Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Magalie Poisson
Magalie Poisson (9 mart 1982) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Magalie Poisson Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Brisson
Matüren-Jak Brisson (fr. Mathurin Jacques Brisson; 30 aprel 1723 — 23 iyun 1806) — fransız zooloqu və təbiətşünası. == Əsərləri == Regnum animale in classes IX distributum sive Synopsis methodica. Haak, Paris, Leiden 1756–62. Ornithologia sive Synopsis methodica sistens avium divisionem in ordines, sectiones, genera, species, ipsarumque varietates. Bauche, Paris, Leiden 1760–63. Supplementum Ornithologiæ sive Citationes, descriptionesque antea omissæ & species de novo adjectæ, ad suaquaque genera redactæ. Paris 1760. Lettres de deux Espagnols sur les manufactures. Vergera 1769.
Alisson
Alisson Meker (2 oktyabr 1992) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun qapıçısı.
Monson
Monson İspaniyada şəhər. Əhalisi 17 115 nəfər (2010).
Musson
Musson fransızcada (fr. mousson şəklini almışdır) — tropiklərdən ekvatora doğru hərəkət edən küləklər (yayda okeandan, qışda materikdən əsir). Belə külək tropik ərazilərə və mülayim qurşağın bir sıra dənizkənarı əraziləri (məsələn, Uzaq Şərq) üçün səciyyəvidir. Musson iqlimi yay dövründə yüksək nəmliklə xarakterizə edilir. Qış mussonu qurudan okeana doğru əsir. Musson iqlimi olan ərazilərdəki torpaqlarda qış quraq keçir. Mussonun dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. Mussonlar troposferin, alt qatında baş verir və hava kütləsi atmosferin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru axır. Quru Musson Məhəllin əhalisi üzərində atmosfer təzyiqi yüksək olan dövrdə, rütubətli Musson isə təzyiq alçaq olan dövrdə müşahidə olunur. Tropik mussonları ekvator depressiyasının il ərzində ekvator dan gah Şimal Yarımkürəsinə, gah da Cənub Yarımkürəsinə keçməsindən əmələ gəlir.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Erisson (Alye)
Erisson (fr. Hérisson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03127. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 676 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 348 nəfər (15-64 yaş) arasında 246 nəfər iqtisadi cəhətdən, 102 hərəkətsiz (fəaliyyət göstərici 70,7%, 1999-cu ildə bu 68.2%) idi. Fəal 246 nəfərdən 211 nəfəri (111 kişi və 100 qadın), 35 nəfəri işsizdir (15 kişi və 20 qadın). Fəal olmayan 102 nəfər arasında 17 nəfər şagird və ya tələbə, 56 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Klisson qalası
Klisson qəsri (fr. Château de Clisson) — Fransanın Breton bölgəsində Klisson yaşayış məntəqəsində yerləşən qəsr. Klisson ailəsinin evi olub. == Haqqında == Müstəqil Breton dövründə Anjou və Poytou bölgələrinin kəsişmə nöqtəsində yerləşdiyindən hersoqluğun vacib qəsri olub. Qəsrin ilk sahibləri burada XI əsrdə yaşayıblar. Qəsr ilə əlaqədar ilk məlumatlar 1040-cı ilə aiddir. Klisson ayrı-ayrı vaxtlarda 23 bölgənin əhəmiyyətli qəsri olmuşdur. Bugünkü qəsrin böyük hissəsi XIII əsrə aiddir. Qillem de Klisson bu qəsri Sevr Nantayse çayının yaxınlığında tikdirmişdir. XIV əsrdə III Oliver Klisson qəsrin girişində yeni tikili tikdirmişdir.
Klisson qəsri
Klisson qəsri (fr. Château de Clisson) — Fransanın Breton bölgəsində Klisson yaşayış məntəqəsində yerləşən qəsr. Klisson ailəsinin evi olub. == Haqqında == Müstəqil Breton dövründə Anjou və Poytou bölgələrinin kəsişmə nöqtəsində yerləşdiyindən hersoqluğun vacib qəsri olub. Qəsrin ilk sahibləri burada XI əsrdə yaşayıblar. Qəsr ilə əlaqədar ilk məlumatlar 1040-cı ilə aiddir. Klisson ayrı-ayrı vaxtlarda 23 bölgənin əhəmiyyətli qəsri olmuşdur. Bugünkü qəsrin böyük hissəsi XIII əsrə aiddir. Qillem de Klisson bu qəsri Sevr Nantayse çayının yaxınlığında tikdirmişdir. XIV əsrdə III Oliver Klisson qəsrin girişində yeni tikili tikdirmişdir.
