QÜDRƏT

is. [ ər. ]
1. Böyük qüvvət, güc. Vətənimizin hərbi və iqtisadi qüdrəti gündən-günə artır.
// Ümumiyyətlə, güc, iqtidar, qüvvət, bacarıq.
Yorulmaq bilməmiş əqlin qanadı; Gör insan əqlinin nə qüdrəti var. S.Vurğun.
Can usta, axı mənim böyük bir niyyətim var; Mənim həyat qurmağa qəlbim var, qüdrətim var. M.Müşfiq.
Bu ellər ən çətin dəqiqələrdə; Güvəndi, inandı öz qüdrətinə. O.Sarıvəlli.

2. Təsir qüvvəsi, böyük nüfuz qüvvəsi.
[Nizami:] Gəncənin ən böyük şeir ustadı Məhsəti xanım sənətin qüdrətini Munisə göstərir. M.Hüseyn.
Təbindəki, dühasındakı nəhəng qüdrəti ilə zülmə, haqsızlığa üsyan edən şairin səsi boğulmuşdu. Mir Cəlal.

3. Taqət, iqtidar, güc. Qüdrətim olmadı ki, danışam.
4. Möhkəmlik, iradə, iradə qüvvəsi.
[Solmaz:] Ancaq unutma ki, mən ərlərdə qüvvət, qüdrət və cəsarəti sevirəm. C.Cabbarlı.
O, insanın böyüklüyünü və ruhi qüdrətini kəşf etdiyi üçün, artıq ağır yaralılar qarşısında çarəsiz bir uşaq kimi ağlamaqla kifayətlənməzdi. Ə.Məmmədxanlı.

// Cəsarət.
Axır nə səbəbə söz deməyə qüdrətin olsun? M.Ə.Sabir.

5. Təbiət, fitrət, yaradılış.
Zülhəyat oldı ləbindən Xizrivü İsa layəmut; Gör bu qüdrət möcüzi kim, ləli-sirabındədir. Nəsimi.
Söz yox ki, hüsnünə xilqət günündə; Qüdrət qələm çalmış, susmuş mələklər. Ə.Cavad.

// Çıx.
halında: qüdrətdən – təbiətdən, fitrətdən, yaradılışdan.
Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən. M.V.Vidadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜDRƏT qüdrət bax 1. güc; 2. iradə
  • QÜDRƏT qüvvət — güc
  • QÜDRƏT taqət — iqtidar — güc
  • QÜDRƏT möhkəmlik — iradə
  • QÜDRƏT təbiət — fitrət
QÜDDƏLİ
QÜDRƏTLƏNMƏK
OBASTAN VİKİ
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsi ilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Qüdrət Adişov
Qüdrət Rahim oğlu Adişov (26 iyul 1998, Ostayır, Yardımlı rayonu, Azərbaycan – 28 sentyabr 2020, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı. == Hərbi xidməti == Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
Qüdrət Adışov
Qüdrət Rahim oğlu Adişov (26 iyul 1998, Ostayır, Yardımlı rayonu, Azərbaycan – 28 sentyabr 2020, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı. == Hərbi xidməti == Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
Qüdrət Axundov
Axundov Qüdrət Əli oğlu (1932, Ordubad, Naxçıvan MSSR – 1973) — fizika-riyaziyyat elmləri doktoru , pedaqoq, professor. == Həyatı == Qüdrət Axundov 1932-ci ildə Ordubad şəhərində anadan olmuşdur. İlk təhsilini şəhər orta məktəbində aldıqdan sonra fizika elminə olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fızika-riyaziyyat fakültəsinə gətirmişdi. Tələbəlik illərindən elmi-tədqiqat işinə böyük maraq göstərən Qüdrət Axundov SSRİ EA-nın müxbir üzvü, mərhum akademik H.B.Abdullayevin rəhbərliyi altında bir sıra yarımkeçiricilərin, o cümlədən Azərbaycanda tapılan təbii qalenit kristalların fiziki xassələrinin tədqiqi ilə məşğul olmuş və 1955-ci ildə "Bəzi yarımkeçiricilərin elektrikkeçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin tədqiqi" mövzusunda ilk elmi işini çap etdirmişdir. Universiteti bitirdikdən sonra o, AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır və laborant, kiçik elmi işçi (1955-1960) və baş elmi işçi (1960-1968) vəzifələrində çalışmış, böyük nailiyyətlər əldə etmişdir. == Elmi fəaliyyəti == Qüdrət Axundov 1969-1970 illərdə Azərbaycan MEA Fizika İnstitutunda "Nazik təbəqələr fızikası" laboratoriyasına rəhbərlik etmişdir. Alim tərəfındən respublikada ilk dəfə olaraq böyük praktiki əhəmiyyətə malik olan bir üsulla – yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin araşdırılmasına dair elmi-tədqiqat işləri başlanılmış və