Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muxtariyyət
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Mədəni muxtariyyət
Mədəni (milli-mədəni) muxtariyyət — təhsilin təşkili və mədəni həyatının digər formaları ilə əlaqəli təcrid olunmuş etnik qrupun muxtariyyəti. Müəyyən bir əraziyə deyil, müəyyən bir etnik qrupun bütün nümayəndələrinə aiddir. Hər hansı dövlətin azlıqda olan etnik birliyinə dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik, muxtariyyətin bir növü. Milli və mədəni muxtariyyət bir ictimai birlik növüdür. Milli-mədəni muxtariyyətin təşkilati və hüquqi forması ictimai bir təşkilatdır. Müasir qloballaşma, hüquqi dövlət quruculuğu dövründə milli-mədəni muxtariyyət problemi milli münasibətlərin tənzimlənməsində mühüm rol oynayan, nəzəri və praktiki əhəmiyyət kəsb edən aktual bir problemdir. Milli-mədəni muxtariyyət hüquqi dövlətdə millətlərin öz müqəddəratının təyin edilməsi hüququ ilə sıx bağlı olan ideyadır. Beynəlxalq sənədlərdə göstərilir ki, etnik, dil və din azadlıqlarının mövcud olduğu ölkələrdə onların öz mədəniyyətlərindən faydalanmaq, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də, öz doğma dilini işlətmək hüququ rədd edilə bilməz. Millətlərin öz müqəddəratını təyin etmək hüququ Böyük Fransa inqilabının əsas liberal-demokratik ideyası kimi Avropaya sonralar isə bütün dünyaya yayıldı. Müasir dövrdə “Millətlərin öz müqəddəratını təyin etmək hüququ” beynəlxalq hüquqda öz əksini tapmışdır ki, hər bir millət azad şəkildə öz müqəddəratını təyin etmək hüququna malik olsun.
Lombardiya muxtariyyət referendumu (2017)
2017 Lombardiya muxtariyyət referendumu — Lombardiya (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilmiş referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır. Regional əsasnaməsinin 52-ci maddəsində nəzərdə tutulan və heç bir kvorum tələb olunmadığından elektron şəkildə keçiriləcəkdir. == Seçkidən əvvəl səsvermə == == Nəticə == Referendumda 7,897,056 seçici iştirak etmişdi. Lombardiyanın 1,523 bələdiyyəsində 9,224 seçki məntəqəsi var idi. == Həmçinin bax == Lombardiya Regional Şurası Veneto muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) == İstinadlar == == Xarici keçidlər == "Referendum per l'autonomia (schede informative)" (italyan). D.C.R. n.
Qalisiya Muxtariyyət Əsasnaməsi (1936)
Qalisiya Muxtariyyət Əsasnaməsi (1936) — 1936-cı ildə Qalisiyanın İspaniya tərkibində muxtariyyət qazanması üçün yaradılan əsasnamə. Referendum yolu ilə İspaniya parlamentinə təqdim edilmişdir. İspaniya vətəndaş müharibəsinə (1936-1939) və Fransisko diktatorluğuna görə (1939-1977) bu əsasnamə hələ də həyata keçirilməmişdir. Bu əsasnamə Qalisiya Partiyası tərəfindən tərtib edilmişdir. 1981-ci ildə yeni Qalisiya Muxtariyyət Əsasnaməsi hazırlanmışdır və beləliklə, Qalisiya İspaniya tərkibində muxtariyyət qazanmışdır. XX əsrin əvvəllərində Qalisiya siyasətçiləri İspaniya ilə Qalisiya arasındakı münasibətlərə əhəmiyyət verirdilər. Onlar hesab edirdilər ki, İspaniyadan muxtariyyət qazandıqlarında müstəqillik uğrunda yol açılacaqdır. İkinci İspaniya Respublikası dövründə (1931-1939) bəzi intellektual insanlar təklif etmişdilər ki, İspaniya federal dövlətə çevrilsin, burada yaşayan müxtəlif xaqlar (qalisiyalılar, basklar, katalonlar, araqonlar və s.) muxtariyyətdən yararlana bilsinlər. Bu ideadan ilham alınaraq 1931-ci ilin dekabrında Qalisiya Partiyası qurulmuşdur. Onlar qədim Qalisiya və müasir Qalisiya millətçiliyi idealarının yer aldığı əsasnamə hazırlamışdırlar.
