Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Narlıq
Narlıq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Narlıdere
Narlıdərə (türk. Narlıdere) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Balçova, cənubunda Qarabağlar, qərbində Gözəlbağça ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 50 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 65,737 nəfərdir.
Narlıdərə
Narlıdərə (türk. Narlıdere) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şərqində Balçova, cənubunda Qarabağlar, qərbində Gözəlbağça ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 50 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 65,737 nəfərdir.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nazlı
Nazlı — qadın adı. Nazlı Abdullayeva — Sosialist Əməyi Qəhrəmanı (1950) Nazlı Nəcəfova — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Məhəmməd — Azərbaycanlı dövlət xadimi Nazlı HüseynquliyevaDigərNazlı (film, 2017) — Azərbaycan tammetrajlı bədii komediya janrlı filmi. Nazlı (şərab) — Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Varlı
Varlı (Salyan)Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Ağ nazlı
Ağ nazlı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasına xas qədim yerli şaftalı sortu. Şirvan zonasında da yetişdirilir. Ağacının hündürlüyü 3 metrə çatır. Aprelin əvvəllərində çiçəkləyir, öz-özünü tozlayır. Hər ağacından 50–65 kq məhsul yığılır. Meyvəsi yumru, bəzən uzunsov olur. Çəkisi 70–100 qramdır. Ağımtıl-sarı və narın tüklüdür, qabığı asanlıqla soyulur. Ləti yumşaq, lifsiz, çoxşirəli və meyxoşdur. Çəyirdəkdən yaxşı ayrılır.
Barlı bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Carlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Heydərli (Nazlı)
Heydərli (fars. حيدرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (56 ailə).
Nazlı (Urmiya)
Nazlı (fars. نازلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,311 nəfər yaşayır (328 ailə).Kəndin yerli əhalisi və nüfusun böyük çoxunluğu(təxminən 90faizini) etnik azərbaycan türkləri təşkil etsə də, burada az sayda ətraf kəndlərdən gəlmiş sünni etiqadlı kürdlər də yaşayırlar ki şikak boyuna bağlıdırlar.Kənddə yaşayan azərbaycanlılar məzhəbi baxımdan şiədirlər.
Nazlı Abdullayeva
Abdullayeva Nazlı Mürşüd qızı (1 iyul 1902, Ərəbşahverdi, Göyçay qəzası – 17 oktyabr 1978, Mallı Şıxlı, Göyçay rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyatı == 1 iyul 1902-ci ildə indiki Göyçay rayonunun Ərəbşahverdi kəndində anadan olub. 1927-1965 illərdə Göyçay rayonunun "Yeni yol", "Azərbaycan" kolxozlarında işləmişdir. 1948-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.
Nazlı Hüseynquliyeva
Nazlı Hüseynqulu qızı Hüseynquliyeva (7 fevral 1960, Naxçıvan) — Azərbaycanın görkəmli teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hüseynquliyeva Nazlı Hüseynqulu qızı. 1960-cı il fevral ayının 7-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi işə başlayıb. Nazlı Hüseynquliyeva teatrın səhnəsində Telli (Ü.Hacıbəyov. "Arşin mal alan"), Melina (N. Həsənzadə "Pompeyin Qafqaza yürüşü"), Ana (İ. Coşğun. "Ana laylası") Pəri (Ə.Əsgərov. "Qız atası"), Məryəm (S.Vurğun "Fərhad və Şirin"), Bəlx hökmdarı (K.Ağayeva "Məhsəti"), Zəhra (A. Məmmədov "Həmyerlilər"), Nona ( R. Muxtar "Şəhərli kürəkən") və başqa müxtəlif rollar oynayıb. Həmçinin Naxçıvan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda çıxış edib. Nazlı Hüseynquliyeva 2008-ci ildə Prezident mükafatçısı olub.
Nazlı Məhəmməd
Nazlı Abdulla Məhəmməd — Azərbaycanlı dövlət xadimi, Azərbaycanın Cibutidə olan Fəxri Konsulu (2017-ci ildən).
Nazlı Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Sabri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Nazlı Tahirova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Tolga
Nazlı Tolga Brenninkmeyer (8 noyabr 1979, Ankara) — türk-holland jurnalisti və xəbər aparıcısıdır. == Həyatı == O, atasının vəzifəsi ilə əlaqədar 7 yaşında Ankaradan İstanbula köçüb. Əvvəlcə Erenköy İbtidai məktəbini, daha sonra Üsküdar Amerikan Liseyini bitirib . Universitet təhsilini Marmara Universitetinin Ünsiyyət fakültəsində tamamladı. Daha sonra Qalatasaray Universitetinin Ünsiyyət fakültəsində magistr dərəcəsi aldı. Jurnalistika karyerasına 1998-ci ildə universitetdə oxuyarkən Kanal D -də təcrübə ərizəsi qəbul edildikdən sonra başlayıb. O, ilk olaraq Kanal D-də Xarici Xəbərlər xidmətində işə başlayıb. Daha sonra Tuncay Özkan baş redaktorda gündəlik və gecə xəbərlərini təqdim etdi. Tuncay Özkan 4 il Kanal D-də qaldıqdan sonra 2002-ci ildə Tuncay Özkan ilə Doğan Qrupu arasında yaranan fikir ayrılığına görə Defne Samyeli və komandası ilə Show TV -yə keçdi. Show TV-də qaldığı 1 il ərzində gecə-gündüz xəbərləri ilə yanaşı, xüsusi müsahibələr də verib.
Nazlı mahalı
Urmiya vilayətinin inzibati bölgələrindən biri də Nazlı mahalı idi. == Tarixi == Mahalın ərazisi 96 кvadrat кm-dən ibarət idi. О, şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən Urmiyanın özü ilə həmsərhəd idi. Mahalın mərkəzi Saatlı qəsəbəsi idi. Bu qəsəbə öz adını Avşar elinin Səidli oymağından almışdı. Qəsəbədə mahal hakimləri, ruhanilər və başqa imtiyazlı təbəqələr əyləşərdilər. Nazlı mahalında Avşar elinin Kuhgiluyəli (Kəhgəhli) oymağı qaşam sürürdü.
Nazlı xanım
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Əcəvit
Nazlı Əcəvit (türk. Nazlı Evevit; 4 yanvar 1900, Konstantinopol – 14 avqust 1985, Ankara) — müəllim və realist rəsssam. Türkiyənin Baş naziri Bülənt Əcəvitin anası. == Həyatı == === Gənclik === Fatma Nazlı 4 yanvar 1900-cü ildə o vaxtkı Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olmuşdur. Atası polkovnik Emin Sarqut, ana babası Kirat Paşa isə Osmanlı Sultanının köməkçisi idi.1915-ci ildə qızlar üçün Şap Pedaqoji Məktəbini bitirdikdən sonra ilk türk sənətkarlarından biri olan Mihri Müşfik Hanımın tövsiyəsi ilə rəsm çəkməyə qərar verir. 1915-1922-ci illərdə qızlar üçün sənətlər məktəbində oxuyur. Qızlar üçün sənətlər məktəbi üçün son imtahanlar Türkiyə İstiqlaliyyət müharibəsi səbəbiylə ləğv edildiyi üçün müəllimlik sertifikatı alır.Nazlı Beşiktaş Qızlar Orta məktəbində rəsm müəllimi olaraq işə başlayır. Ardından Anadoluda, Kastamonuda valideynlərinin yanına köçür və sənət karyerasını 25 il təxirə salır. Əvvəlcə Kastamonuda, sonra Bolu və İzmitdə dərs deyir. 1924-cü ildə evlənir və Ankaraya köçür.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Rəhimabad (Nazlı)
Rəhimabad (fars. ‎رحيم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 562 nəfər yaşayır (138 ailə).
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. == Əhalisi == 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.
Cek Parli
Harli adası
Harli adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Cekson — Harmsvord eskpedisiyası tərəfindən kəşf edilir. Federik Cekson tərəfindən britaniyalı həkim Corc Harlinin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada Ziçi adaları qrupuna daxildir. Cekson adasından 15 km şərqdə yerləşir. Cənubunda Levanev, şimal-şərqində isə Ommani adası yerləşir. == Təsviri == Ada ərazisi əsasən hamardır. Mərkəzində 82 m hündürlüyə malik zirvə vardır. Şimalı ilə cənubu arasında məsafə 10 km-dir.
Harli Örl
Harli C.Örl (22 noyabr 1893[…], Hollivud, Kaliforniya – 10 aprel 1969[…]) — amerikalı avtomobil dizayneri və iş icraçısı idi.General Motors’un ilkin təyin edilmiş dizayn rəhbəri idi daha sonradan vitse-prezident və Amerika tarixində ən böyük korporasiyanın dizaynında təyin edilmiş ilk baş icraçı olmuşdur.Sənaye dizaynı və müasir nəqliyyat dizaynının öncülü idi. == Həyatı == Harley Earl Hollivud, Kaliforniyada anadan olub. Atası 1908-ci ildə Earl Automobile şirkətini quraraq, atlı nəqliyyat vasitələrindən xüsusi vasitələrə və avtomobillər üçün xüsusi hissələri və aksesuarlarına dəyişdirdi Earl Stanford Universitetində təhsil almağa başladı, ancaq atası ilə birlikdə çalışmaq və Earl Automotive Works'də təcrübə yığmaq üçün vaxtından əvvəl ayrıldı.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Narui Alaverdyan
Nairuhi İsaakovna Alaverdyan (25 iyun 1941, Stepanakert – 10 noyabr 2021, Xankəndi) — erməni müğənnisi . Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 25 iyun 1941-ci ildə Xankəndidə anadan olmuşdur. Xankəndi şəhəri Sayat-Nova adına musiqi məktəbini bitirib.1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış etmişdir.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. == Həyatı == 1 mart 1947-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur.17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.