Morison dağçətiri
Morison dağçətiri (lat. Peucedanum morisonii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Patrişa Morison
Patricia Morison amerikalı mezzo-soprano ifaçı, aktrisa, artist.
Skot Morison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi.2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu. Bu səsvermədə Morrison qətiyyətli namizəd kimi göründü və Liberal Partiyanın lideri olaraq həm Dattonu, həm də Xarici İşlər Naziri Culi Bişopu məğlub etdi.
Duqlas Mouson
Duqlas Mouson (ing. Sir Douglas Mawson; 5 may 1882 – 14 oktyabr 1958[…]) — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı, üç Antarktika ekspedisiyasının iştirakçısı. == Təhsil == Duqlas Mouson 5 may 1882-ci ildə Bredford şəhərində bir ingilis ailəsində anadan olmuşdur. 1884-cü ildə onun hələ iki yaşı olarkən ailəsi Avstraliyaya köçmüşdür. 16 yaşında ikən Sidney Universitetinə daxil olmuşdur. 1901-ci ildə universiteti dağ mühəndisi olaraq bitirmişdir. 1904-cü ildə o kursu bitirərək bakalavr dərəcəsi alır. Adeleidaya mineralogiya üzrə məruzələr demək məqsədi ilə dəvət edilir. 1920–1954-cü illər ərzində geologiya kafedrasının aparıcı üzvü olmuşdur. == Ekspedisiya == Mouson ilk dəfə 1903-cü ildə altı ay müddətində Yeni Hebrid adalarının geologiyasını araşdırmışdır.
Mixail Masson
Mixail Yevgeniyeviç Masson (21 noyabr (3 dekabr) 1897, Sankt-Peterburq – 2 oktyabr 1986, Daşkənd) — SSRİ arxeoloqu, pedaqoq, tarix elmləri doktoru, professor, Türkmənistan EA-nın akademiki. == Həyatı == Mixail Masson 4 dekabr 1897-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, anası ilə bərabər Səmərqənd şəhərində yaşamışdı. Burada da kişi gimnaziyasını bitirmişdi. Mixail Masson 2 oktyabr 1986-cı ildə Daşkənd şəhərində vəfat edib. == Ekspedisiyaları == M. E. Massonun və V. M. Massonun arxeoloji qazıntılarının əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Onların apardıqları tədqiqatlar nəticəsində Türkmənistan, Özbəkistan və Cənubi Qazaxıstan ərazilərində erken orta əsrlərə aid çoxlu pullar, silahlar və başqa maddi mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin əsrlərdə yaşamış əhalinin Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri araşdırılmışdır. Qazaxıstan və Altayda erkən orta əsrlərə aid qədim abidələrin bir növü elmdə "balbal" adlanan daş kişi heykəlləridir. Eranın VIII–IX əsrlərinə aid bu heykəllər Altaydan Volqaboyuna qədər geniş bir ərazidə tapılmışdır. Tədqiqatçıların yekdil fıkri belədir ki, bu heykəllər türkdilli tayfalara aiddir və döyüşlərdə həlak olmuş igidlərin qəbirlərinin üzərinə qoyulmuş abidələrdir.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
Mouson dənizi
Mouson dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tətqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının sonuc hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yenizelandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Mouson yarımadası
Mouson yarımadası - Şərqi Antarktidanın Slavı körfəzi ilə Hacıyeva buxtası sahillərində yerləşir. V Qeorq torpağının şərq hissəsində mövqe tutur. Eni 50 km, sahəsi 600 m təşkil edir. Qutaracağında Voronina burnu yerləşir. Yarımadanı Amerikan "Highjump" ekspedisiyası tərəfindən kəşf edilir. Avstraliyalı ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılıb. Ərazini SSRİ və Avstraliya ekspedisiyaları tərəfindən araşdırılmışdır. Sahəsi 1,386 km² təşkil edir.
Mars Orbiter Mission
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Mathurin Jacques Brisson
Matüren-Jak Brisson (fr. Mathurin Jacques Brisson; 30 aprel 1723 — 23 iyun 1806) — fransız zooloqu və təbiətşünası. == Əsərləri == Regnum animale in classes IX distributum sive Synopsis methodica. Haak, Paris, Leiden 1756–62. Ornithologia sive Synopsis methodica sistens avium divisionem in ordines, sectiones, genera, species, ipsarumque varietates. Bauche, Paris, Leiden 1760–63. Supplementum Ornithologiæ sive Citationes, descriptionesque antea omissæ & species de novo adjectæ, ad suaquaque genera redactæ. Paris 1760. Lettres de deux Espagnols sur les manufactures. Vergera 1769.
