Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • MURTUZALI

    Mürtəza Əli, seçilmiş, bəyənilmiş Əli

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • MURTUZƏLİ

    Mürtəza Əli, seçilmiş, bəyənilmiş Əli

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • MÜRŞÜDALI

    yolgöstərən rəhbər, müəllim Əli

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • MURTUZA

    seçilmiş, razılaşdırılmış, arzu edilən (İmam Əlinin epitetlərindəndir)

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • BÜLBÜL

    gözəl səsi olan yaraşıqlı quş; məşhur Azərbaycan müğənnisi Murtuza Məmmədovun təxəllüsündən yayılmışdır.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • YANIMLIQ

    ...yandırma, canıyananlıq göstərmə, biri üçün əlləşib-çalışma. Düzü, Murtuzaya elədikləri yaxşılıqları görəndən sonra, Gülqədəmə hörmətim birə yüz artdı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QANLIBIÇAQ

    is. dan. Düşmən. Amma Murtuza Qulu xanla araları yoxdur, qanlıbıçaqdırlar. M.S.Ordubadi. Ancaq o çox sadədir, tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • КИСАЙ

    ...тийидай, вичиз талукь кӀвалахар кисна ийидай. ТӀимил кисай Муртуза вичин акьалтӀай жаваб гана.... 3. Э. Уртахан цаз тадани. Кисай кас я зун, А

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • MƏSƏLƏN

    ...fərmayişindən bu çıxır ki, məsələn, bütün Maku xanlığında tək bircə Murtuza Qulu xan qıldığı namaz dürüstdür… C.Məmmədquluzadə.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • КАКУРУН

    ...авайди патахъарун, а гьалдай акъудун. Юкь какурна къван атӀузвай Муртузан чанди ифин къачуна. 3. Э. Уртах цаз тадани. - Вун вуч къаришмиш жезва? З

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • КУРКУР

    ...хьуниз, тӀуб алаж хьуниз, гъилерал жез хъиткьинзавай куркурриз Муртуза фикир гузвачир. 3. Э. Уртах цаз тадани. Анжах кар бегьемарна, тутун тарцик хт

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ЯХШИ!

    ...хъувунвайди я хьи. Яхши, бес гила за и целцин руфун квай Гьажи-Муртузаз вуч жаваб хгун? Б. Гь. Большевикдин руш. [Садикьбег]. Яхши, ибур вуч хабара

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ХАХА

    ...йисара КцӀарин райкомдин сад лагьай секретарвиле кӀвалахай Мислим Муртузаев тир. Республикадин хахадиз лезги халкьдин гьуьрмет къазанмишнавай и

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • УЬСТУЬ:

    ...Уьстуьбаши вири Тамам хьайила, абур алукӀна, спелриз звар гайи Муртузаз тамашзавай казармада авайбуру лагьана... З. Э. Мехъер кьуьл туш. 2) винел

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ƏCLAFLIQ

    ...dünyada hər bir alçaqlıq edə bilər (M.İbrahimov); XƏBİSLİK Murtuza Mötəbərov: Doğma qardaşın xəbisliyini görəndə olar də... (M.Hüseyn); RƏZİLƏT Şah q

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • PUL

    ...Tağıyevin kapitalına istinad edən kimi, Ağa boy də milyoner Murtuza söykənirdi (Çəmənzəminli); PARA Qız: Əmim para düşkünü, tamahkar bir adam olduğun

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ИЕРДИЗ

    ...А. А. Пад хьайи рагъ.. Дехьне базардин кьерехдал акъвазайла, Муртуза, вилер атӀумна, адаз иердиз тамашнай. 3. Э. Уртах цаз тадани. Синонимар: иер,

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • МУЬГЬЛЕТ

    ...йикъан муьгьлетдалди заминда ахъая. Ф. Далалубегьли. Алим огьли Муртуза гила вичиз мугьлет тӀалабна. З. Э. Муькъвел гелер. Кьве югъни анатна, ганваи

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • БУРУГЪ

    ...Къ. Асландин рикӀ авай инсан. ЧӀулав буругърин тама къекъведай кьван Муртузан шаламрайни тӀеквенар акъатна. 3. Э. Уртах цаз тадани. 2) нафт хкудза