bununla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətləri öyrənilmişdir. Q.Axundovun elmi fəaliyyəti əsasən A3B6 tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Bu tip yarımkeçirici birləşmələr respublikada ilk dəfə olaraq Qüdrət Axundov tərəfindən hələ 1957-ci ildə sintez edilmiş və göstərilmişdir ki, həmin kristallar laylı və zəncirvari quruluşda kristallaşır. Onun rəhbərliyi altında göstərilən kristalların elektrik, optik, fotoelektrik, lüminessensiya və kontakt xassələrinin kompleks araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müxtəlif istiqamətlərdə kimyəvi rabitənin fərqlənməsi və kristal quruluşun anizotropluğu sayəsində bu kristallarda fizıki xassələrın yüksək anizotropluğu və bir sıra maraqlı, bəzən hətta qeyri-adi sayıla bilən hadisələr müşahıdə olunur.
Qüdrət Həsənov
Qüdrət Səfər oğlu Həsənov (d. 20 oktyabr 1995; Qardaşkənd, Sabirabad rayonu, Azərbaycan — ö. 29 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Həsənov 20 oktyabr 1995-ci ildə Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. 2002-ci ildə Sabirabad rayonu Rəsul Əhmədov adına Nəsimi kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirdikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2014-ci ildə kolleci bitirib və həmin ildə də həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə ATEF şirkətlər qrupunda işləməyə başlayıb. Uşaq vaxtından idmana böyük marağı olub və karate idman növü ilə məşğul olub. Ailəli idi. == İkinci Qarabağ müharibəsində iştirakı == 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir.
Qüdrət Həsənquliyev
Qüdrət Müzəffər oğlu Həsənquliyev (29 yanvar 1965, Əbrəqunis, Culfa rayonu) — siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və hazırkı sədri, 2003-cü, 2008-ci 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü (2000–2003). == Həyatı == Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb. Evlidir, 2 övladı vardır. == Siyasi fəaliyyəti == === Erkən fəaliyyəti === 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olub. Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasında daxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – "islahatçılar"a və "klassiklərə" parçalandı. 2000-ci il iyul ayının 19-da AXCP-nin "klassiklər" adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. AXCP-nin "islahatçılar" qanadında təmsil olunmasına baxmayaraq, Qüdrət Həsənquliyev "klassiklər"in müşavirəsinə qatıldı və çıxış edərək partiya üzvlərini təşkilatı parçalamamağa çağırdı.
Qüdrət Kəlbəliyev
Qüdrət Kəlbəliyev (Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu; d. 13.11.1946, Naxçıvan) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Qüdrət Kəlbəliyev 13 noyabr 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. == Elmi fəaliyyətı == Dispers sistemlərdə hidrodinamika, kütlə və istilik mübadiləsi, kimya proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və yeni texnologiyaların, apparat tərtibatının işlənib hazırlanması. Suspenziyalarda və emulsiyalarda fiziki –kimya və kütlə mübadiləsi proseslərinin (koaquliyasiya, birləşmə, ayrılma və parcalanma) modelləşdirilməsi və texnologi proseslərdə tədbiqi. Q.Kəlbəliyev 220 elmi əsərin, 8 müəlliflik şəhadətnaməsi və patentin 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 4 fəlsəfə doktoru yetişdirilib. == Pedaqoji fəaliyyəti == Türkiyə Cümhuriyyəti, Malatya şəhəri, İnönü Universiteti, Kimya mühəndisliyi fakültəsi, 1999–2006 illər == Mükafatları == Şöhrət ordeni — 2015. 75 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. == Elmi əsərləri == Келбалиев Г.И., Расулов С.Р., Гидродинамика и массоперенос в дисперсных средах.
