Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morfolin
== Fiziki xassələri == Morfolin zəif balıq qoxusu olan rəngsiz hiqroskopik mayedir. Su, aseton, dietil efiri ilə qarışır. == Kimyəvi xassələri == Morfolin ikili aminlərə xas olan əksər kimyəvi reaksiyalara girir. Azot atomundan elektron sıxlığını özünə cəlb edən oksigen atomuna malik olduğuna görə, o, piperidin kimi ikli aminlərin analoqlarına nisbətən daha az nukleofil və daha az əsaslıdır. == Alınması == Morfolin dietanolaminin [3] dehidratlaşması və ya bis(2-xloretil)efirinin aminləşməsi ilə alınır. == Təmizlənməsi == Morfolini təmizləmək üçün, onu drierit ilə qurudurlar və ehtiyatla hissə-hisə qovurlar. Bundan əlavə morfolini təmizləmək üçün həm də qovmaq, natrium [4] və ya kalium hidroksidlə qurudub, təkrar qovmaq təklif olunur [5] . == Tətbiqi == === Sənaye === Morfolin – korroziya inhibitorudur. Morfolin yanacaq sistemlərində pH–ı tənzimləmək və eləcə də nüvə reaktorları sistemində milyonda bir hissələrlə əlavə edilən adi qatqıdır. Morfolinin uçuculuq qabiliyyəti suyun uçuculuq qabiliyyətinə yaxın olduğu üçün ondan istifadə olunur, yəni morfolini suya əlavə etdikdə onun qatılığı suda və buxarda eyni olur.
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb.Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. == Oxşar ədəbi formaları == Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir.Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.Apart (teatr termini) onların hər birindən təkcə müddətinə görə deyil, həm də məntiqi olaraq olması lazım olan situasiyalarda belə kənar personajlar tərəfindən eşidilməməsi ilə fərqlənir (məsələn, iki personajın dialoqu onlardan birinin bir söz deməsi ilə kəsilir). == Tarixi == Qərb dramaturgiyasının mənşəyi olan qədim yunan teatrında şərti üç aktyor qaydasından əvvəl iki aktyor qaydası tətbiq edilirdi ki, bu da öz növbəsində səhnəyə özündən əvvəl xorla birlikdə yalnız bir aktyorun çıxacağı bir konvensiya var idi.Beləliklə, dramatik bir vasitə kimi monoloqun mənşəyi dialoqdan qaynaqlanmır. Əksinə, dialoq monoloqdan inkişaf etmişdir.
Monoloq (1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov === Filmdə iştirak edən === Süleyman Rüstəm === Arxiv kadrlarda iştirak edənlər === Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) == Sitatlar == Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Monoloq (film, 1987)

Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.