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • КЕК

    ...хьуниз, тӀуб алаж хьуниз, гъилерал жез хъиткьинзавай куркурриз Муртуза фикир гузвачир. 3. Э. Уртах цаз тадани. Иляса вичин стхадин гъилера менгенегр

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Murtuzalılar
Murtuzalılar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli inzibati ərazi dairəsində kənd.
Murtuzəli Rabadanov
Murtazəli Xulatayeviç Rabadanov (14 yanvar 1962, Xasavyurd rayonu, Dağıstan MSSR) — 2008-ci ildən Dağıstan Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Rabadanov Murtazəli Xulataeviç 14 yanvar 1962-ci ildə Xasavyurd rayonunun Sulevkənd kəndində anadan olmuşdur. Onun valideynləri 1944-cü ildə sakinləri Çeçenistana köçürülən Daxadayevski rayonunun Sulevkənd kəndindəndir və 1957-ci ildə çeçenlərin Qazaxıstandan geri qayıtması ilə Dağıstana, Xasavyurt rayonu ərazisinə qayıtmışdılar. Milliyətcə dargidir. == Təhsili və elmi fəaliyyəti == 1985-ci ildə Dağıstan Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda aspirantura təhsilini başa vurmuş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1989-cu ilin yanvarından 1993-cü ilin iyununa qədər Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində Fiziki Kimya kafedrasının dosenti vəzifəsində çalışmışdır. 2000-ci ilin yanvarından Rusiya Elmlər Akademiyası A,V,Şubnikov adına Kristalloqrafiya İnstitutunun Struktur Analizi Laboratoriyasında baş elmi işçisi vəzifəsində çalışmışdır. 2003-cü ilin fevralından 2007-ci ilin iyuluna qədər Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda rentgen struktur analiz laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Murtuzəli Müslümov
Murtuzəli Müslümov (19 oktyabr 1993) — 2017–2019-cu illərdə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Karyerası ərzində zədələrə görə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmayan Murtuzəli Müslümov 2017-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Azərbaycan yığmasının heyətinə dəvət elədi. Murtuzəli Müslümov həmin dəvəti qəbul elədi və 2017-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. Həmin ilin mayında Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Murtuzəli Müslümov turnirin final görüşündə İran nümayəndəsi Mustafa Hüseynxaniyə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ilin fevralında Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Murtuzəli Müslümov mayda Avropa Çempionatlarında debüt elədi. Rusiyada baş tutan turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Alexander Semisorova 10:8, 1/4 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Miroslav Kirova 8:2 hesabları ilə qalib gələn Murtuzəli Müslümov, 1/2 final mərhələsində Polşa nümayəndəsi Məhəmmədmurad Hacıyeva 2:4 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə Belarus nümayəndəsi Əzəmət Nuriyeva 10:2 hesabı ilə qalib gələn Murtuzəli Müslümov Avropa Çempionatının bürünc medalına sahib oldu. Murtuzəli Müslümov 2017-ci ildə Komandalararası Alrosa Cup turnirinin gümüş, 2018-ci ildə isə Komandalararası Əhməd Kadırov Turnirinin bürünc medallarına sahib olub. 2019-cu ilin mayında Rusiyada Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri beşinci pillədə başa vuran Murtuzəli Müslümov 25 yaşında idmanla vidalaşdı.
Murğuzallı
Murğuzalılı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 649 nəfərdir ki, onun da 312 nəfəri kişi, 337 nəfəri isə qadındır.[mənbə göstərin] == Din == Kənddə Murğuzalılı kənd məscidi dini icması fəaliyyət göstərir.