Qüdrət Minhacoğlu
Qüdrət Minhac oğlu Hüseynov şair. Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvü == Həyatı == Şair-jurnalist, yazıçı-publisist Qüdrət Minhacoğlu (Qüdrət Minhac oğlu Hüseynov) 1958-ci il fevralın 26-da Quba rayonunun Amsar kəndində doğulub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. Quba şəhər 2 saylı və Ərməki kənd orta məktəblərində, Quba Rayon Gənc Texniklər Stansiyasında işləyib, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub. Litvanın Dukştas şəhərində Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmətdə olub. O həm Qarabağ müharibəsi dövründə, həm də sonrakı illərdə cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimiz ilə və ön cəbhədəki hərbçilərimizlə çoxsaylı görüşlər keçirərək öz qələmi və sözü ilə Vətənə xidmət edib. Q.Minhacoğlu “Ürəkdən gələn sözlər”, “Sizə sözüm var”, “Yeni şeirlər”, “Son şeirlər”, “Quran Yaradanın möcüzəsidir”, “İmana çağırış”, “Həyat etüdləri”, “Hikmət çələngləri”, “Nakam ömür”, “Lətifələr –I”, “Lətifələr – II”, “Lətifələr – III”, “Könül nəğmələri”, “Bir də görüşək”, “Seçilmiş əsərləri – I cild”, “Balalara hədiyyə” kitablarının müəllifidir. Əsərləri “Turan antologiyası”nda, “Avrasya şairleri antalojisi”ndə, “Karabağ’dan, Kerkük’den Çanakkale’ye şiir seçkisi”ndə, "Şairlerden bir demet şiir seçkisi"ndə və dövri mətbuatda müntəzəm çap olunur. O, Azərbaycan Jurnalistlər Brliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), “İrak Türkmen Edebiyatçı ve Yazarlar Birliği”nin (İTEYB), federasiya, muxtariyyət, cəmiyyət, dərnək və ədəbi məclislərin üzvüdür. Azərbaycanı ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə layiqincə təmsil edir.
Qüdrət Muğanlı
Qüdrət Muğanlı (Qüdrət Balakişi oğlu Məlikov; 23 iyul 1941, Sabirabad – 27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). == Həyatı == Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur. Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir. Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir. Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur.
Qüdrət Məmmədzadə
Qüdrət Tofiq oğlu Məmmədzadə (10 sentyabr 2001; Sütəmurdov, Lənkəran, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qüdrət Məmmədzadə 10 sentyabr 2001-ci ildə Lənkəranda dünyaya gəlib. == Hərbi xidmətləri == Məhərrəm İbrahimli 1 oktyabr 2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qüdrət Məmmədzadə Talış Madagizin azad edilməsində savaşıb. 16 oktyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Lənkəranda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Məmmədzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Məmmədzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Qüdrət Nuriyev
Qüdrət Nüsrət oğlu Nuriyev (d.26 mart 1982, Bakı) — Azərbaycan Alpaqut Federasiyasının prezidenti. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının idarə heyətinin üzvü, Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü. == Həyatı == Qüdrət Nuriyev 1982-ci il mart ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhər 164 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsinə daxil olmuş, 2003-cü ildə Hüquqi Tənzimlənməsi ixtisası üzrə ali təhsilini bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 2004–2011-ci illərdə "Kapitalbank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildə isə "Le Tour" MMC-ni təsis etmişdir və hazırda həmin şirkətin və eyni zamanda "Azerbaijan Holidays" Beynəlxalq şirkətin rəhbəri olmuşdur. 2017-ci ildə Azərbaycan Alpaqut Federasiyası (AAF) İdarə Heyətinin qərari ilə AAF-nin birinci vitse prezidenti təyin edilib. 2018-ci il 7 aprel tarixində AAF-nin keçirilmiş qurultayında isə Federasiyanın prezidenti seçilib. 2019-cu il 15 fevral tarixində "BAKU NEWS" MMC informasiya agentliyini təsis etmişdir.