Veneto muxtariyyət referendumu (2017)
2017 Veneto muxtariyyət referendumu — Veneto (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır. Referendum, bir məsləhətçi olaraq, hüquqi cəhətdən məcburi olmayacaq. Regional əsasnamənin 27-ci maddəsinin 2-ci bəndinə əsasən, kvoruma nail olunduqda, regional şuradan referendumun nəticələrinin elan olunduqdan sonra 90 gün ərzində araşdırılması tələb olunur. Belə bir vəziyyətdə, əgər cunta səsləri üstünlük təşkil edərsə, münsiflər sədri qanunverici məclisə dövlət icraçılığı ilə aparılacaq danışıqlar proqramını, fərqli muxtariyyətə nail olmaq üçün yolları və məzmunu tanıyan bir qanunla birlikdə təqdim edəcək. Referendumda 4,019,628 seçici iştirak etmişdi. Venetonun 4,739 bələdiyyəsində 575 seçki məntəqəsi var idi. Mənbə: Veneto Regional Şurası Veneto Regional Şurası Lombardiya muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) Vikianbarda Veneto muxtariyyət referendumu (2017) ilə əlaqəli mediafayllar var. "Referendum regionale consultivo sull'autonomia del Veneto". D.P.G.R. n.
Alaş muxtariyyəti
Alaş muxtariyyəti (qaz. Алаш автономиясы; 1917–1920) — XX əsrin əvvəllərində müasir Qazaxıstan ərazisində, "Alaş-Orda" adlı hökumətin nəzarəti altında mövcud olan qazaxların muxtar dövlət quruluşu. Alaş muxtariyyəti, Alaş partiyası tərəfindən elan edilmiş və 5–13 dekabr 1917-ci il tarixlərində Orenburqda Ümumqırğız (Ümum-Qazax) Konqresi tərəfindən qurulmuşdur. 5 mart 1920-ci ildə Qırğızıstan Bölgəsinin işğal edilməsi ilə Bolşevik Hərbi İnqilab Komitəsi tərəfindən ləğv edilmişdir. Sovet hökuməti onun yerində 17 avqust 1920-ci ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası, 1925-ci ildə onun adını dəyişdirərək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası, 1936-cı ildə isə Qazaxıstan Sovet Sosialist Respublikası təşkil etdi. == Tarixi == === İkinci Ümumqırğız Qurultayı (İkinci Ümumqazax Qurultayı) === Qazaxlar arasında, Alaş Orda partiyasının yeganə siyasi rəqibi, hədəfləri olduqca qəribə olsa da, Alaş partiyasının hədəflərindən çox da fərqlənməyən, lakin qısa müddətdə bolşeviklərin müttəfiqlərindən birinə çevrilən və 1917-ci ilin dekabrında təsis məclisinə namizədliyini irəli sürən "Uç Jüz" partiyası idi. Bu namizədlərdən biri də Saken Seyfullin idi. Sarı-Arka qəzeti bu seçkilərin nəticələrini dərc etdi. Petropavlovsk uyezdində Alaşa 26.814 səs verildi, "Uç Juz" yalnız 36 səs aldı. Semipalatinsk bölgəsində Alaş 58.300, "Üç Juz" — yalnız 1, Omsk uyezdində də nəticələr oxşar idi — Alaşa 16.200 və 300 səs — "Üç Juz" üçün verilmişdi.
