Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Menşeviklər
Menşeviklər (rus. меньшевики́) — Azlıq olarq da bilinən, bolşevik və sosialist inqilabçılarla birliklə Rusiya sosialist hərəkatının əsas 3 fraksiyasından biri. Fraksiya Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) içərisində Yuli Martov və Vladimir Lenin arasında yaranan mübahisədən sonra 1903-cü ildə yaranmışdı. Partiya üzvlüyü məsələsindəki səs vermədə azlıq vəziyyətində olan Martovun tərəfdarları rus dilindəki меньшинство ("azlıq") sözündən yaranan menşeviklər, Leninin tərəfdarları çoxluq olduğu üçün rus dilindəki большинство sözündən yaranan bolşeviklər olaraq adlandırıldı.Hər iki fraksiya da bir proletar inqilabının zəruri olduğuna inansa da, menşeviklər ümumilikdə liberal müxalifətə və kəndlilərə əsaslanan Sosialist İnqilabçılar Partiyasına qarşı daha mülayim və daha müsbət olmağa meylli idi.
Məsnəvi
Məsnəvi — Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalardan biri. "Məsnəvi" ərəb sözüdür, mənası "ikilik" deməkdir. Məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir. Məsnəvinin misraları bir-biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, və s. Məsnəvi formasında yazılmış əsərlərdə misraların iki-iki qafiyələnməsi şairə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifadə etməyə imkan verir. Amma bu da var ki, bu misralar, yəni beytlər arasında güclü fikir bağlılığı olur. Məsnəvi formasında yazılmış əsərlər həcminə görə müxtəlif olur. Bu, mövzunun əhatəliyindən asılı olur. Azərbaycan ədəbiyyatında ilk məsnəvi əsər yaradan XII əsrin qüdrətli sənətkarı Xaqani Şirvani olmuşdur.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. == Tarixi == === Modelin müəyyənləşdirilməsi === Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. == Meşəlik faizi ən çox harda yayılıb == Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. == Meşəlik faizi orta dərəcədə olan ərazilər == Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Meşəlik qurucası (lat. Gnaphalium sylvaticum) - quruca cinsinə aid bitki növü.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. == Xalq təbabətində istifadəsi == Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Meşəlik əsməsi (lat. Anemone sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Növlərin mənşəyi
Növlərin mənşəyi. (ingiliscə: The Origin of Species.) — Çarlz Darvin 1859-cu ildə çap olunmuş əsəri. Əsərin ingiliscə ilk adı (On The Origin off Species and the by means of natural selection or the presevation of favoured races in the struggle for life)-dır . Bu ad dilimizə (Təbii seçim yolu ilə növlərin mənşəyi ya da həyat mübarizəsində avantajlı irqlərin qorunması üzərinə) olaraq tərcümə edilir. Lakin 1872-ci ildə Darvin əsərin adını dəyişərək (The Origin of Species.), yəni (Növlərin Mənşəyi) adını verdi. == Tarixi == 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır.
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Bağvan Məcidov. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Azərbaycan mənşəli sözlər
Azərbaycan mənşəli sözlər — müxtəlif dövrlərdə Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsi ilə digər dillərə keçən sözlər. Azərbaycan sözləri digər dillərərə həmin dillərdə danışan xalqların Azərbaycan dilinin daşıcıları ilə sıx mədəni-tarixi, sosial-iqtisadi və ticari əlaqələrin nəticəsində keçirdilər. Azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb. == Ədəbiyyat == Əsgərova Q. İ. Dünya dillərində Azərbaycan mənşəli sözlər // Filologiya məsələləri. — Bakı, 2015. — No 4. Асланов Г. Н. Функционирование азербайджанских элементов в русском языке // Научные труды Азербайджанского педагогического института русского языка и литературы. — 1979. — № 1. — С. 19-27.
Bitki mənşəli toksinlər
Fitotoksinlər — bitki mənşəli toksinlər. Fitotoksikologiya bitkilərin bioloji sitemlərdə zərərli təsirlərə səbəb olan toksik birləşmələrini öyrənən elm sahəsidir. İnsanlar və heyvanların bitkilərlə zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Zəhərli bitkilərin təsadüfən qəbul edilməsi Digər zəhərli orqanizmlərlə ,məs:zəhərli göbələklərlə qarışdırılması Bitkinin tərkibindəki az miqdarda toksiki birləşmələrin müəyyən həssas insanlarda təsirliliyi Mikotoksinlərlə kirlənmiç ərzaqların qəbulu. Bitkinin coğrafi yayılması səbəbi ilə torpağın tərkinbindəki toksiki birləşmələri udması.
Göbələk mənşəli toksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. == Maliyyələşməsi == Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan cəmiyyətində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. == Tarixi arxa plan == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur.Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.
Fransız mənşəli Roma papalarının siyahısı
Roma papalarından on altısı fransız mənşəlidir, onların hamısı Papa taxtında orta əsrlərin ikinci yarısında hakimiyyətdə olmuşlar. Yeddi Avinyon papası yalnız fransızlar olmuşdur (Siyahıda 10-dan 16-yadək) Müqəddəs taxtda oturan Roma papaları arasında fransızlar italyanlardan sonra sayca ikinci yerdədirlər.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arazbar bölgəsinin mənəvi mədəniyyəti — Ənvər Çingizoğlunun Qarabağın bir bölgəsi olan Arazbar haqqında yazdığı kitab. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və onun bir bölgəsi olan Arazbarın mənəvi mədəniyyətindən danışılır. Mənəvi mədəniyyətin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, köçəri və oturaq mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır.
Mənəvi Kunq-Fu (film, 1978)
Mənəvi Kunq-Fu (ing. Spiritual Kung-Fu, çincə:拳精 — Yuan Tszin) — 1978-ci ildə çəkilən Honkonq filmlərindən biridir. Filmin adı müxtəlif adlarla, o cümlədən, "Kabus", "Astral Kunq-Fu" və "Kabusların Kunq-Fusu" kimi adlarla tanınır. == Məzmun == Yi Lenq Şaolin məbədində adi gözətçilərdən biridir. Bir gün məbəddən gizli olan bir kitab oğurlanılır. Onu oğurlayan şəxs isə məşhur qəddar döyüşçü olur. Həmin adam Kunq-Funun bütün klanlarının rəhbəri olmaq niyyətindədir. Yi Lanq isə hələdə öz vəzifəsini görür. Bir gün Lanq 5 kabusla qarşılaşır.Birinci dəfədə onlardan qorxur. Lakin sonra onlarla dost olmağa başlayır.
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri. == Məzmunu == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır.Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır. == Yazılması və nəşri == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur. Vladimir Lenin bu əsəri "müasir sosializmin əsas əsərlərindən biri" kimi qiymətləndirmişdir.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti - Bircildlik Ermənistanda Azərbaycan mənşəli toponimlərinin ensiklopedik lüğəti. Əsərdə indiki Ermənistan ərazisində 1588-ci ildən 1988-ci ilə qədər mövcud olmuş toponimlərin izahlı lüğəti verilmişdir. Lüğətin mətnindən aydın olur ki, bu ərazidə türkmənşəli tayfalar hələ eramızdan əvvəl birinci minillikdə yaşamaqla əhalinin əksəriyyətini təşkil etmişlər. ERmənilər qədim Oğuz yurdu olan İndiki Ermənistanda yığcam halda 1826-1828-ci illərdən sonra bir neçə xarici dövlətin ərazisindən köçərək məskunlaşmışlar.