Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Macologist
"Macologist.org" — "Apple" şirkətinin "Macintosh" platformalarında videooyunlar haqqında ABŞ veb saytı. "Macologist" texniki dəstək məsələlərində ixtisaslaşmışdır. Saytda həmçinin "Mac" oyun xəbərləri bölməsi, eləcə də pərakəndə oyunlar və modlar üçün resenziya bölməsi var idi. Sayt 2004-cü ilin iyununda fəaliyyətə başlamışdır. Sayt 2010-cu ildə fəaliyyətini dayandırmışdır. == Təsiri == "Macologist" 2005-ci ilin sonuna qədər "MacAddict" jurnalında üç dəfə istinad edilmişdi. 2005-ci ilin may ayında ABŞ-nin digər böyük "Macintosh" çap jurnalı olan "Macworld" öz komandalar qarışığı dəstinə "Unreal Tournament 2004" videooyunu üçün "Macologist" tərəfindən hazırlanmış "Santaduck Toolpak"i daxil etmişdir. 2004-cü ilin sentyabrında "Santaduck Toolpak" komandalar qarışığı xidməti "Apple Computer" tərəfindən istinad edilmişdir. Sayt "NVIDIA-Epic Make Something Unreal" yarışmasında "Fəxri hallanma" mükafatına layiq görülmüşdür. "Mac Games Radio" podkastının aparıcılarından biri "Macologist" saytının redaktoru kimi təqdim olunur.