Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monmut (dairə)
Monmut dairəsi (ing. Monmouth County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2010-cu il əhalinin siyahıya alınmasına görə, Monmut dairəsində 630.380 nəfər yaşayırdı (2000-ci ildə 615.301 nəfər; əhalisi 10 ildə% 2.5 artdı). Monmut, Nyu-York aqlomerasiya regionunun bir hissəsidir. Frihold şəhəri, dairənin inzibati mərkəzidir. Dairənin ən böyük şəhəri Midltaundur. Lonq-Branç şəhər və təbii iqlim kurortu rayonda yerləşir.
Monmut döyüşü
Monmut döyüşü (ing. Battle of Monmouth və ya ing. Battle of Monmouth Court House) — ABŞ İstiqlal müharibəsi zamanı, 28 iyun 1778-ci ildə Corc Vaşinqtonun Kontinental Ordusu ilə General Henri Klintonun Britaniya Ordusu arasında baş tutmuş döyüş. Bir il əvvəl ingilislər Vaşinqtonu bir sıra məğlubiyyətlərə uğratmağa və Filadelfiyanı işğal etməyə müvəffəq olmuşdular. Vaşinqton ordunu Velli-Forca çəkmiş və onu orada yenidən qurmuşdur. Bu arada, 1778-ci ilin fevralında Fransa kolonistlərin tərəfində müharibəyə daxil olmuş, bu da güc balansını dəyişdirmişdir. Nəticədə ingilislər hücum planlarını ləğv etmiş və müdafiə mövqeyində dayanmışdır. Klinton Filadelfiyanı tərk edərək əsas qüvvələrə qoşulmaq üçün geri çəkilməyə başlamışdır. Kontinental Ordu onları təqib etməyə başlamışdır. Siyasi səbəblərdən ingilislərin cəzasız qalmaması Vaşinqton üçün çox vacib idi.
Mobutu Sese Seko
Mobutu Sese Seko (ing. Mobutu Sese Seko Nkuku Ngbendu wa za Banga) - 1965-1997-ci illərində əvvəlki adı Zair Respublikası olan Konqo Demokratik Respublikasının prezidenti. Mobutu və ya Yozef Mobutu Sese Seko kimi tanınmışdır. Sese Sekonun hakimiyyətə gəlişi 1965-ci ildə əvvəlki prezident Yozef Kasavubunun hərbi çevirilişlə devirilməsindən sonra gercəkləşib. Hakimiyyəti dövründə, Konqo 32 il ərzində dəmir yumruq siyasəti ilə idarə olunmuşdur. Dəyərli və zəngin yeraltı təbii sərvətlərə sahib olan Konqo Demokratik Respublikası zəif idarəçilik və kütləvi korrupsiya səbəbindən sürətlə zəifləmiş və ölkə dünyanın ən kasıb ölkələrindən birinə çevirilmişdir. 1965-ci ildə hakimiyyətə gəlməsinə Qərb və ABŞ tərəfindən isti yanaşılan Mobutu, zaman keçdikcə bu dəstəyini itirmiş və bundan qısa müddət sonra hakimiyyətdən kənarlaşdırılmışdır. 1949-cu ildə Bekçika Konqosunun ordusunda maliyyə idarəsində məmur olaraq əmək fəaliyyətinə başlamışdır. Hərbi xidmətdə olduğu zaman Leopoldvil (indiki Kinşasa) şəhərində yayımlanan müxtəlif qəzetlərdə məqalələrlə çıxış etmişdir. 1956-cı ildə ordudan tərxis olduqdan sonra L'Avenir adlı gündəlik qəzetin muxbiri kimi işləməyə başlamışdır.
Mobutu Sese Seko gölü
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar. Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür.