beşmərtəbə

is. une maison d’habitaion (un immeuble) à quatre étages

beşmetrlik
beşmərtəbəli
OBASTAN VİKİ
Beşmərtəbə
Beşmərtəbə — Bakıda tarixi bina. Füzuli küçəsi, 15 ünvanında yerləşir. 1929-cu ildə şəhərdə ilk çoxmərtəbəli bina olmuşdur, buna görə də el arasında Beşmərtəbə adını almışdır. Sovet dövründə "Metalist" yaşayış binası kimi tikilmişdir. Bina geniş yolun ayrıcında yerləşdiyinə görə ilk yeraltı keçidlər sonralar burada yaranmışdır. Beşmərtəbənin yerində Abbasqulu ağa Bakıxanovun qızı Töhrə xanıma məxsus olan birmərtəbəli karvansara var idi. Həmin ərazidə bazar da var idi. 1903-cü ildə şəhər hakimiyyəti antisanitariya və kriminogen vəziyyətə görə bazarı sökmək qərarına gəldi. Sonra karvansara xarabalıqlarının daxil olduğu təmizlənmiş ərazidə Beşmərtəbə binası tikilmişdir. "Sovet Azərbaycanının memarlığı" kitabına görə binanın memarları M. S. Finkelşteyn və A. M. Şuşerov, "Azərbaycan Milli Ensiklopediyasına" görə isə memarı binada milli adət-ənənələrdən istifadə etmiş A. A. Nikitin olub.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara rəğmən onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... == Film haqqında == Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (roman)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1974–1978-ci illərdə Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış roman. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabına "Ağ liman" povesti və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 2004-cü ildə Günel Anarqızının yazdığı "Altıncı" povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır. == Qısa məzmunu == Ağ liman Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır. Beşmərtəbəli evin altıncı mərtəbəsi Bir növ "Ağ liman" povestinin davamı olsa da, müstəqil əsərdir. "Ağ liman"da da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film)
Beşmərtəbəli evin altıncı mərtəbəsi — 1996-cı ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Filmin qəhrəmanları Zaurla (Elxan Cəfərov) Təhminədir (Sənubər İsgəndərli). Lakin onlar bir-birilərinə heç də vaxtında rast gəlməyiblər. Təhminə ərdədir, Zaurun ailəsi isə oğullarının evli qadınla birgə olmalarına qəti qarşıdırlar. Bütün etirazlara rəğmən onlar bir-birilərini dəlicəsinə sevirlər. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu vardır, lakin belə son heç Zaurun ağlına da gəlməzdi... == Film haqqında == Film Anarın eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Bu, Anarın əsərinə ikinci ekran müraciətidir. Birinci film rejissor Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmidir.

Digər lüğətlərdə