Murtuzqala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. == Haqqında == El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Murtuza
Murtuza — kişi adı. Murtuza Axundzadə — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Murtuza Muxtarov — multi-milyonçu, neft sahibkarı, messenat. Murtuza Əhmədli — Kimya elmləri doktoru, professor Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi Murtuza Əsədi — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Murtuza xan Mümtazülmülk — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist Murtuza Paşayi — İranlı müğənni, bəstəkar və söz yazarı.
Murtuza Axundov
Murtuza Axundzadə (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı və ailəsi == Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). == Parlamentdəki çxışları == Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: == Ailə üzvlərinin xatirələri == Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. == Ölümü == 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi.
Murtuza Axundzadə
Murtuza Axundzadə (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı və ailəsi == Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). == Parlamentdəki çxışları == Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: == Ailə üzvlərinin xatirələri == Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. == Ölümü == 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi.
Murtuza Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. == Erkən illəri == Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. == Əmək fəaliyyəti == Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuza Məcdfər
Doktor Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist 1963-cü ildə Təbrizdə dünyaya gəlib. Əsərlərini azərbaycan və fars dillərində yazıb.
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. == Həyatı == Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Murtuza Paşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor == Həyatı == Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.
Murtuza Paşa
Murtuza Paşa (v. fevral 1636, İrəvan qalası, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərunda təlim-tərbiyə gördükdən sonra 30 avqust 1626-cı ildə vəzir rütbəsi alaraq Bosniya bəylərbəyi təyin edildi. Ardından Budin bəylərbəyliyi, 1630-cu ilin fevralında isə Özi qalasının mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 9 sentyabr 1630-cu ildə polyaklarla 7 maddəlik bir andlaşma imzaladı. Bu andlaşmaya əsasən, polyaklar Krım xanlığına vergi verməyə davam edəcək və kazak dəstələrini işğal etdiyi adalardan qovacaqdı. Osmanlı dövləti isə bunun qarşılığında tatar süvarilərinin polyaklara tərtiblədiyi basqınlara mane olacaqdı. Ancaq çox keçmədən tərəflər bu andlaşmanın şərtlərini pozdular. 6 yanvar 1632-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilən Murtuza Paşa Sultan Muradın əmriylə, yenicə vəzifədən alınan və Tokata sürgün edilən sabiq sədrəzəm Qazi Hüsrəv Paşanın edamı ilə vəzifələndirildi.
Murtuza Muxtarov məscidi
Murtuza Muxtarov məscidi (Bakı) — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. Muxtarov məscidi (Vladiqafqaz) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