Türkistan muxtariyyəti
Türkistan Milli Muxtar Hökuməti (1917–1918) — 1905-ci ildə Daşkənddə Mustafa Çokay adlı bir qazağın liderliyi ilə, türk-müsəlman xalqların qatıldığı Türkistan Müsəlman Şurası təşkil edildi. Daşkənddə təşkil edilən Türkistan müsəlmanları konqresində, Türk bölgələrin soylu ailələrdən gələn özbək, tatar, qazaq, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdur. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdir: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq. Türk xalqları üç alt bölgədə mübarizə qərarı almışdır Qazaq-qırğızların Alaş bölgəsi. Tatar və başqırdların İtil-Uralı (Türk-Tatar Komitəsi) və ya İtələnil-Xəncər hökuməti. Özbək və türkmənlərin Türkistan Milli Muxtar Hökuməti (Türkistan Müsəlmanları Komitəsi).
Türkistan muxtariyyəti himni
Türkistan muxtariyyəti himni (özb. Turkiston muxtoriyati madhiyasi), Türkistan muxtariyyəti marşı (özb. Turkiston muxtoriyati marshi) və ya Türkistan milli marşı (özb. Turkiston milliy marshi) — Türkistan muxtariyyəti rəsmi dövlət himni. "Turkiston muxtoriyatining madhiyasi" (özbək). Xurshid Davron kutubxonasi — kh-davron.uz. İstifadə tarixi: 2019-7-10. "Туркистон мухториятининг мадҳияси" (özbək). ziyouz.uz. İstifadə tarixi: 2019-7-10.
İraqda aysor muxtariyyəti təklifləri
İraqda aysor muxtariyyəti təklifləri — XX əsrin əvvəllərindən İraqın şimalında süryanidilli müasir aysorlar üçün muxtar ərazi və ya müstəqil dövlətin yaradılması üçün irəli sürülən bir sıra təkliflər. == Tarixi təkliflər == Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi, 1917. Millətlər Liqası aysorlar üçün məskunlaşma təklifi, 1935. Birləşmiş Millətlər Aysor Milli Petisiyası, 1945. Bet-Nəhrin Demokratik Partiyası Assuriya muxtariyyəti iddiası.
Rusiya imperiyasının protektoratı altında olan erməni muxtariyyəti layihəsi
Rusiyanın tərkibində erməni muxtariyyəti (erm. Հայոց թագավորություն, rus. Армянская автономия в составе России) — Rusiya imperiyasının protektoratı altında Erməni muxtar çarlığının yaradılması haqqında layihə. Bu, erməni mənşəli nüfuzlu Rusiya subyektləri tərəfindən hazırlanmış və 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı imperator I Nikolaya təqdim edilmişdir. I Nikolay müharibədə qalib gəldikdən sonra Rusiyaya yeni birləşdirilmiş ərazilərin təşkilati-ərazi bölgüsü və idarəetmə sistemi planı hazırlanan dövrdə bu təklifi rədd etmişdir. Buna baxmayaraq, o, ermənilərin bəzi istəklərini təmin etmiş və Rusiya imperiyasının tərkibində Erməni vilayətinin yaradılmasını təsdiqləmişdir. Bu vilayət 1840-cı ilə qədər mövcud olmuşdur. Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsindən xeyli əvvəl erməni siyasi və mənəvi liderləri "torpaqlarını İran və Osmanlı hökmranlığından azad etmək" xahişləri ilə Rusiyaya dəfələrlə müraciət etmişdilər.. II Yekaterinanın Rusiya taxtına gəlməsi ilə erməni–Rusiya münasibətlərində xeyli canlanma baş vermiş, erməni və gürcü dünyəvi və mənəvi liderləri yenidən Rusiyadan himayəçilik planları ilə Rusiya rəhbərliyinə üz tutmağa başlamışdılar. İri erməni tacirləri, habelə 1760-cı və 1766-cı illərdə katolikozlar V Akop və I Simeon Rusiyanın protektoratlığı təklifləri ilə imperatriçaya müraciət etmişdilər.
Muxtariyyat
Qədimqala (əvvəlki adı: Muxtariyyat) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Şəmkir rayonunun Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi adlandırılmış, Muxtariyyat kənd inzibati ərazi dairəsi Qədimqala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd əhalisi 2918 nəfərdir ki, onunda 1483 nəfəri kişi, 1432 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Muxtariyyat bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.