Qüdrət Piriyev
Qüdrət Piriyev (Tam adı:Qüdrət Əliövsət oğlu Piriyev; d.19 sentyabr 1950; Ağsu r., Bəyimli k) — jurnalist, “Xalq qəzeti” Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,“Əməkdar mədəniyyət işçisi”. == Həyatı == Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir.
Qüdrət Quliyev
Qüdrət Ramazan oğlu Quliyev (1955) — Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və nazir əvəzi, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Qüdrət Quliyev 1955-ci ildə doğulmuşdur. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. == Siyasi fəaliyyəti == Qüdrət Quliyev 1981–1990-cı illərdə Bakı şəhər Nəsimi rayon partiya komitəsində ideologiya şöbəsinin müdiri işləyib. 1990–1991-ci illərdə Naxçıvan Vilayət partiya komitəsinin katibi vəzifəsində çalışıb. Qüdrə Quliyev 1995-ci ilin avqust ayının 4-də Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini təyin olunmuşdur. Həmin dövrdə nazir təyinatı olmadığı üçün o, həmçinin nazir əvəzi olaraq da işləyirdi. 24 iyun 1997-ci il tarixində Azərbaycan Respublikasının Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edilərək və bazalarında Azərbaycan Respublikasının Ticarət Nazirliyi yaradıldı. === Parlamentdə === Qüdrət Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in 343 nömrəli Culfa seçki dairəsindən deputat seçilmişdir. 5 fevral 1991-ci ildə üzv kimi Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Redaksiya komissiyasının tərkibinə seçilmişdir.
Qüdrət Qurbanov
Qüdrət Bəylər oğlu Qurbanov — azərbaycanlı rəssam, Beynəlxalq Rəsm Fondunun üzvü, Əməkdar İncəsənət Xadimi, müasir incəsənət üzrə professor. == Həyatı == Qüdrət Qurbanov 1957-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Cəbrayıl rayonu, Dərzəli kəndində sadə ailədə dünyaya gəlmişdir. Ona qədər ailə və yaxınlarında heç kim rəssamlığa həvəs göstərməyib. Qüdrət Qurbanov isə doqquz yaşından boyaların sehrinə düşüb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitunda davam etdirir. Qüdrət Qurbanovun Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə 20-dən çox fərdi sərgisi keçirilib. Onun əsərləri Tretyakov qalereyası və Omsk şəhərində yerləşən Vrubel muzeyində var. Həmçinin bir çox əsərləri də şəxsi kolleksiyalarda yer alır.
Qüdrət Səlimxanov
Qüdrət Səlimxanov (tam adı: Qüdrət Əhmədbəy oğlu Səlimxanov) — 1905-ci ildə Bakı şəhərində,Fatmayı kəndində anadan olub.1981-ci ildə dünyasını dəyişib. Tibb elmləri doktoru, professor. == Həyatı == Qüdrət Əhmədbəy oğlu Səlimxanov 1905-ci ildə Bakı şəhərində, Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsiniafli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində alır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Tibb Universitetinə daxil olur. 1928-ci ildə Azərbaycan Tibb Universitetini bitiən Qüdrət ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. 1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə alır.
Qüdrət Səmədov
Səmədov Qüdrət Aşur oğlu (4 aprel 1904, Sarvan, Cavad qəzası – 8 yanvar 1972, Salyan, Salyan rayonu) — kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyan rayonu Sarvan kəndində anadan olmuşdur. Pambıqçılığın inkişafında xidmətləri olub. İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir. 1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, Muğan tikinti idarəsində fəhlə, Sarvan kəndindəki "Qırmızı Azərbaycan" kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozda sədr olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb. Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olmuş, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib. 2 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.
