Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi == Həyatı == Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.