Tripanasoma meqa
Tripanasoma meqa (lat. Trypanosoma mega ) - Mastigophora tipinə aid olan növ.
Tripanasoma meqa Bədəni ortadan qalınlaşmış, orta ölçülüdür. Ön və arxadan daralmışdır. Titrək membran orta hissədədir. Sitoplazma dənəlidir, bənövşəyi rəngə boyanır. Bədənin uzunluğu 60.5-68.0, eni – 6.0-12.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 18.7-22.7, kinetoplastın ölçüsü 0.8-1.2, kinetoplastdan nüvəyə qədər olan məsafə - 2.0-6.0. Nüvəni uzunluğu 5.0- 8.0, nüvənin eni 2.2-4.5, nüvədən ön qutaracağadək 31.0-40.0, titrək membranın eni 0.8-2.5, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 11.0-15.0 mkm-dir.
Tripanasoma meqa Qarayazı gölü, Nohurqışlaq su anbarı və Dəvəçi limanında yayılmışdır.
Parazit həyat tərzi keçirir.