Qüdrət gəvəni
== Ümumi yayılması == Azərbaycan == Azərbaycanda yayılması == Nazçıvan MR-də rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitkisidir. CR B1ab(ı,ıı,ııı,)+2ab(ı,ıı,ııı). == Bitdiyi yer == Naхçıvanda yuxarı dağ qurşağında yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda təbii ehtiyatı azdır. == Biоlоji хüsusiyyətləri == Təbiətdə hündürlüyü 25-30 sm-ə qədər оlan ti¬kan¬lı kоldur. Tikanları dağınıq, 2-3 sm uzunluqda, bənövşə rəngli, düz möh¬kəm tüklə örtülüdür. Yarpağı 7 cüt, düz, lansetvarı, ucları şiş, 1 sm uzun¬luqda оlub, yaşıl, bоz tüklüdür. Yarpaqaltlıqları enli yumurtavarı, qısa tük¬lü, 8 mm uzunluqdadır. Yarpaq qоltuğunda əmələ gələn 2 çiçək 1-2 sm uzunluqda sünbülvarı çiçək qrupu əmələ gətirir.
Qüdrət narı
Qüdrət narı (lat. Momordica charantia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü. Tropik iqlimi olan bölgələrdə, Amazon hövzəsində, Şərqi Afrikada, Asiyada, Karib adalarında təbii şəkildə bitən, Cənubi Amerikada və Uzaq Şərqdə isə qida və dərman bitkisi kimi kimi becərilən bitki. Avropa ölkələrində acı qovun, acı balqabaq, Afrika xiyarı, balsam alması və ya balsam armudu olaraq adlandırılar. Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızırenkte, 10–20 sm uzunluğunda, geniş bir mekik tündlündə olub, üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır.
Qüdrət Özərsay
Qüdrət Özərsay (türk. Kudret Özersay; 16 dekabr 1973-cü il, Larnaka) — Şimali Kipr Türk Respublikasının siyasətçisi, diplomat, beynəlxalq əlaqələr sahəsində alim-mütəxəssis. 2002-2012-ci illərdə və 2014-cü ildə Kipr mübahisəsinin həllinə dair danışıqlarda iştirak etmişdir. 2010-2012-ci illərdə və yenidən 2014-cü ildə danışıqlarda Şimali Kipr Prezidentinin Xüsusi Nümayəndəsi olub. "Toparlaniuruz" hərəkatını qurmuş və rəhbərlik etmişdi. Özərsay Xalq Partiyasının qurucularından biri və hazırkı lideridir. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. == Həyatı == 1973-cü ildə Larnaka şəhərində anadan olub. Şəhərin yaxınlığındakı Alaminyo kəndində böyüyüb. Alaminyolu inşaat ustası Hüseyin Usta və dərzi Sadiyə Hanımın oğludur.
Qüdrət İsaqov
Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı. == Həyatı == 2 iyun 1950-ci ildə anadan olmuşdur. Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973-1976-cı illərdə aspirant, 1976-1984-cü illərdə kiçik elmi işçi, 1984-1992-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993-1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur. 1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir. 2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir. 2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir.
