzə görə əvvəllər iki dəfə məhkum edilmişdi. 1979-cu ildə o, Nyu-Cersi ştatının Piskatauey qəsəbəsində beş yaşlı qıza təcavüzə cəhddə günahını etiraf etdi. Ona şərti cəza verildi və o, doqquz ay Middlesex Adult Correctional Mərkəzinə göndərildi. 1981-ci ildə Timmendekvas yeddi yaşlı bir qıza təcavüz etməkdə təqsirini boynuna aldı və Nyu-Cersi ştatı, Aveneldə altı il müddətinə Yetkin Diaqnostik və Müalicə Mərkəzində (ing. ADTC) həbs edildi.
Kəmpab Məntqehi Məğan (Pərsabad)
Kəmpab Məntqehi Məğan (fars. كمپاب منطقه اي مغان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (85 ailə).