Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meqabayt
Meqabayt (Mb) (ing. megabyte) — 1000 (103) kilobayta və ya 106 bayta bərabər ölçü vahidi. Meqabayt rəqəmsal məlumat üçün ölçü vahidi olub, 1000000 bayta bərabərdir. Onun tövsiyə olunan vahid simvolu MB-dir. Meqa vahid prefiksi Beynəlxalq Vahidlər Sistemində (SI) 1000000 (106) kimi təyin olunub. Deməli, bir meqabayt 8 milyon bit informasiyadır. Bununla belə, kompüter və informasiya texnologiyaları sahələrində tarixən rahatlıq səbəblərindən yaranan digər iki tərif istifadə olunub. Microsoft şirkətinin əməliyyat sistemləri bir meqabaytı 1048576 bayt (220 B) kimi təyin etmişdir ki, bu da rəqəmsal kompüter yaddaşının arxitekturasına xas olan ikilik say sistemini rahat ifadə edirdi. Lakin beynəlxalq standart olaraq 220 bayta bərabər ölçü vahidi Mebibayt (MiB) kimi təyin olunur. Burada "Mebi" prefiksi ikilik prefiks olub, 220 bildirir.
Məqalat
Məqalat — klassik Azərbaycan poeziyasında mənzum hekayə. Hər məqalat bitkin süjet xəttinə, surət və xarakterlərə malik olan müstəqil əsərdir. Məsələn, Nizaminin "Sirlər xəzinəsi" poeması 20 məqalatdan ibarətdir. Məzmununa görə məqalatlar əsasən didaktik xarakter daşıyır. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məqamat
Məqamat – Seyid Yəhya Bakuvinin əsəri. Bu əsərdə mənəvi səfərin yeddi mərtəbəsindən (məqamından) bəhs edilir. Məlum olduğu kimi təsəvvüf yoluna girən şəxsin Allaha yetişmək üçün əxlaqi baxımdan kamilləşməsi vacibdir. İnsanın mənfi sifətlərdən xalis olub, müsbət sifətlər qazanması üçün mənəvi səfər htiyacı vardır. Bu əsərdə həmin məqamlar sıra ilə verilərək izah olunmuşdur. Mütəfəkkirə görə, birinci məqam seyr iləllah, ikinci məqam seyr lillah, üçüncü məqam seyr əlallah, dördüncü məqam seyr məallah, beşinci məqam seyr fillah, altıncı məqam seyr-anillah, yeddinci məqam seyr billahdır. Bir çox məcmuələrdə bu əsər Mənazilül-aşiqin əsərinin içində verilmişdir.
Meqavati Sukarnoputri
Dia Permata Meqavati Setiavati Sukarnoputri (ind. Diah Permata Megawati Setiawati Sukarnoputri, qısa: Meqavati Sukarnoputri; d. 23 yanvar 1947[…], Cokyakarta) — İndoneziya dövlət və siyasi xadimi. İndoneziyanın birinci qadın prezidenti (2001 — 2004) və ölkənin müstəqillik əldə etməsindən sonra doğulan ilk prezident, İndoneziyanın vitse-prezidenti (1999 — 2001). İndoneziya Demokratik Partiyasının banisi və dəyişməz lideri (1993—1996), İndoneziya Mübarizəsi Demokratik partiyasının sədri (1998-ci ildən). İndoneziyanın birinci prezidenti olan Sukarnonun qızıdır. Ölkəsində Meqavati və Meqa ləqəbləri ilə də tanınır. "Most Powerful Women 2004 #8 Megawati Sukarnoputri" Wayback Machine saytında (13 avqust 2010 tarixindən). Forbes. Karon, Tony.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.