Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Musiqişünaslıq
Musiqişünaslıq — musiqini, musiqi tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özundə cəmləşdirən elm . Sənətşünaslığın bir sahəsi hesab olunur. Musiqişünaslıq musiqi sənətinin qanunauyğunluqlarını, müxtəlif təzahürlərini və inkişaf prosesini, onun obyektiv şərtiliyini, ictimai həyatın müxtəlif cəhətləri ilə əlaqəsini öyrənir. Musiqişünaslıq musiqi nəzəriyyəsi, musiqi tarixi, musiqi etnoqrafiyası, musiqi tənqidi sahələrinə ayrılır. Musiqi akustikası və musiqi psixologiyası musiqişünaslığın müstəqil bölməsi olmaqla bərabər, həmçinin fizika və psixologiyanın bir hissəsini təşkil edir. XX əsrin 60-70-ci illərində musiqişünaslığın musiqi sosiologiyası kimi müstəqil sahəsi yaranmışdır. Nəzəri musiqişünaslıq gerçəkliyin musiqidə əks olunması üsullarını, musiqinin tarixi inkişaf prosesində müəyyənləşmiş başlıca qanunauyğunluqlarını, onun kompozisiya vasitələri və üsullarını öyrənir. Melodika, ritmika, harmoniya, polifoniya, instrumentovka, musiqi forması musiqinin ayrı-ayrı elementlərini, musiqi əsərinin təhlili isə əvvəlcə adları çəkilən bütün fənnlərin əsasında konkret musiqi əsərlərini tədqiq edir. Musiqi ifaçılığını, musiqi duyumunun inkişaf etdirilmə prinsiplərini öyrənən elmi-metodik fənnlər də nəzəri musiqi sahəsinə aiddir.