Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lava moreni
Lava moreni - (rus. морена лавовая, ing. lava moraine) la­va axını ilə gətirilən qayma və şlak yığımı; çox duru lavalı eks­ploziv-effuziv zirvə püskürməsi za­manı əmələ gəlir.
Edvard Morze
Edvard Silvester Morze (18 iyun 1838, Portlend[d], Men ştatı – 20 dekabr 1925) – ABŞ-lı zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur. == Həyatı == === İlk illəri === 1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu.
Morze əlifbası
Morze kodu, (Birinci Dünya müharibəsindən sonra Morze əlifbası adlanmışdır) — işarələrlə kodlaşdırma üsulu (əlifbanın hərflərini siqnallar ardıcıllığı ilə, məsələn, uzun və qısa: "tire" və "nöqtə" ilə təsvir edilməsi). == Tarixi == 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is no loser" ("Səbr edən heç vaxt uduzmur"). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi. Bu işa-rələrin müxtəlif say və ardıcıllığı müəyyən hərf bildirirdi. Morzenin quraşdırdığı 60 kilometrlik teleqram xətti ilk dəfə prezident seçkilərinə dair məlumatların verilməsində istifadə olunmuşdur.
Samuel Morze
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. == Haqqında == Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Mirzəli
Mirzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mirzəli oyk. Cəlilabad r-nunda eyni adlı i.ə.v-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Xamirova olmuşdur. Tam adı Xilə Mirzəlidir. Sonralar oykonimin tərkibindən Xilə komponenti düşmüşdü. Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Şamaxı qəzasındakı Xilə icmasına mənsub mirzəli nəslinin maskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mirzəyi
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Mirzəli (Vərziqan)
Mirzəli Kəndi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Abbasov
Mirzəli Abbasov (aktyor) — aktyor, rejissor, dramaturq, Gürcüstanın әmәkdar artisti (1928). Mirzə Əli Abbasov (oftalmoloq) — oftalmoloq.
Mirzəli Hüseynzadə
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü . == Həyatı == Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Mirzəli Kəndi
Mirzəli Kəndi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Murquzov
Mirzəli İsmayıl oğlu Murquzov (1 aprel 1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, TQDK fizika fənni üzrə ekspert komissiyasının sədri, İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. SSRİ Dövlət Komitəsinin Müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. == Həyatı == 1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailədə yeddi qardaş, bir bacı idilər. Yeddi qardaşın yaşca ən kiçiyi idi. Uşaqkən şeirlər də yazmağa başlamışdı. Tanıyanlar gənc Mirzəlinin ədəbiyyatçı olacağını düşünürdü. Lakin o, tamam başqa peşəni seçdi və ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) fizika-riyaziyyat fakültəsində təhsil almağa başladı. Bu seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf Murquzov olmuşdu. 1962-ci ildə ADPU-nu bitirdikdən sonra o, Ukrayna EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına daxil oldu.
Mirzəyi (rəqs)
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Mirzəyi rəqsi
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Rəşad Mirzəli
Rəşad Hafiz oğlu Mirzəli (26 may 1995; Hacıqərvənd, Tərtər rayonu - 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020. 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı".
Vağzalı-mirzəyi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Xilə Mirzəli
Xilə Mirzəli— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mirzəli Abbasov (aktyor)
Abbasov Mirzəli Hacabbas oğlu (1874, Rusiya imperiyası – 3 noyabr 1943, Tiflis, Gürcüstan Sovet Sosialist Respublikası, Sovet İttifaqı) — aktyor, rejissor, dramaturq, Gürcüstanın əməkdar artisti (1924). == Həyatı == Mirzəli Abbasob 1874-cü ildə o zaman Rusiya imperiyasına daxil olan Tiflis şəhərində azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasının əməkdar artisti adını alan Mirzəli Abbasov elə doğulduğu Tiflis şəhərində 1943-cü ildə vəfat etmişdir. Vəfatından sonra Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu 1898-ci ildən səhnə fəaliyyətinə başlamışdı. İlk oynadığı rol Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərindəki Fərraş obrazı olmuşdur. Tiflis Azərbaycan teatrının təşkilatçılarından olmuş, onun səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarını, "Ölülər" tragikomediyasını tamaşaya qoymuşdur. Azərbaycanlı dram qruplarının aktiv üzvü kimi Tiflisdə, Təbrizdə və bir sıra digər şəhərlərdə səfərlərdə olmuşdur. 1916-cı ildən etibarən Tiflisdəki Azərbaycan türklərinin əsas teatr təşkilatçılarından biri olmuşdur. Yaradıcılığı boyunca daha çox Hüseyn Ərəblinski kimi faicəvi taleyə sahib obrazları canlandıran Mirzəli Abbasovun əsas rolları sırasına Əbdülrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" tarixi faciəsində Qacar obrazı, Uilyam Şekspirin faciəsində Otello obrazı, Fridrix Şillerin "Oğrular" dramında Franz obrazları daxildir.
Mirzəli Möcüz Şəbüstəri
Mirzə Əli Hacı Ağa oğlu Möcüz (29 mart 1873, Şəbüstər, Qacar İranı – 25 sentyabr 1934, Şahrud, İran) — Azərbaycan şairi. == Həyatı == Mirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanının Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün babası İstanbula səfər edərmiş. Hətta onun iki böyük oğlu (Hüseyn və Həsən) İstanbulda yaşayırlarmış. Mirzə Əli ilk təhsilini öz vətənində molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləmişdir. Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri qaldığını görəndən sonra öz intibalarını, təəssüratını şeir ilə ifadəyə çalışmışdır.
Mirzəli bəy Bektaşov
"Mirzəli bəy Bektaşov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular.
Mirzəli bəy Salahlı-Kəngərli
Mirzəli bəy Seyidəli bəy oğlu Kəngərli (1817 - ?) — Qarabağ bəyi. == Həyatı == Mirzəli bəy Seyidəli bəy oğlu 1817-ci ildə Çiləbörd mahalının Kəngərli-Salahlı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. == Ailəsi == Mirzəli bəyin Salah bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.