Murtuza Qulu Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. == Həyatı == Zə­fər" tə­xəl­lü­sü ilə şeir­lər yaz­mış Mür­tə­za­qu­lu xan Şam­lı təx­mi­nən 1591-ci il­də dün­ya­ya gəl­miş, Sə­fə­vi hökm­dar­la­rın­dan Şah Sə­fi (1629-1642) və II Şah Ab­ba­sın (1642-1666) ha­ki­miy­yə­ti döv­rün­də yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­miş, eşi­ka­ğa­sı­ba­şı, di­van­bə­yi, qor­çu­ba­şı, Ker­man vi­la­yə­ti va­li­si, Şeyx Sə­fiəd­din tür­bə­si­nin mü­tə­vəl­li­si ol­muş­dur. Özü­nün yaz­dı­ğı ki­mi, yüz min bey­tə ya­xın fars­ca şeir­lə­ri olan şa­ir, ya­şı­nın ix­ti­yar ça­ğın­da, 1669-cu il­də Azər­bay­can türk­cə­sin­də şeir­lə­rin­dən iba­rət di­va­nı­nı ta­mam­la­mış­dır. Onun türk­cə şeir­lə­rin­də Ə.­Nə­vai, Ş.İ.Xə­tai və M.Fü­zu­li tə­si­ri gö­rü­nür. Zə­fər di­va­nı­nın di­ba­çə­si, de­mək olar ki, Nə­vai di­va­nı di­ba­çə­si­nin əv­və­li­ni tək­rar edir. Nə­vai di­ba­çə­sin­də in­sa­nı di­gər məx­lu­qat­dan üs­tün ya­ra­dıb ona nitq, şe­ir yaz­maq qa­bi­liy­yə­ti ve­rən ya­ra­da­na şü­kür­lər oxu­yur: "Şükr va si­pas ol qo­dir­ğa kim, çün adam oso­yiş-qo­hi­din vu­cud oro­yi­şi oqoh­la­ri­ğa cil­va ber­di. İnson­ni so­yir max­lu­qot­din nutq şa­ra­fi bi­la mum­taz qil­di. Rü­bai: ­Ul kim, çü ca­hon xil­qə­tin oğoz et­ti, Sü­ni kil­mi­ni naqş par­doz et­ti. İnson xay­lin nutq ila mum­taz et­ti, Nutq ah­li­ni nazm ila sa­naf­roz et­ti". Zə­fər di­va­nı­nın di­ba­çə­sin­də bə­zi söz və ifa­də­lə­ri də­yiş­sə də, mət­ni Azər­bay­can türk­cə­si­nə uy­ğun­laş­dır­sa da, onun Nə­vai­dən bəh­rə­lən­mə­si şüb­hə­siz­dir.
Murtuza ağa Bəhmənli
Murtuza xan Mümtazülmülk
Murtuza xan Mümtazülmülk (avqust 1866 və ya avqust 1864, Tehran – XX əsr, Tehran) — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Hac Səfərəli Xoyinin nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin qardaşı, İranın 16-cı maarif və elmlər naziri və İran Milli Muzeyinin banısi. == Haqqında == Murtuza xan Mümtazülmülk Tehran və Parisdə təhsil almışdır. O Fars, ingilis, fransız və türk dillərini mükəmməl bilirdi. Sipəhsalar, Mirzə Həsən xan Vüsuqəddövlə, Həsən xan Mustoufi əl-Məmalik kabinetlərində elm naziri idi. Xarici İşlər Nazirliyinin tərcüməçisi idi. O həmçinin İranın Amerikada 4-cü siyasi nümayəndəsi idi(1904–1909), 5 il İranın Amerikada vəzir- muxtarı(səfiri) idi. == Əsərləri == Murtuza xan Mümtazülmülk. "Tərbiyə ya Əla təlim kursu".
Qara Murtuza bəy
Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi, Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi == Həyatı == Murtuza bəy Nəbi bəy oğlu Qarabağın Tatev mahalının Əliqulukəndi kəndində anadan olmuşdu. Murtuza bəy Qarabağa aid tariхi kitabların bəzilərində Qara ayaması ilə anılır. Əhməd bəy Cavanşir onu Pənahəli хan Sarıcalı-Cavanşirin qədim-qayım dostu adlandırıb. O yazır: "Qarabağı ələ keçirmək iddiasında olan Nuхa (Şəki-Ə.Ç.) хanı Hacı Çələbi bu хəbəri eşidən kimi dərhal öz qoşunlarını həmin yalançı hökmdarın əleyhinə qaldırılmış və ilk döyüşdə onları məğlub etmişdi. Lakin bur müvəffiqiyyətsizlik təhlükəli bir işə əl atan Pənahəlini əsla məyus etmədi. O tezliklə qasidlərini Sərəхsə, öz tayfalarının dalınca göndərmiş və ümid etmişdi ki, belə qarışıq bir zamanda heç kəs onların hamısının əsirlikdən vətənə qayıtmalarına mane olmayacaqdır, özü isə onların gəlməsini gözləyərək, sağ qalan igidləri ilə birlikdə özünün köhnə dostu, indiki Zəngəzur qəzasının sakini Qara Murtuza bəyin yanına getmişdi. Sonrakı ilin yazında Pənahəli sağ-salamat gəlib-çıхmış olan öz qohum-əqrabasından ibarət böyük bir dəstə düzəldib Hacı Çələbinin üzərinə yürüş etdi. O, Hacı Çələbinin dəstələri ilə ilk döyüşdə Boyat qalasını tutdu və tezliklə nuхalıları (şəkililəri-Ə.Ç.) tamamilə sıхışdırıb Kürün o tayına atdı. Lakin böyük qüvvə ilə yetirən Hacı Çələbi onu öz dəstəsi ilə birlikdə Boyat qalasında mühasirəyə aldı. Əgər kiçikdən böyüyə qədər bütün qəhumları köməyə gəlməsəydi, yəqin ki, Pənahəli bu bəladan canını qurtara bilməyəcəkdi.
