Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miasteniya
Miasteniya və ya Miasteniya qravis (lat. myasthenia gravis; yun. μῦς - əzələ və yun. ἀσθένεια - süst, zəiflik) autoimmun mənşəli, sinir-əzələ keçiriciliyinin pozunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin əsas əlaməti yorulmaqla artan və dincəlməklə ən azından qismən düzələn əzələ gücsüzlüyüdür.Xəstələr səhərlər düzədiyini əlamətlərin axşama doğru ya da yorulanda artıdığını qeyd edirlər. Xəstəlik çox zaman okular əlamətlər, xüsusən də ptozla başlıyır.Bunu adətən iki görmə-Diplopiya müşahidə edir.Müəyyən müddət sonra əzələ zəifliyi bulbar və ətraf əzələlərə yayılır. Bulbar əlamətlər danışma, udma, çeynəmədə çətinlik, xəstəliyin ən ağır halında da tənəffüsün çətinləşməsidir. Ətraf əzələlərində əlamətlər pilləkən çıxarkən yorulma, qollarını yuxarı qaldırmada çətinlik ya da bir iki əl barmağını bir müddət qaldıramama şəklində özünü göstərir. Xastalik göz əzələlərindən başlaya bildiyi kimi bulbar əzələlərdən də başlaya bilir. Ətraf əzələlərinə aid əlamətlərlə başlaması daha nadirdir ve daha çox gənclərdə müşahidə olunur.
Misteriya
Mistеriya (latın dilində — ayin, ritual) — din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından biri. Misteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi. XV əsrin ortalarından başlayaraq misteriyaların həcmi get-gedə artırdı. «Apostolların Əməlləri haqda Misteriyada» artıq 60000-dən artıq sətrdən ibarət şeirlərdən ibarət idi. 1536-cı ildə səhnələşdirilmiş olan bu əsər 40 gün ərzində tamaşaçılar tərəfindən seyr edilib. Əksreformasiyanın tüğyan etdiyi vaxtda - XVI əsrin ortaları - misteriyaya qadağa qoyulur. Anderson Magalhães, Le Comédies bibliques di Margherita di Navarra, tra evangelismo e mistero medievale, in La mujer: de los bastidores al proscenio en el teatro del siglo XVI, ed. de I. Romera Pintor y J. L. Sirera, Valencia, Publicacions de la Universitat de València, 2011, pp. 171–201. The Official Lincoln Mystery Plays Website The Official Chester Mystery Plays Website Records of Early English Drama (REED) at Victoria University of the University of Toronto The York Mystery plays 2002 and 2006 York Mystery Plays 2012 Lincoln Mystery Plays A simulator of the progress of the pageants in the York Mystery plays The Lichfield Mysteries The York Cycle as performed in Toronto in 1998 Medieval Imaginations: literature and visual culture in the Middle Ages Tewkesbury's Millennia of Mummers' Heritage kept alive - United Kingdom Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine Mətnlər: The Towneley (Wakefield) Cycle in Middle English.