Qüdrət İsmayılzadə
Qüdrət Seyfulla oğlu İsmayılzadə (24 oktyabr 1934, Bakı) — Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı (2019). == Həyatı == 1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. 1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin atasıdır. == Təhsili elmi dərəcə və adları == 1952-1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olmuşdur. 1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur. Namizədlik dissertasiyası – «Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair», Tbilisi Dövlət Universiteti, 12 fevral 1964-cü il Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarında iştirak etmişdir. 1964-1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. Doktorluq dissertasiyası – «Azərbaycanın erkən tunc dövrü mədəniyyəti», Gürcüstan Elmlər Akademiyası, Tarix İnstitutunun Elmi Şurası, 28 oktyabr 1983-cü il. == Əmək fəaliyyəti == 1957-1958-ci illərdə Azərbaycan SSR Yardımlı rayonu Arus və Mirimli kənd məktəblərində tarix və rus dili müəllimi işləmişdir.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Qüdrət Əbdülsəlimzadə
Qüdrət Əbdülsəlimzadə (v. 13 oktyabr 2016, Bakı) — alim, professor. == Həyatı == O, Qərb və Bakı Biznes universitetlərində iqtisadiyyatdan dərs demişdir. Qüdrət Əbdülsəlimzadə 2016-cı ilin 13 oktyabr tarixində Bakı Biznes Universitetində dərs zamanı auditoriyada vəfat etmişdir. == Siyasi fəaliyyəti == Qüdrət Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuşdur. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır. O, Bakı Metropolitenində də rəhbər vəzifədə çalışmış və daha sonra pedoqoji fəaliyyətə keçmişdir. == Kitabları == "İqtisadi nəzəriyyə" "İqtisadiyyat" "İqtisadi fikir tarixi" "İqtisadi nəzəriyyə-ekonomiks" "Mikro-iqtisadiyyat" professor İnqilab Əlibəyovla bir yerdə yazdıqları "İqtisadi tarix".
Qüdrət Əzizov
Qüdrət Bəhruz oğlu Əzizov (d. 19 iyun 1997; Bığır, Göyçay rayonu – ö. 9 noyabr 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Qüdrət Əzizov 19 iyun 1997-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == 2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Adil Qüdrətoğlu
Adil Qüdrətoğlu (tam adı: Adil Qüdrət oğlu Abdullayev; 6 yanvar 1950, Zərdab rayonu, Əlvənd kəndi) — azərbaycanlı yazıçı, publisist, pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2008), "Qızıl Qələm" mükafatı laureatı (2007), "Əməkdar mədəniyyət işçisi" (2010), "Gənclik" dövlət nəşriyyatının direktoru (2006-cı ildən), realfakt.az internet media saytının təsisçisi (2012) və baş redaktoru. == Həyatı == Adil Abdullayev 1950-ci il yanvarın 6-da Azərbaycanda Zərdab rayonunun Əlvənd kəndində müəllim ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra uşaq və yeniyetmələr üçün yaradıcılıq təşkilatında baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır (1967–1968).1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. 1974–1976-cı illərdə Əlvənd kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra, A.Abdullayev, Bakıda 1 saylı mətbəədə mütəxəssis (1977), Azərbaycan Dövlət Nəşriyyatında oxucu, korrektor, kiçik redaktor, redaktor, böyük redaktor (1977–1985), ictimai-siyasi ədəbiyyat redaksiyasında müdir (1986) vəzifəsində işləmişdir.1986–1988-ci illərdə təhsilini Ali Partiya məktəbində davam etdirmişdir.2006–2020-ci tədris illərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin baş müəllimi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbu orqanı olan "Sənət dünyası" qəzetinin baş redaktoru olmuşdur.1998–2006-cı illərdə "Gənclik" dövlət nəşriyyatında direktor müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən hal-hazırkı dövrədək "Gənclik" dövlət nəşriyyatının direktorudur.Evlidir, iki övladı var. == Yaradıcılığı == Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk əsəri 1960-cı ildə "Pambıqçı" rayon qəzetində işıq üzü görmüşdür. Bundan başqa, o, dövri mətbuatda hekayə, oçerk və məqalələrlə çıxış etmişdir. Uşaqlar üçün bir sıra maraqlı kitablar onun tərtibi, ön sözü ilə kütləvi tirajla nəşr olunmuşdur.
Qüdrət kəndi (Qoşaçay)
Qüdrət kəndi (fars. قدرت كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 164 nəfər yaşayır (39 ailə).

Digər lüğətlərdə

вполпря́ма кафедра́льный куше́тка начита́ть не жадне́е перепи́сывание толевщи́к уть аскети́зм вхоло́дную доса́живать никелиро́вка повисе́ть протесту́юще собира́ние капа beamish biweekly hamate inanely nonsupport predicant tarnal vertebrae царапнуть