Murtuza Muxtarov məscidi (Bakı)
Murtuza Muxtarov məscidi — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. == İnşa tarixi == Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur.
Murtuza Qulu Xan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. == Həyatı == Zə­fər" tə­xəl­lü­sü ilə şeir­lər yaz­mış Mür­tə­za­qu­lu xan Şam­lı təx­mi­nən 1591-ci il­də dün­ya­ya gəl­miş, Sə­fə­vi hökm­dar­la­rın­dan Şah Sə­fi (1629-1642) və II Şah Ab­ba­sın (1642-1666) ha­ki­miy­yə­ti döv­rün­də yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­miş, eşi­ka­ğa­sı­ba­şı, di­van­bə­yi, qor­çu­ba­şı, Ker­man vi­la­yə­ti va­li­si, Şeyx Sə­fiəd­din tür­bə­si­nin mü­tə­vəl­li­si ol­muş­dur. Özü­nün yaz­dı­ğı ki­mi, yüz min bey­tə ya­xın fars­ca şeir­lə­ri olan şa­ir, ya­şı­nın ix­ti­yar ça­ğın­da, 1669-cu il­də Azər­bay­can türk­cə­sin­də şeir­lə­rin­dən iba­rət di­va­nı­nı ta­mam­la­mış­dır. Onun türk­cə şeir­lə­rin­də Ə.­Nə­vai, Ş.İ.Xə­tai və M.Fü­zu­li tə­si­ri gö­rü­nür. Zə­fər di­va­nı­nın di­ba­çə­si, de­mək olar ki, Nə­vai di­va­nı di­ba­çə­si­nin əv­və­li­ni tək­rar edir. Nə­vai di­ba­çə­sin­də in­sa­nı di­gər məx­lu­qat­dan üs­tün ya­ra­dıb ona nitq, şe­ir yaz­maq qa­bi­liy­yə­ti ve­rən ya­ra­da­na şü­kür­lər oxu­yur: "Şükr va si­pas ol qo­dir­ğa kim, çün adam oso­yiş-qo­hi­din vu­cud oro­yi­şi oqoh­la­ri­ğa cil­va ber­di. İnson­ni so­yir max­lu­qot­din nutq şa­ra­fi bi­la mum­taz qil­di. Rü­bai: ­Ul kim, çü ca­hon xil­qə­tin oğoz et­ti, Sü­ni kil­mi­ni naqş par­doz et­ti. İnson xay­lin nutq ila mum­taz et­ti, Nutq ah­li­ni nazm ila sa­naf­roz et­ti". Zə­fər di­va­nı­nın di­ba­çə­sin­də bə­zi söz və ifa­də­lə­ri də­yiş­sə də, mət­ni Azər­bay­can türk­cə­si­nə uy­ğun­laş­dır­sa da, onun Nə­vai­dən bəh­rə­lən­mə­si şüb­hə­siz­dir.
Seyid Yəhya Murtuza məscidi
Seyid Yəhya Murtuza məscidi və ya Həzrəti Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. == Haqqında == Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yahya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Murtuza Mirzə Əfşar (Nəsrullah Mirzə)
Murtuza Mirzə Əfşar — Nadir şahın oğlu və Karnal qələbəsindəki roluna görə adı dəyişdirilərək Nəsrullah Mirzə adlandırılan Əfşar şahzadəsi. O, Səadət xanın qüvvələrini məğlub edərək onu əsir alan Əfşar ordusunun mərkəzinə komandanlıq edərək Karnal döyüşündə istedadlı bir sərkərdə olduğunu sübut etdi. O, həmçinin 1743-46-cı illər İran-Osmanlı müharibəsi zamanı müstəqil olaraq komandanlıq etdi və burada Nadir şah tərəfindən Osmanlının nəzarətində olan Mosul vilayətinə soxulmaq və iki Osmanlı ordusundan biri ilə döyüşmək tapşırığı aldı, atası Nadir şah isə şimalda Qarsda digər orduya qarşı yürüdü. O, Mosul döyüşündə Mosul ətrafındakı türk və kürd qüvvələrinə həlledici zərbə vurdu.
Murtuza Məşədi Rza oğlu Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Murtazəli Hacıyev
Murtazəli Hacıyev (rus. Муртазали Гаджиев; 1956, Mahaçqala) — Dağıstan əsilli Rusiya arxeoloqu və alimi. O, Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin arxeologiya şöbəsinin rəhbəridir. Murtazəli Hacıyev Dərbənd tarixi, Qafqazda Sasanilər dövrü və Qafqaz Albaniyası mədəniyyəti tarixində ixtisaslaşmışdır. == İstinadlar == == Xarici keçidlər == Murtazəli Hacıyev – "Academia" saytında. (rus.) (ing.) Middle Persian Inscriptions in Darband – "Encyclopædia Iranica" saytında.