Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Misxana
Misxana — İrəvan xanlığı,Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasıda, indiki Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Toponim kənddə çıxan mineral su adını əks etdirir. Mis və xana sözlərindən əmələ gəlmişdir. Ermənistan SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Ankavan qoyulmuşdur.