Matüren-Jak Brisson
Matüren-Jak Brisson (fr. Mathurin Jacques Brisson; 30 aprel 1723 — 23 iyun 1806) — fransız zooloqu və təbiətşünası. == Əsərləri == Regnum animale in classes IX distributum sive Synopsis methodica. Haak, Paris, Leiden 1756–62. Ornithologia sive Synopsis methodica sistens avium divisionem in ordines, sectiones, genera, species, ipsarumque varietates. Bauche, Paris, Leiden 1760–63. Supplementum Ornithologiæ sive Citationes, descriptionesque antea omissæ & species de novo adjectæ, ad suaquaque genera redactæ. Paris 1760. Lettres de deux Espagnols sur les manufactures. Vergera 1769.
Melek Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mələk Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Bernardo Alvarado Monson
Bernardo Alvarado Monson (isp. Bernardo Alvarado Monzón; 8 noyabr 1925, Qvatemala – 26 sentyabr 1972, Qvatemala) — Qvatemala kommunist hərəkatı xadimi. == Həyatı == Bernardo Alvarado Monson 8 noyabr 1925-ci ildə Qvatemala şəhərində anadan olmmuşdur. O, 1949-cu ildə Qvatemala Əmək Partiyası (QƏP) Mərkəzi Komitəsi və QƏP MK Siyasi Komissiyasının üzvü seçilmişdir. Alvarado Monson 1949–1954-cü illərdə QƏP MK-nın katibi olmuşdur. O, 1954-cü ildə QƏP MK-nın Baş katibi seçilmişdir. Alvarado Monson dəfələrlə həbsə alınmış və xaricə sürgün edilmişdir. O, Qvatemalaya qayıtdıqdan sonra 1972-ci ildə həbs olunmuş və öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия. — М.: Советская энциклопедия.
Qorilla Musson (İdmançı)
Robert James Marella (4 iyun 1937, Roçester[d], Nyu-York ştatı – 6 oktyabr 1999) — daha çox "Gorilla Monsoon" rinq adı ilə tanınan Amerikalı peşəkar güləşçi, play-by-play şərhçisi və buker idi. Musson 1980-ci və 1990-cı illərdə şücaətli super-ağır çəkili əsas yarışmaçı, daha sonra isə Dünya Güləş Federasiyasının (WWF) səsi, şərhçi və səhnə arxası meneceri kimi qaçışı ilə məşhurdur. O, həmçinin 1995–1997-ci illərdə WWF prezidentinin ekrandakı rolunu canlandırıb. Peşəkar güləşdə tədbirin giriş pərdəsinin arxasındakı səhnə sahəsi, Marellanın qurduğu və WWF zamanı tez-tez rast gəlindiyi mövqe karyerasının sonlarında onun şərəfinə "Qorilla Mövqeyi" adlandırılır. Marella Nyu-Yorkun Roçester şəhərindəki Cefferson Liseyində oxuyub, futbol, ​​həvəskar güləş və yüngül atletika üzrə görkəmli idmançıya çevrilib.O zaman onun çəkisi 301 funtdan (136,53 kq) çox idi və komanda yoldaşları onu mehribanlıqla "Kiçik" adlandırırdılar. == Erkən həyat == Marella həm də Nyu-Yorkun İthaka şəhərindəki İthaka Kollecində orta məktəbi bitirdikdən sonra görkəmli idmançı idi. O, indi çəkisi 325 funtdan çox olan güləşi davam etdirdi və 1959-cu ildə NCAA Güləş Çempionatında ikinci yeri tutdu. O, həmçinin 18 saniyəlik güləş pinini və bir neçə atletika fərqlənmələri də daxil olmaqla bir neçə məktəb atletika rekorduna sahibdir. O, 1973-cü ildə İthaka Kollecinin Atletik Şöhrət Zalına daxil edilib. İthaka Kollecində olduğu yay aylarında Roçesterdə inşaat işçisi olub.
Aleksandr Mişon
Aleksandr Mixayloviç Mişon (1858, Xarkov — 5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü. == Həyatı == Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür. Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır. Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi. Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.